Məhkəmə qərarları › İş №e-2(004)-374/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-374/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-374/2024 20.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Qənbərov Vaqif Nizam oğlunun qanun üzrə vərəsəsi) xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 5297,53 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 72,98 manat məbləğində pulun tutulması; X4 Nizam oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh (Qənbərov Vaqif Nizam oğlunun qanun üzrə vərəsəsi) xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 5297,53 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 112,98 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmeti olan Qənbərov Vaqif Nizam oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh (Qənbərov Vaqif Nizam oğlunun qanun üzrə vərəsəsi) xx.xx.2013cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2192,53 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 72,98 manat məbləğində pulun tutulması; X4 Nizam oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh (Qənbərov Vaqif Nizam oğlunun qanun üzrə vərəsəsi) xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 2192,53 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 112,98 manat məbləğində pulun, "xxxx" MMC-nin hesabına ödənilmiş 500 manat məbləğində qiymətləndirmə xərcinin İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmeti olan Qənbərov Vaqif Nizam oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı – İddiaçı ASC-nin Baş ofisi ilə X5 Nizam oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 4 % olmaqla 120 ay müddətinə 31934 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 3-dən gec olmayaraq hər ay 323,32 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2192,53 manat, faiz borcuna görə 0 manat, dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 2192,53 manat təşkil edir. xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Qənbərov Vaqif Nizam oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzil İddiaçı ASC qarşısında 23 Yanvar 2015-ci il tarixli, İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin 07 noyabr 2016-cı il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Qənbərov Vaqif Nizam oğlu xx.xx.2016-ci ildə vəfat etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin verdiyi xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdır. Şəhadətnamədə də qeyd edildiyi kimi miras əmlak ipoteka predmeti olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzildir və tam hissədə pay Cavabdeh verilmişdir. Bu səbəbdən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə Qənbərov Vaqif Nizam oğlunun qanun üzrə vərəsəsi Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Baş ofisi ilə X5 Nizam oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən X5 Nizam oğluna illik faiz dərəcəsi 4 % olmaqla 120 ay müddətinə 31934 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 3-dən gec olmayaraq hər ay 323,32 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Qənbərov Vaqif Nizam oğlu arasında bağlanmış 23 Yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Qənbərov Vaqif Nizam oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 20 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh (Qənbərov Vaqif Nizam oğlunun qanun üzrə vərəsəsi) 03 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə 20 may 2024-cü il tarixə borcunun məbləği əsas borca görə 2192,53 manat, faiz borca görə 0 manat, dəbbə borcuna görə 0 manat, olmaqla cəmi məbləğ 2192,53 manat təşkil edir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin 07 noyabr 2016-cı il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən Qənbərov Vaqif Nizam oğlu xx.xx.2016-ci ildə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisinin verdiyi xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-ci ildə vəfat etmiş Qənbərov Vaqif Nizam oğlunun qanun üzrə vərəsəsi - Cavabdehdır. Miras əmlak ipoteka predmeti olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzildir və tam hissədə pay Cavabdeh verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 12 mart 2024-cü il tarixli 12 nömrəli hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, Giriş 1-də yerləşən 25 nömrəli mənzilin likvid dəyəri 150000 manat təşkil edir. Hesabata əlavə edilmiş eyni tarixli hesab fakturadan görünür ki, ekpertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 72,98 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına ödənilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. X5 Nizam oğlu xx.xx.2016-ci ildə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdır. İpoteka predmeti olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzildən tam hissədə pay Cavabdeh verilmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcun Cavabdeh (Qənbərov Vaqif Nizam oğlunun qanun üzrə vərəsəsindən) ödənilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, cavabdeh ərindən miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin dəyəri ümumi borcdan, yəni 2192,53 manatdan dəfələrlə artıqdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun məbləğini nəzərdən keçirib, iddiaçının yaranmış əsas borc tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 2192,53 manat məbləğində əsas kredit borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının pul tələbi əsas borc hissəsində (2192,53 manat) tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü və 36.3-1 maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Qənbərov Vaqif Nizam oğlu arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Qənbərov Vaqif Nizam oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, Giriş 1-də yerləşən, 120.7 kv.m ümumi, 68.0 kv.m yaşayış, 52.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 25 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qənbərov Vaqif Nizam oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Borclu vəfat etdiyindən onun qanun üzrə vərəsəsi olan Cavabdeh xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (İddiaçı ASC) ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəliyin icrasını 90 təqvim günündən çox müddətə gecikdirmiş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) İddiaçı ASC hazırda ipoteka predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında keçmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, Giriş 1-də yerləşən 25 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetinin qiymətləndirilməsi zamanı "xxxx" MMC-nin 12 mart 2024-cü il tarixli 12 nömrəli hesabatı əsas götürülməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 12 mart 2024-cü il tarixli 12 nömrəli hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, Giriş 1-də yerləşən 25 nömrəli mənzilin likvid dəyəri 150000 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, Giriş 1-də yerləşən 25 nömrəli mənzilin ilkin satış qiyməti (likvid) 150000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bu baxımdan hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 72,98 (yetmiş iki manat doxsan səkkiz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin, Cavabdeh iş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2192,53 (iki min yüz doxsan iki manat əlli üç qəpik) manat əsas borc, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 72,98 (yetmiş iki manat doxsan səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, Giriş 1-də yerləşən 25 nömrəli mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti (likvid) 150000 (bir yüz əlli min) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 2310,51 (2192,53+45+72,98=2310,51) manat pul İddiaçı ASC-yə ödənilməli, artıq qalan vəsait Cavabdeh qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, Giriş 1-də yerləşən 25 nömrəli mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2192,53 (iki min yüz doxsan iki manat əlli üç qəpik) manat əsas borc, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 72,98 (yetmiş iki manat doxsan səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, Giriş 1-də yerləşən 25 nömrəli mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti (likvid) 150000 (bir yüz əlli min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 2310,51 (2192,53+45+72,98=2310,51) manat pul İddiaçı ASC-yə ödənilsin. Artıq qalan vəsait Cavabdeh qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, Giriş 1-də yerləşən 25 nömrəli mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bank: "xxxx" ASC-nin Nərimanov Filialı, VÖEN: ********** (bankın VÖENİ), kod: 200093, hesablaşma hesabı: AZ66AİİB********************, müxbir hesabı: AZ37NABZ********************, SWİFT: AİİBA2X) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar