Məhkəmə qərarları › İş №e-2(004)-374/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-374/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-374/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümçayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 MTK-ya qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 MTK-ya qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 103461.51 manat, faiz borcu üzrə 42668.38 manat, cərimə borcu üzrə 0,05 manat olmaqla, cəmi 146129,94 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, o cümlədən mülki işin məhkəməyə ünvanlanması üçün ödənilmiş 436.13 manat dövlət rüsumu və 1.48 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 238 (iki yüz otuz səkkiz) ay müddətinə 112286 (bir yüz on iki min iki yüz səksən altı) manat məbləğində kredit ayrılmışdır. 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə "xxxx" ASC arasında 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" ASC arasında 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) ipoteka ilə yüklü edilmişdir. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Qeyd olunanlarə nəzərə alınmaqla, iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilir. İddiaçı "xxxx" ASC-nin nümçayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, o, sözügedən ipoteka kreditini keçmiş müdiri üçün götürmüş, sadəcə kredit müqaviləsi formal olaraq onun adına rəsmiləşdirilmişdir. İddia tələbinin təmin edilməsini məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 238 (iki yüz otuz səkkiz) ay müddətinə 112286 (bir yüz on iki min iki yüz səksən altı) manat məbləğində kredit ayrılmışdır. İş materiallarına əsasən 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə "xxxx" ASC arasında 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" ASC arasında 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan-borc alan Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan Cavabdeh1 təmsilçisi (nümayəndə) X3 tərəfindən imzalanmışdır. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 Cavabdeh1 xüsusi mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 borcu əsas borc üzrə 103461.51 manat, faiz borcu üzrə 42668.38 manat, cərimə borcu üzrə 0,05 manat olmaqla, ümumilikdə 146129,94 manat təşkil edir. İş materiallarına əlavə edilmiş poçt qəbzlərinə əsasən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" ASC tərəfindən borclulara tələbin ipotekaya yönəldilməsi barədə xəbərdar edilmiş, pretenziya qaydasına əməl edilmişdir. İş materiallarında olan X4 Mərkəzi MMC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli hesabata əsasən müəyyən edilir ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanının bazar dəyəri 174.000 manat, likvid dəyəri isə 156.000 manat təşkil edir. Tədqiqatın dəyəri qismində 250 manat pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış, kredit, zaminlik və ipoteka müqavilələrinin şərtləri və aşağıdakı normalar çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 238 (iki yüz otuz səkkiz) ay müddətinə 112286 (bir yüz on iki min iki yüz səksən altı) manat məbləğində kredit ayrılmışdır. 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə "xxxx" ASC arasında 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" ASC arasında 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. İpoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan-borc alan Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan Cavabdeh1 təmsilçisi (nümayəndə) X3 tərəfindən imzalanmışdır. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 Cavabdeh1 xüsusi mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X4 Mərkəzi MMC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli hesabata əsasən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanının bazar dəyəri 174.000 manat, likvid dəyəri isə 156.000 manat təşkil edir. Kredit müqaviləsi üzrə müqavilə öhdəlikləri borclu Cavabdeh1 tərəfindən icra edilməmiş və nəticədə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc üzrə 103461.51 manat, faiz borcu üzrə 42668.38 manat, cərimə borcu üzrə 0,05 manat olmaqla, ümumilikdə 146129,94 manat borcu yaranmışdır (mülki işin mübahisəsiz halıdır). 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı nömrəli kredit müqaviləsi üzrə əsas öhdəlik borclu Cavabdeh1 tərəfindən icra edilmədiyindən öhdəliyin təmini üsulu kimi ipoteka saxlayanın tələbin ipoteka predmetinə yönəltmək hüququ və zaminlərə qarşı tələb irəli sürmək hüququ vardır. Odur ki, iddia tələbi əsaslıdır. İpoteka predmetinin ümumi sahəsi, yerləşdiyi ərazi, təmir durumu, ağlabatan bazar dəyəri əsas verir ki, X4 Mərkəzi MMC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli hesabatı əsaslıdır. Sözügedən rəy mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə xərci qismində iddiaçı tərəfindən qiymətləndirmə hesabatının təqdim edilməsi üçün ödənilmiş 250 (iki yüz əlli) manat pul və digər məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Digər cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, üzərlərinə düşən sübutetmə (təkzibetmə) yükünü təmin etməmiş, iddia tələbi üzrə sənid, sübut və ya material məhkəməyə təqdim etməmiş, şifahi formada da olsa mülahizə bildirməmişlər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada 43-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 103461.51 manat, faiz borcu üzrə 42668.38 manat, cərimə borcu üzrə 0,05 manat olmaqla, ümumilikdə 146129,94 manat borc məbləği, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat rüsum və xidmət haqqının, mülki işin məhkəməyə ünvanlanması üçün ödənilmiş 436.13 manat dövlət rüsumu və 1.48 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 156.000 manat müəyyən edilməklə əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait borca ödənilməli, Cavabdeh1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onlar ən geci bir ay ərzində mənzildən çıxarılmalı və mənzil boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 MTK-ya qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada 43xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 103461.51 manat, faiz borcu üzrə 42668.38 manat, cərimə borcu üzrə 0,05 manat olmaqla, ümumilikdə 146129,94 manat borc məbləği, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat rüsum və xidmət haqqı, mülki işin məhkəməyə ünvanlanması üçün ödənilmiş 436.13 manat dövlət rüsumu və 1.48 manat xidmət haqqı tutulsun. Tutma ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19- 05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 156.000 manat müəyyən edilməklə əmlak açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait borca ödənilsin. Cavabdeh1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onlar ən geci bir ay ərzində mənzildən çıxarılsın və mənzil boşaldılsın. İpoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Məhkəmə xərci qismində qiymətləndirmə hesabatının təqdim edilməsi üçün ödənilmiş 250 (iki yüz əlli) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar