Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3730/2022 01.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), hüquqi yardıma görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2020-ci ildən tanışdır. Tanışlıqları müddətində Cavabdeh özünü ona etibarlı, səmimi və dürüst insan kimi tanıtmışdır. Daha əvvəllər ondan borc pul almış və geri ödəmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ondan təcili borc pul istəmiş, borcu qısa müddətli aldığını bildirirək müqavilənin notariat qaydasında bağlanması əlavə xərc olduğundan ondan sadə yazılı formada sənəd əsasında ona borc verməsini xahiş etmişdir. İddiaçı onun sözlərinə inanmış, həmçinin əvvəldən etibarlı biri kimi tanıdığı üçün borc məbləğini geri ödəyəcəyini düşünmüşdür. Beləliklə ona 14.000 (on dörd min) ABŞ dolları borc vermişdir. xx.xx.2021-ci il tarixdə öz xətti ilə yazaraq ona verdiyi borc sənədinin məzmununda qeyd edilir ki, “Mən, Cavabdeh xx.xx.1984-cü ildm Bakı şəhərində anadan olmuş, ailəli, işləyən, əvvəllər məhkum olmamış, Bakı şəhər sakini İddiaçı 14.000 (on dörd min) dollar borc götürdüm. Götürülən məbləği 2 (iki) ay müddətinə geri qaytaracam”. Lakin öhdəliyin icrası vaxtından uzun müddət keçməsinə baxmayaraq hazırki tarixə kimi cavabdeh öhdəliyini icra etmir. Ondan dəfələrlə borcunun ödəməsini tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınırdı. Son zamanlar isə mobil telefonuna da cavab vermir. Eynı zamanda bildirir ki, İddiaçı ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosunun vəkili Vəkil arasında xx.xx.2022-ci il tarixli, 109 saylı Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və İddiaçı tərəfindən müqavilənin dəyəri 500 manat məbləğində nağd pul Vəkil Bürosunun hesabına, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 162 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Həmçinin, Cavabdeh şəxsən 18 iyul 2022-ci il tarixdə saat 16:22-də (010) 214 11 41 mobil nömrəsinə zəng etməklə mülki iş üzrə xx.xx.2022-ci il tarixə saat 09:30-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etməsi barədə məlumat verilmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı xx.xx.2021-ci il tarixdı 14000 ABŞ dolları borc almış və həmin borcu 2 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İş materillarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun beş gün ərzində, yəni 20 mart 2021-ci il tarixədək banka ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyin tələbinə uyğun olaraq borcun və digər xərclərin tutulması üçün müvafiq məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 109 saylı müqavilənin surətindən müəyyən olunur ki, İddiaçı ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosunun vəkili Vəkil hüquqi xidmətlərin göstərilməsi barədə razılığa gəlmişdirlər. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 490 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2465 saylı qəbzdən görünür ki, iddiaçı “Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosunun hesabına 109 saylı müqavilə üzrə 500 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilərən imzalanmış qəbzdən görünür ki, 14000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 14000 ABŞ dolları pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, xx.xx.2021-ci il tarixli qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 14000 ABŞ dolları pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən imza edilən xx.xx.2021-ci il tarixli qəbz həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 500 manat hüquqi xidmət haqqını yüksək hesab edir və ağlabatan məbləğdə - 300 manat xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissədə xərcin tutulmasının rədd edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 162 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14000 (on dörd min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162 (bir yüz altmış iki) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 14000 (on dörd min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162 (bir yüz altmış iki) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3730/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3730/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver