Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3684/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.766,85 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış 2.055,51 manat faiz borcu və iş üzrə ödənilmiş 79 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4000 manat kredit vermişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********064 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3.766,85 manat əsas borcu, müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış 2.055,51 manat faiz borcu vardır. Ekspertizanın rəyində müqavilə üzrə əsas borc 3764,55 manat, faiz borcu 2399,37 manat olduğu qeyd edilsə də, iddia ərizəsində göstərilən qaydada Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.766,85 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış 2.055,51 manat faiz borcu və iş üzrə ödənilmiş 79 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iddianı qismən qəbul etmişdi və izahatında bildirmişdir ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsinə əsasən o, "xxxx" ASC-dən 36 ay müddətinə illik 25 faiz hesablanmaqla 4.000 manat borc almışdır. Kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinə uyğun olaraq o, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay 159,04 manat, sonuncu ay 158,99 manat olmaqla borcunu faizləri ilə birlikdə banka ödəməli idi. Ümumilikdə o, banka 4.000 manat əsas borcu və cəmi ödəniləsi faiz borcu olaraq 1.725,39 manat olmaqla, cəmi 5.725,39 manat pulu 36 ay müddətinə banka ödəməli idi. O, hər ay 160 manat olmaqla, təxminən bir il müddətində müntəzəm olaraq banka ödəmişdir. Sonradan "xxxx" ASC ləğv edilmişdir. O, banka olan borcu haraya ödəyəcəyini bilməmişdir. Bir neçə dəfə bankın əməkdaşları ilə əlaqə saxlasa da, borcu haraya ödəyəcəyini ona bildirən olmamışdır. Həmin vaxt o, Lider televiziyasında işləyirdi və əmək haqqını aldığı zaman borcunu ödəyirdi. Lakin bir müddət sonra işdən çıxmışq və banka olan borcunu ödəyə bilməmişdir. Hesab edir ki, hazırda bankın ondan tələb etdiyi əsas və faiz borcunun məbləği çox yüksəkdir. Onun banka olan əsas borcu 3.766,85 manat və müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu 2.055,51 manat fdeyil, daha az məbləğdə olmalıdır. Çünki, cədvələ uyğun olaraq onun cəmi ödəməli olduğu faiz 1.725,39 manat olduğu halda, ödəniş etməyinə baxmayaraq faiz məbləği artırılaraq 2.055,51 manat göstərilmişdir. Hesab edir ki, borcun əsas və faiz hissəsinin hesablanması düzgün aparılmamış, borc əsassız olaraq şişirdilmişdir. Odur ki, vəsatət verərək borcun məbləğinin düzgün hesablanıbhesablanmamasını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3684/2023 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6454 nömrəli ekspert rəyi mülki iş ilə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3684/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə saat 09:40-a təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilməklə, həmçinin “AZEMİS” vasitəsilə *** *** ** ** nömrəli mobil telefonuna SMS bildirişi göndərməklə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 25 faiz olmaqla 4.000 manat kredit vermişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavəyə (cədvələ) əsasən Cavabdeh 36 ay müddətinə xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-ci il tarixə kimi hər ay 159,04 manat, sonuncu ay 158,99 manat olmaqla 4.000 manat əsas borcu və 25%-lə hesablanan 1.725,39 manat faiz borcu olmaqla, cəmi 5.725,39 manat borcu "xxxx" ASC-nin Yasamal filialına ödəməli idi. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışından müəyyən edilir ki, "xxxx" ASC (ləğv prosesindədir) (VÖEN **********) hüquqi şəxs kimi - AZ1029, ünvan 1 ünvanı üzrə xx.xx.1992-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Qanuni təmsilçisi X1r. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)- 131/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, "xxxx" ASC müflis elan edilmişdir. Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Qərar dərhal icra edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********068 nömrəli maliyyə arayışında göstərilir ki, xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqavilə üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə 3.766,85 manat əsas borcu, müqavilənin müddətinə xx.xx.2020-xx.xx.2023-cü il tarixə hesablanmış 2.055,51 manat faiz borcu olmaqla, cəmi 5.822,36 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6454 nömrəli ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsinin və ona 1 nömrəli əlavənin şərtləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" ASC-yə 3.764,55 manat əsas borcu, 2.399,37 manat faiz borcu olmaqla, ümumilikdə 6.163,92 manat borcu var. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, ekspertiza rəyində Cavabdeh iddiaçı "xxxx" ASC-yə 3.764,55 manat əsas borcu, 2.399,37 manat faiz borcu olmaqla, ümumilikdə 6.163,92 manat borcu olduğu müəyyən edilsə də, iddiaçı iddia ərizəsində göstərilən qaydada Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.766,85 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış 2.055,51 manat faiz borcu və iş üzrə ödənilmiş 79 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 218-ci maddəsinin tələbinə uyğun olaraq irəli sürülmüş tələb üzrə qətnamə qəbul edir və qeyd edir ki, cavabdehdən əsas borc xx.xx.2023-cü il tarixli ekspertiza rəyi ilə müəyyən edilmiş miqdarda, yəni 3764,55 manat, faiz borcu isə iddiaçının tələb etdiyi, yəni 2.055,51 manat məbləğində tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.764,55 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış 2.055,51 manat faiz borcu və iş üzrə ödənilmiş 79 manat dövlət rüsumu olmaqla, cəmi 5.899,06 manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi - 2,30 manat əsas borcun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 02/4684/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.764,55 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanmış 2.055,51 manat faiz borcu və iş üzrə ödənilmiş 79 manat dövlət rüsumu olmaqla, cəmi 5.899,06 (beş min səkkiz yüz doxsan doqquz manat altı qəpik) manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3684/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3684/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver