Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3722/2022 26.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 6914,64 manatməbləğində zərər, təbii qazdan istifadəyə görə 1898 manat borc, iddiaçı tərəfindən ödənilmiş 113,4 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun turularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02/6725 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00020 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1202AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 09.2012ci il tarixli akt əsasında 280, 8 manat, xx.xx.2016-cı il tarixli 092818 saylı akt əsasında 302,4 manat,xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 218,4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 334 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 745,2 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 198 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 204,8 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 198 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 50,4 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 111,6 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 446,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 280,8 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 280,8 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 144 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 103,8 manat,xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat,xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat,xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 483,84 manat,xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat,xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 6914,64 manat məbləğində dəymiş ziyan hesablanmışdır.Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 1898 manat təşkil edir.Cavabdeh iddiaçıya cəmi 8812,64 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, qeyd edilən aktlardan indi xəbəri olmuşdur. Ona bu barədə məlumat verilməmişdir. Onun yaşadığı evin qaz sayğacı smart kartladır. Karta yüklədiyi pulun məbləğinə uyğun qazdan istifadə edir. Onun tərəfindən qazdan qeyri-qanuni istifadə halına yol verilməmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 02/6725 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. İş materiallarında olan Cavabdeh barəsində İddiaçı tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli aktlarda göstərilir ki, Cavabdeh yaşadığı ünvan 2 (abonent kodu **********00020) ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktlarda abunəçinin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Abunəçiyə xx.xx.2016-cı il tarixli 092818 saylı akt əsasında 302,4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 218,4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 334 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 745,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 198 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 204,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 198 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 50,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 111,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, nxx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 446,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 280,8 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 280,8 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 144 manat,xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 103,8 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 483,84 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat borc hesablanmışdır. Aktların tərtib edilməsində Cavabdeh iştirakı təmin edilməmiş, video çəkiliş aparılmamışdır. Cavabdeh aktları imzalamaqdan imtina etdiyi aktlarda qeyd edilsə də, bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli çıxarışa əsasən görünür ki, ünvan 2 ünvanı üzrə Cavabdeh **********00020 nömrəli abonent hesabına qazdan sitifadəyə görə 2012-ci ilə 1898 manat borc yaranmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Bu baxımdan məhkəmənin qənaətinə görə, ilk növbədə iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir; belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, İddiaçı İB-nin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Məhkəmə hesab edir ki, iddiaçı, tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğunu, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edilməsi nəticəsində ona cavabdeh tərəfindən ziyan dəydiyini sübuta yetirə bilməmişdir və bu səbəblə də,onun maddi ziyan tələbinin təmin olunması mümkün deyildir. Belə ki, iddiaçı bildirir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyinə görə itirilmiş qazın dəyəri cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qaz xəttinə onun tərəfindən heç bir müdaxilə edilməmiş və o, təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə ki, sayğaca baxışın aparılmasına dair heç bir video görüntü, dəymiş ziyanın müəyyən edilməsi və aktlaşdırılması prosesinin keçirilməsinə dair isə heç bir video görüntü, fotoşəkil iş materiallarına əlavə edilməmişdir. Əgər həqiqətən də cavabdehin mənzilində sayğacdan kənar xətt aşkar edilmişdirsə, İddiaçı İB-nin əməkdaşları həmin xəttin kəsilməsini və mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməli və bu barədə cavabdehin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparmalı idilər. Hazırkı iş üzrə bu halları təsdiq edən sənədlər (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını təsdiq edən və sonradan qazın verilməsinin bərpa olunmasını təsdiq edən, istehlakçının iştirakı ilə tərtib edilmiş aktlar və bu aktların bir nüsxəsinin istehlakçıya təqdim edilməsini təsdiq edən sübutlar yoxdur) mövcud deyildir. İddia ərizəsində cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının iddiaçı tərəfindən aşkar edildiyini, bu barədə aktlar tərtib edildiyi qeyd edilsə də, birinci dəfədən, yəni xx.xx.2016-cı ildən iddiaçının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırılmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mənzilində sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı ümumiyyətlə mövcud olmamışdır. Hətta aktların əksər hissəsi hər ay üçün tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli aktlar qanunsuzdur və həmin aktlar əsasında hesablanmış borclar abunəçinin hesabına əsassız olaraq yazılmışdır və ödənilməsi cavabdehdən tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisədə sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə iddia tələbinin təbii qazdan istifadəyə görə borcun tutulmasına münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının tutulmasını tələb etdiyi borc məbləği 2012-ci il kimi olan borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinə göstərişlərinə əsasən, həmin borc cavabdehdən tutula bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Eyni zamanda, məhkəmə qeyd edir ki, müddətin keçməsinə görə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551ci maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edilmədiyindən, hüquqi yardım üçün vəkilə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də iddia təmin edilə bilməz. Həmçinin iş üzrə ödənilmiş 113,4 (bir yüz on üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dairiddiası rədd edilsin. İş üzrə ödənilmiş 113,4 (bir yüz on üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3722/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3722/2022
26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver