Məhkəmə qərarları › İş №e-2(004)-373/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-373/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-373/2025 08.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3nə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3nə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada - İddiaçı "xxxx" ASC-nin xeyrinə 44-xx-xx-2016-MR- FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 72151.82 manat, faiz borcu üzrə 23887.96 manat olmaqla cəmi 96039.78 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumu və xidmət haqqının, o cümlədən mülki işin məhkəməyə ünvanlanması üçan ödənilmiş 378.12 manat dövlət rüsumu və 0.57 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: - Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; 3. Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması; 3. İpoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 238 (iki yüz otuz səkkiz) ay müddətinə 82160 (səksən iki min bir yüz altmış) manat məbləğində kredit ayrılmışdır. 44xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" ASC arasında 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə "xxxx" ASC arasında 44-xx-xx-2016- MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. 44-xx-xx-2016- MR-FE nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) ipoteka ilə yüklü edilmişdir. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün iddiaçı tərəfindən ümumilikdə 52.48 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 72151.82 AZN, faiz borcu üzrə 23887.96 AZN olmaqla cəmi 96039.78 AZN borcu mövcuddur. Cavabdehlərə 44-xx-xx- 2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixli, 6-2-22/2-34081/2024 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 378.12 AZN dövlət rüsumu və 0.57 AZN bank xidmət haqqı ödənilmişdir. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada – iddiaçı "xxxx" ASC-nin xeyrinə 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 72151.82 manat, faiz borcu üzrə 24641.46 manat olmaqla, cəmi 96793.28 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumu və xidmət haqqının, o cümlədən mülki işin məhkəməyə ünvanlanması üçan ödənilmiş 380.38 manat dövlət rüsumu və 0.97 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: - Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması; İpoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada – iddiaçı "xxxx" ASC-nin xeyrinə 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 72151.82 manat, faiz borcu üzrə 27053.96 manat olmaqla, cəmi 99205.78 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumu və xidmət haqqının, o cümlədən mülki işin məhkəməyə ünvanlanması üçan ödənilmiş 387.62 manat dövlət rüsumu və 1.37 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: - Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması; İpoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq tələblərə ödənilməsi; X3 Mərkəzinə "xxxx" ASC tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı ödənilmiş 250 AZN məbləğin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada – iddiaçı "xxxx" ASC-nin xeyrinə 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 72151.82 manat, pretenziya məktubunun göndərildiyi tarixədək hesablanmış (illik faiz dərəcəsi 8% olmaqla) faiz borcu üzrə 24087.72 manat, pretenziya məktubunun göndərildiyi tarixdən xx.xx.2025-ci il tarixinədək hesablanmış (illik faiz dərəcəsi 5% olmaqla) faiz borcu üzrə 3727.84 manat olmaqla, cəmi 99967.39 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumu və xidmət haqqının, o cümlədən mülki işin məhkəməyə ünvanlanması üçan ödənilmiş 389.9 manat dövlət rüsumu və 1.77 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: - Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19- 05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması; İpoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq tələblərə ödənilməsi; X3 Mərkəzinə "xxxx" ASC tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı ödənilmiş 250 AZN məbləğin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE nömrəli kredit müqaviləsinə əsasən Borc verən Borc alana Borcalan ilə Cavabdeh3 arasında imzalanmış “11” fevral 2016-cı il tarixli 554 N-li müqavilənin predmeti olan mənzilin alınması üçün 82 160,00 (səksən iki min yüz altmış) manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE nömrəli kredit müqaviləsinə əlavə No.1 ödəniş cədvəlinə əsasən "xxxx" ASC müştəri Cavabdeh1 238 ay müddətinə, illik 8% ödəmək şərtilə 82 160,00 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 22 aprel 2016-cı il tarixli 1 nömrəli əlavəyə əsasən müqavilənin bir sıra maddələrinə dəyişiklik edilmişdir. Müqavilənin 13.9 və 15.8-ci maddələrinə edilmiş dəyişikliyə əsasən Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən “11 fevral 2016-cı il tarixli 554N-li Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, H.Zərdabi prospekt 190, mərtəbə 15, ümumi sahə 51 kv.m. ibarət 1 otaqlı 6 N-li mənzilin boşaldılmasını tələb edir, Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır və mənzil üzrə bütün hüquqlar Borc verənə keçir. İş materiallarında olan Cavabdeh2 (zamin), Cavabdeh1 (borclu) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE nömrəli zaminlik müqaviləsinə əsasən Kreditorla Borclu arasında bağlanmış “11” fevral 2016-cı il tarixli 44-xx-xx-2016-MR-FE N-li Kredit müqaviləsinə əsasən 82 160,00 (səksən iki min yüz altmış) manat məbləğində 238 (iki yüz otuz səkkiz) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh3 (zamin), Cavabdeh1 (borclu) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE nömrəli zaminlik müqaviləsinə əsasən Kreditorla Borclu arasında bağlanmış “11” fevral 2016-cı il tarixli 44-xx-xx-2016-MR-FE N-li Kredit müqaviləsinə əsasən 82 160,00 (səksən iki min yüz altmış) manat məbləğində 238 (iki yüz otuz səkkiz) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən 1.1. İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 44-xx-xx-2016- MR-FE saylı kredit müqaviləsinə və xx.xx.2016-cı il tarixli Əlavə N-01 əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1. İpoteka predmetinin təsviri və olduğu yer: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40.4 kv/m olan mənzilin tam mülkiyyət üzrə. 2.2. İpoteka qoyulan əmlak hüquqmüəyyənedici sənədə əsasən “İpoteka qoyan”-a məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə Cavabdeh1 verilmiş **********19-05301-093011 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 40.4 kv/m. 2.3. İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 91290 (doxsan bir min iki yüz doxsan manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 4.1. İpoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsini. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişə (xəbərdarlıq məktubu) əsasən "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 238 (iki yüz otuz səkkiz) ay müddətinə 82160 (səksən iki min yüz altmış) manat məbləğində kredit ayrıldığını, 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) ipoteka ilə yüklü edildiyini, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər ödənilmədiyini, banka 44-xx-xx-2016-MR- FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 72151.82 manat əsas və buna müvafiq olaraq hesablanmış 23887.96 manat faiz borcunun mövcud olduğunu bildirərək, borc məbləğini 5 günü ərzində ödəməyi təklif etmiş, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli poçt göndərişlərinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvanlarına göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" ASC-yə 201ZDLL160420002 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 72151.82 (yetmiş iki min bir yüz əlli bir manat 82 qəpik) manat əsas, 23887.96 (iyirmi üç min səkkiz yüz səksən yeddi manat 96 qəpik) manat faiz, 0 (manat 0 qəpik) manat cərimə borcu olmaqla, cəmi 96039.78 (doxsan altı min otuz doqquz manat 78 qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" ASC-yə 201ZDLL160420002 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 72151.82 (yetmiş iki min bir yüz əlli bir manat 82 qəpik) manat əsas, 24641.46 (iyirmi dörd min altı yüz qırx bir manat 46 qəpik) manat faiz, 0 (manat 0 qəpik) manat cərimə borcu olmaqla, cəmi 96793.28 (doxsan altı min yeddi yüz doxsan üç manat 28 qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" ASC-yə 201ZDLL160420002 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 72151.82 manat əsas, 27053.96 faiz borcu olmaqla, cəmi 99205.78 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" ASC-yə 201ZDLL160420002 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 72151.82 manat əsas, 24087.72 pretenziya məktubunun göndərilmə tarixində qədər ödənilməmiş faiz (8%) , 3727.84 pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faiz (5%) borcu olmaqla, cəmi 99967.39 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən o bildirir ki, həyat yoldaşı Cavabdeh1 müqavilə əsasında Cavabdeh3 MTK tərəfindən inşa edilmiş müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə ünvanında tikilən yaşayış evlərinin 16 mərtəbəli, 190 saylı binanın, 15-ci mərtəbəsində yerləşən 6 saylı mənzilin ipotekaya qoyulmasına və ya ödəniş olmaqdıqda satılmasına etmədiyini, yuxarıda göstərilən ipoteka qoyulmuş əmlaka qarşı ipoteka saxlayan və ya müvəkkil olan orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü və gələcəkdə həmin mənzilə dair heç bir məhkəmə mübahisəsi qaldırmayacağını bildirmişdir. İş materiallarında olan AZ-İ 576337 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh1 ilə X2 nikahlarını xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 506 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mahmudov”, arvada “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 6 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 7 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak Cavabdeh1 tam paylı mülkiyyətindədir. İş materiallarında olan “X3 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-002/2025 nömrəli ekspert rəyinə əsasən aparılan təhlil və araşdırmalar nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 190, M15, m6 ünvanında yerləşən mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 103 000 AZN (bir yüz üç min manat), likvid dəyəri 93 000 AZN (doxsan üç min manat) müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 9/2443 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE N-li kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə (pretenziya göndərilən tarixə) "xxxx" ASCyə olan borcu əsas kredit borcu üzrə 72297.05 manat, faiz borcu 24012.52 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsini nəzərə alıb, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-ci maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “22” iyun 2023-cü il tarixli, 02/2023 nömrəli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh1 238 ay müddətinə, illik 8% ödəmək şərtilə 82160 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan və borc alan Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40.4 kv.m olan mənzilini ipoteka saxlayan "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixində zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Bankla Borcalan Cavabdeh1 arasında bağlanmış qeyd edilən şərtlər daxilində verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdehin öhdəliklərini lazımınca icra etməməsi, ödənişləri tam həyata keçirməməsi səbəbindən tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsaslanaraq və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 72151.82 manat, pretenziya məktubunun göndərildiyi tarixədək hesablanmış (illik faiz dərəcəsi 8% olmaqla) faiz borcu üzrə 24087.72 manat, pretenziya məktubunun göndərildiyi tarixdən xx.xx.2025ci il tarixinədək hesablanmış (illik faiz dərəcəsi 5% olmaqla) faiz borcu üzrə 3727.84 manat olmaqla, cəmi 99967.39 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumu və xidmət haqqının, o cümlədən mülki işin məhkəməyə ünvanlanması üçan ödənilmiş 389.9 manat dövlət rüsumu və 1.77 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: - Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması; İpoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq tələblərə ödənilməsi; X3 Mərkəzinə "xxxx" ASC tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı ödənilmiş 250 AZN məbləğin cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının əsas borc üzrə 72151.82 manat, illik faiz dərəcəsi 8% olmaqla faiz borcu üzrə 24087.72 manat məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutulması tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edildiyi gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə, yəni müvafiq pretenziya məktubunda göstərilən həddə (72151.82 manat əsas, 23887.96 manat faiz) təmin edilməlidir. Cavabdehlər kredit müqaviləsi ilə tutulan pul məbləğinin ödənilməsini gecikdirdiklərindən iddiaçı (kreditor) həmçinin pretenziya məktubunun göndərildiyi tarixdən xx.xx.2025-ci il tarixinədək hesablanmış (illik faiz dərəcəsi 5% olmaqla) 3727.84 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz borcunun ödənilməsini tələb edir. Göründüyü kimi, cavabdehlər xx.xx.2024-cü il tarixindən (pretenziya məktubu) xx.xx.2025-ci il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizə) xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənişləri gecikdirmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Göründüyü kimi, cavabdeh borc alan Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, əsas öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb cavabdeh ipoteka qoyan Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, ipoteka predmeti olan mənzil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka predmeti olan əmlakın satış qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “X3 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-002/2025 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilin likvid qiyməti 93.000 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması tələbinə münasibətdə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. xx.xx.2018-ci il tarixdə isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İpoteka müqaviləsinin xx.xx.2016-cı il tarixdə bağlandığını nəzərə alsaq, iddia həmin hissədə də təmin edilməlidir. Bundan başqa, məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 389.3 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləği, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 manat, iş üzrə aparılmış 100 manat məbləğində məhkəmə-mühasibatlıq ekspertizası və məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı “X3 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 250 (iki yüz əlli) manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini və iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada xx.xx.2016-cı il tarixli, 44xx-xx-2016-MR-FE nömrəli kredit müqaviləsi üzrə 72151.82 (yetmiş iki min yüz əlli bir manat səksən iki qəpik) manat əsas, 23887.96 (iyirmi üç min səkkiz yüz səksən yeddi manat doxsan altı qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün 3727.84 (üç min yeddi yüz iyirmi yeddi manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 99767,62 (doxsan doqquz min yeddi yüz altmış yeddi manat altmış iki qəpik) manat, məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı “X3 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 250 (iki yüz əlli) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat, dövlət rüsumu olaraq ödənilmiş 389.3 (üç yüz səksən doqquz manat otuz qəpik) manat və xidmət haqqı olaraq ödənilmiş 0.40 (qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tutma likvid (ilkin satış) qiyməti 93000 (doxsan üç min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40.4 kv.m olan mənzilə yönəldilsin. İpoteka predmeti açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 100 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada xx.xx.2016-cı il tarixli, 44-xx-xx-2016-MR-FE nömrəli kredit müqaviləsi üzrə 72151.82 (yetmiş iki min yüz əlli bir manat səksən iki qəpik) manat əsas, 23887.96 (iyirmi üç min səkkiz yüz səksən yeddi manat doxsan altı qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün 3727.84 (üç min yeddi yüz iyirmi yeddi manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 99767,62 (doxsan doqquz min yeddi yüz altmış yeddi manat altmış iki qəpik) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı “X3 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 250 (iki yüz əlli) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat, dövlət rüsumu olaraq ödənilmiş 389.3 (üç yüz səksən doqquz manat otuz qəpik) manat və xidmət haqqı olaraq ödənilmiş 0.40 (qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tutma likvid (ilkin satış) qiyməti 93000 (doxsan üç min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40.4 kv.m olan mənzilə yönəldilsin. İpoteka predmeti açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Cavabdeh1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40.4 kv.m olan mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ən geci 1 ay ərzində çıxarılsın və mənzil boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar