Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3685/2023 22.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi KİA markali **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, X1 qəsəbəsində, Maştağa-Buzovna yolu ilə üzü Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəni itirərək yolun kənarında quraşdırılmış DİN-nin Təhlükəsiz şəhər kamerasının dirəyinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Tibbi müayinə zamanı Cavabdeh1 sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar olunmuş və cavabdeh tərəfindən fakt izahatında öz təsdiqini tapmışdır. Hadisə nəticəsində Cavabdeh1 müxtəlif dərəcəli bədən xəsarəti almış, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-110 nömrəli video müşahidə kamerasının dirəyi əzilərək video müşahidə nöqtəsinə maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək Cavabdeh1 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-110 nömrəli video müşahidə kamerasına dəymiş ziyanın ödənilməmiş hissəsi 4952 (dörd min doqquz yüz əlli iki) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, 67 nömrəli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən Bakı Abadlıq Xidməti MMC-yə 957,39 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, 69 nömrəli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 4042,61 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 9/6812 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, qərardadda və zərər aktında göstərilən malların və xidmətin hadisə baş verən tarixdə orta bazar qiyməti təxminən 8994 (səkkiz min doqquz yüz doxsan dörd) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən video müşahidə nöqtəsinə dəyən maddi zərərin yerində tədqiq edilməsi barədə tərtib edilən akta əsasən müəyyən olunur ki, ümumilikdə video müşahidə nöqtəsinə dəymiş zərər məbləği 8994 manat təşkil etmişdir. Dəymiş ziyanın yalnız 4042.61 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. İş materiallarına yol-nəqliyyat hadisəsi zamanı video müşahidə nöqtəsinə zərər vurulması ilə bağlı fotoşəkillər, araşdırma zamanı alınmış izahatlar və digər materiallar əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi KİA markali **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, X1 qəsəbəsində, Maştağa-Buzovna yolu ile üzü Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəni itirərək yolun kənarında quraşdırılmış DİN-nin Təhlükəsiz şəhər kamerasının dirəyinə çırpılataq yolnəqliyyat hadisəsi törətmişdir. Tibbi müayinnə zamanı Cavabdeh1 sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar olunmuş və cavabdeh tərəfindən fakt izahatında öz təsdiqini tapmışdır. Hadisə nəticəsində Cavabdeh1 müxtəlif dərəcəli bədən xəsarəti almış, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-110 nömrəli video müşahidə kamerasının dirəyi əzilərək video müşahidə nöqtəsinə ümumilikdə 8994 manat maddi zərər vurmuşdur. "xxxx" ASC tərəfindən Bakı Abadlıq Xidməti MMC-yə 957,39 manat sığorta ödənişi, "xxxx" MMC-yə 4042,61 manat sığorta ödənişi olmaqla ümumilikdə 5000 manat ödənilmişdir. Göstərilən hallar mülki işin mübahisəsiz hallarıdır. Beləliklə, "xxxx" ASC sığorta hadisəsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmişdir. Bu səbəbdən, iddia "xxxx" ASC-yə aid olan hissədə təmin edilə bilməz. Lakin, delikt hüquq institutu üzrə yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt Cavabdeh1 aid olan hissədə yerinə yetirilir. Belə ki, sonuncunun təqsirli hərəkətləri üzrə iddiaçıya maddi zərər dəymişdir. Bu səbəbdən, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 115.0.1-ci maddəsinə əsasən, ekspertiza xərcləri məhkəmə məsrəflərinə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 4952 (dörd min doqquz yüz əlli iki) manat pul tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməlidir. İddia tələbi "xxxx" ASC-yə aid olan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 80 (səksən) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 4952 (dörd min doqquz yüz əlli iki) manat pul tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilsin. İddia tələbi "xxxx" ASC-yə aid olan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 80 (səksən) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3685/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3685/2023
22.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver