Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3685/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, İddiaçı MMC-nin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı Quba rayonunun ərazisində yerləşir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanılmış 18.12.2019-cu il tarixli, SUM7165 nömrəli müvqavilənin 5.4 və 5.5-ci bəndini əsas gətirərək, fəaliyyət göstərdiyi rayonun məhkəməsinə müraciət etsə də, hal-hazırda Bakı şəhəri Yasamal rayon ərazisində fəaliyyət göstərməsinə dair hər hansı bir mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Bundan başqa tərəflər arasında bağlanılmış 18.12.2019-cu il tarixli, SUM7165 nömrəli nömrəli müvqavilə satıcının ünvanı Sumqayıt şəhəri, 12 MKR, ev 35, mənzil 50 kimi qeyd edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMC-nin hüquqi ünvanı AZ5006, Sumqayıt şəhəri, 12 MKR, ev 35, mənzil 50-dir. Göründüyü kimi, İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Hesab edirəm ki, ərizəyə aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108, 263-264, 266-268, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3685/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3685/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver