Məhkəmə qərarları › İş №e-2(004)-3732/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3732/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3732/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, 30.01.2020-ci il tarixli VİP17970 saylı müqaviləyə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Bakı Şəhəri Məhkəmələri vasitəsi ilə həll edilməlidir. Lakin müqavilədə mübahisəyə hansı məhkəmədə baxılması haqqında müddəa qeyd edilməmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 1diaçının Yasamal Rayon ərazisində fəaliyyət göstərməsini təsdiq etmir. Elektron çıxarışdan müəyyən olunur ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçının hüquqi ünvanı Sumqayıt şəhəri, 12 mkr, ev 35, mənzil 50 olduğundan, İddiaçı MMC-nin Yasamal rayonunda fəaliyyət göstərdiyi ünvanı təsdiq edən heç bir sənəd olmadığından, 30.01.2020-ci il tarixli VİP17970 saylı müqavilədə mübahisəyə hansı məhkəmədə baxılması haqqında müddəa qeyd olunmadığından, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olduğundan və ərazi aidiyyətini müəyyənləşdirmək mümkün olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar