Məhkəmə qərarları › İş №e-2(004)-3751/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3751/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3751/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 5438,07 (beş min dörd yüz otuz səkkiz manat yeddi qəpik) manat əsas, 43,36 (qırx üç manat otuz altı qəpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcu, iddia tələbi üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun Cavabdeh mülkiyyətində olan ipoteka predmeti “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitinin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 5438,07 (beş min dörd yüz otuz səkkiz manat yeddi qəpik) manat əsas, 43,36 (qırx üç manat otuz altı qəpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcu, iddia tələbi üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun Cavabdeh mülkiyyətində olan ipoteka predmeti “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitinin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2016-cı il tarixli 1682NZAK nömrəli kredit müqaviləsi üzrə əsas borcun restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 6670 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ipoteka predmeti “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Kredit müqaviləsi üzrə İddiaçı ASC tərəfindən müqavilə öhdəliklərinə əməl olunsa da, Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və xx.xx.2023-cü il tarixə 5438,07 (beş min dörd yüz otuz səkkiz manat yeddi qəpik) manat əsas, 43,36 (qırx üç manat otuz altı qəpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Qeyd olunanlarə nəzərə alınmaqla, iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinin özündə qeyd etməklə bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 1682NZAK nömrəli kredit müqaviləsi üzrə əsas borcun restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 6670 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 5438,07 (beş min dörd yüz otuz səkkiz manat yeddi qəpik) manat əsas, 43,36 (qırx üç manat otuz altı qəpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 104430 nömrəli çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2016-cı il tarixli 1682NZAK nömrəli kredit müqaviləsi üzrə əsas borcun restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 6670 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ipoteka predmeti “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Kredit müqaviləsi üzrə İddiaçı ASC tərəfindən müqavilə öhdəliklərinə əməl olunsa da, Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və xx.xx.2023-cü il tarixə 5438,07 (beş min dörd yüz otuz səkkiz manat yeddi qəpik) manat əsas, 43,36 (qırx üç manat otuz altı qəpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcu yaranmışdır. Kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” ləğv prosesində olan İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu səbəbdən, ləğv prosesində olan İddiaçı ASC-nin müqavilənin vaxtından əvvəl ləğv edilməsi və pul tələbinə dair iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 75 (yetmiş beş) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən iddianın təkzib edilməsi ilə bağlı hər hansı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, iddia barədə şifahi formada da olsa mülahizə məhkəməyə bildirilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, həmin müqavilə üzrə 5438,07 (beş min dörd yüz otuz səkkiz manat yeddi qəpik) manat əsas, 43,36 (qırx üç manat otuz altı qəpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcu, iddia tələbi üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu Cavabdeh mülkiyyətində olan ipoteka predmeti “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, ipoteka predmeti açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsaitinin kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 5438,07 (beş min dörd yüz otuz səkkiz manat yeddi qəpik) manat əsas, 43,36 (qırx üç manat otuz altı qəpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcu, iddia tələbi üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun Cavabdeh mülkiyyətində olan ipoteka predmeti “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitinin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. xx.xx.2019-cu il tarixli 2134NZF nömrəli kredit müqaviləsi üzrə 5438,07 (beş min dörd yüz otuz səkkiz manat yeddi qəpik) manat əsas, 43,36 (qırx üç manat otuz altı qəpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcu, iddia tələbi üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu Cavabdeh mülkiyyətində olan ipoteka predmeti “X1 Prado” minik markalı (tip: sedan, buraxılış ili 2012,BAN JTEBX9FJ1CK088036) **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. İpoteka predmeti açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsaitinin kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar