Məhkəmə qərarları › İş №e-2(004)-3703/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3703/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3703/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC BOKT qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC BOKT qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11361 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 vəsatət verərək mülki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh QSC BOKT-nin cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə 2(060)-3484/2022 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır və xx.xx.2021-ci il tarixdə iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilmişdir. Göründüyü kimi hər iki iş bir-biri ilə əlaqəlidir və mübahisənin düzgün həlli üçün lazımı sənədlərin əsilləri Sumqayıt Şəhər Məhkəməsinin icaratında olan mülki işin materiallarındadır və ilkin olaraq həmin məhkəmədə iş icraata götürülmüş, hətta mahiyyəti üzrə araşdırılmalar da aparılmışdır. Hər iki işin birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında vəsatətin əsassız olduğunu bildirərək, təmin olunmamasını xahiş etməmişdir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli və hazırki mülki iş iddiaçı Cavabdeh QSC BOKT-nin cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması tələbinə dair” mülki işlə birgə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işlə birgə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçı Cavabdeh QSC BOKT-nin cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması tələbinə dair” tələbinə dair 2(060)-3484/2022 saylı mülki iş vardır. Həmin iş icraata ilkin olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC BOKT qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" 2(004)-3703/2022 saylı mülki iş iddiaçı Cavabdeh QSC BOKT-nin cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması tələbinə dair” 2(060)- 3484/2022 saylı mülki işlə birgə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar