Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3724/2022 21.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 İlham oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı İddiaçının vəkili X1 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Aqrarkredit ASC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Aqrarkredit ASC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırki iş üzrə cavabdeh Aqrarkredit QSC BOKT İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Həmin mülki iş Qubadlı Rayon Məhkəməsinin icraatına daha tez dahil olduğundan və işlər bir-biri ilə əlaqəli olduğundan hazırki mülki işin Qubadlı Rayon Məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili mülki işin aidiyyəti üzrə Qubadlı Rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3724/2022 saylı mülki işlə Qubadlı Rayon Məhkəməsinin icraatında olan 2(028)-237/2022 saylı mülki iş biri-biri ilə əlaqəli işlər hesab edilərək, birgə baxılması üçün işi ilkin olaraq icraata qəbul etmiş məhkəmənin icraatına göndərilməldir. İş materiallarına əlavə edilmiş Qubadlı Rayon Məhkəməsinin icraatında olan 2(028)-237/2022 saylı mülki iş materiallarının surətinə əsasən müəyyən edilir ki, həmin mülki iş icraata daha tez qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Aqrarkredit ASC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair 2(004)-3724/2022 saylı mülki işin icraatı Qubadlı Rayon Məhkəməsinin icraatında olan 2(028)-237/2022 saylı mülki işin icraatına birləşdirilməsi üçün aidiyyatı üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilsin. 2(004)-3724/2022 saylı mülki iş materialları Qubadlı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3724/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3724/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver