Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-366/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12631,39 manat əsas borc, 2139,11 manat faiz borcu, 1407,99 manat dəbbə pulu olmaqla, ümumilikdə 16178,49 manat borc məbləğinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 410 manat xidmət haqqının və 140 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin İddiaçı ASC-nin depozit seyfində saxlanılan, girov predmetini təşkil edən 183,7 gr. ümumi çəkisi olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq, satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına iddiaçıya 16178,49 manat borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 410 manat xidmət haqqının və 140 manat dövlət rüsumunun ödənilməsi, əmlakın satışından əldə olunan vəsait cavabdehlərin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində bağlanmış LBP/22/028/000001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 22 faiz hesablanmaq şərti ilə 48 ay müddətinə 12800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində G-LBP/22/028/000001 saylı girov müqaviləsi bağlanaraq, 183.7 gr. çəkisi olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə borcu 12631,39 manat əsas borc, 2139,11 manat faiz borcu, 1407,99 manat dəbbə pulu olmaqla, ümumilikdə 16178,49 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsinə əsasən, borc verən (İddiaçı ASC-nin “İnvest” filialı) borc alana (Cavabdeh1) illik 22 faiz hesablanmaq şərti ilə 48 ay müddətinə, yəni xx.xx.2026-cı il tarixinədək 12800 manat məbləğində kredit vermişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borc alan borc verənə verilmiş kredit məbləğinin illik 44 faizi miqdarında cərimə faizi ödəyir. xx.xx.2022-ci il tarixli G-LBP/22/028/000001 girov müqaviləsinə əsasən, girov qoyan (Cavabdeh1) 183.7 gr. çəkisi olan 15430 manat dəyərindəki qızıl-zinət əşyalarını girov saxlayanın (İddiaçı ASC-nin “İnvest” filialı) sahibliyinə vermişdir. Bu müqavilə üzrə əsas öhdəlik, xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsinə əsasən illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 12800 manat məbləğində olan kredit vəsaitidir. Girov müqaviləsinə əlavə No1 İddiaçı ASC-yə girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirmə və təhvil təslim aktından görünür ki, Cavabdeh1 ümumi çəkisi 183, 7 gr. çəkisi olan (2 ədəd sep, 2 ədəd klon, 1 ədəd boyunbağı, 1 ədəd saat, 5 ədəd üzük, 2 cüt sırğa) və 15430 manat miqdarında qiymətləndirilmiş qızıl-zinət əşyalarını iddiaçı bankın xəzinədarlığına təhvil vermişdir. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin (Cavabdeh2) xx.xx.2022ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsinə əsasən borc alan (Cavabdeh1) tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər-hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri borc verənə (İddiaçı ASC-nin “İnvest” filialı) tam şəkildə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli İNV/182 saylı maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ASC-nin “İnvest” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-nin “İnvest” filialına 12631,39 manat əsas borc, 2139,11 manat faiz borcu, 1407,99 manat dəbbə pulu olmaqla, ümumilikdə 16178,49 manat təşkil edir. xx.xx.2023-cü il tarixli İNV/47 saylı arayışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-nin “İnvest” filialına 12631,39 manat əsas borc, kredit müqaviləsinin 5.6 bəndində nəzərdə tutulmuş kredit məbləğinin 44% miqdarında hesablanmış faiz borcu 2139,11 manat, cərimə 1407,99 manat olmaqla, ümumilikdə 16178,49 manat təşkil edir. xx.xx.2022-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən heç bir ödəniş edilməmişdir. xx.xx.2022-ci il tarixli bildirşdən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış ümumilikdə 16178,49 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələbi edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 9/2098 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan ümumi borcu əsas borc üzrə 12747 manat, faiz borcu üzrə 771,19 manat olmaqla, ümumilikdə 13518,19 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda rəydə qeyd edilmişdir ki, bank tərəfindən 07 iyun 2022-ci il tarixli, LBP/22/028/000001 saylı kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 298. Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, Cavabdeh2 isə ona zamin durduğundan iddiaçı haqlı olaraq cavabdehlərə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə borcun məbləği ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. xx.xx.2023-cü il tarixli 9/2098 saylı ekspert rəyinə əsasən əsas borcun məbləği 12747 manat məbləğində müəyyən edilmişdir, lakin iddiaçı tərəfindən əsas borc üzrə 12631,39 manat tələb olunur. Məhkəmənin hazırkı halda iddia tələblərindən kənara çıxması qanunla nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində təmin edilərək cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Faiz borcu hissəsində ekspert rəyi ilə müəyyən edilmiş məbləğ nəzərə alınaraq faiz borcu qismən təmin edilərək 771,19 manat məbləğində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tutmanın girov qoyulmuş əmlaklarıa yönəldilməsi hissəsində təmin edilərək kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuş girov predmetini təşkil edən 183.7 gr. ümumi çəkisi olan qızıl-zinət əşyaları açıq hərracdan satılaraq, satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına qətnamə ilə tutulmuş borc və məhkəmə xərcləri ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia əmlakın satışından əldə olunan vəsait cavabdehlərin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində də Mülki Məcəllənin 298.3.-cü maddəsinə əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 116,20 manat məbləğində dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə 340,30 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat xərcin 25,50 (iyirmi beş manat əlli qəpik) manatı İddiaçı ASC-dən, 124,50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 12631,39 (on iki min altı yüz otuz bir manat otuz doqquz qəpik) manat, faiz borcu üzrə 771,19 (yeddi yüz yetmiş bir manat on doqquz qəpik) manat olmaqla, ümumilikdə 13402,58 (on üç min dörd yüz iki manat əlli səkkiz qəpik) manat məbləğində borc, vəkilin göstərdiyi hüquqi yardıma görə 340,30 (üç yüz qırx manat otuz qəpik) manat məbləğində xidmət haqqı və 116,20 (yüz on altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixili G- LBP/22/028/000001 saylı girov müqaviləsinə və girov müqaviləsinə xx.xx.2022-ci il tarixili əlavə No1 İddiaçı ASC-yə girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirmə və təhvil təslim aktı”na əsasən İddiaçı ASC-nin depozit seyfində saxlanılan, girov predmetini təşkil edən 183,7 gr. ümumi çəkisi olan aşagıda ğöstərilən qızıl-zinət əşyalarına yönəldilsin: 2 ədəd sep, 2 ədəd klon, 1 ədəd boyunbağı, 1 ədəd saat, 5 ədəd üzük, 2 cüt sırğa. Qızıl-zinət əşyaları açıq hərracdan satılaraq, satışdan əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə ümumilikdə 13402,58 (on üç min dörd yüz iki manat əlli səkkiz qəpik) manat məbləğində borc, vəkilin göstərdiyi hüquqi yardıma görə 340,30 (üç yüz qırx manat otuz qəpik) manat məbləğində xidmət haqqı və 116,20 (yüz on altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu ödənilsin. Əmlakın satışından əldə olunan vəsait cavabdehlərin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat xərcin 25,50 (iyirmi beş manat əlli qəpik) manatı İddiaçı ASC-dən, 124,50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-366/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-366/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver