Məhkəmə qərarları › İş №e-2(004)-3704/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3704/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3704/2022 11.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, Cavabdeh QSC BOKT-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 11358 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin İddiaçı hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, Cavabdeh QSC BOKT cavabdeh İddiaçı qarşı “müqavilə üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və həmin 2(060)-3478/2022 saylı mülki iş hakim Günel Tanrıverdiyevanın icraatındadır. Bu səbəbdən hazırki mülki işin birgə icraatda baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, cavabdehin nümayəndəsinin şifahi vəsatəti təmin edilməli və hazırki mülki iş iddiaçı Cavabdeh QSC BOKT-nin cavabdeh İddiaçı qarşı “müqavilə üzrə yaranmış borc məbləğinin qaytarılması tələbinə dair” mülki işlə birgə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən araşdırma zamanı müəyyən olunur ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında iddiaçı Cavabdeh QSC BOKT cavabdeh İddiaçı qarşı “müqavilə üzrə yaranmış borc məbləğinin qaytarılması” tələbinə dair 2(060)-3478/2022 saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddia tələbi eyni tərəflər arasında eyni müqavilədən yaranan mübahisə ilə əlaqəlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3704/2022 saylı mülki iş, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan 2(060)-3478/2022 saylı mülki işlə birləşdirilərək birgə icraatda baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3704/2022 saylı mülki iş iddiaçı Cavabdeh QSC BOKT-nin cavabdeh İddiaçı qarşı “müqavilə üzrə yaranmış borc məbləğinin qaytarılması” tələbinə dair Sumqayıt şəhər Məhkəməsinin icraatında olan 2(060)-3478/2022 saylı mülki işlə birgə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar