Məhkəmə qərarları › İş №e-2(004)-3755/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3755/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3755/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli R-BS- DK0577616/13 nömrəli razılaşma əsasında verilmiş kredit kartına əsasən xx.xx.2014-cü il tarixdə götürdüyü 3.276 manat borcdan ödənilməmiş qalan 2229,43 manat əsas borc, 2808,82 manat faiz borcu, 149,09 manat cərimə olmaqla, ümumilikdə 5.187,29 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişinə əsasən bank borcluya 36 ay müddətinə, illik 28% olmaqla 3276 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə “AZEMİS” sistemi vasitəsilə Cavabdeh +**********717, +**********65 və +**********14 mobil nömrələrinə “SMS” bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, kreditor İddiaçı ASC xx.xx.2013-cü il tarixli R-BS-DK0577616/13 nömrəli razılaşma əsasında verilmiş kredit kartına əsasən xx.xx.2014-cü il tarixdə borcalan Cavabdeh 36 ay müddətinə, illik 28% olmaqla 3276 kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin verdiyi xx.xx.2020-ci il tarixli MXD-1282/20 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, DK0577616/13 saylı müqaviləsi daxilində xx.xx.2014-cü il tarixdə ayrılmış 3276 manat kredit (LS0296316/14) üzrə cavabdeh xx.xx.2020-ci il tarixədək 2079.67 manat ödəniş etmişdir. Həmin ödənişlərdən 1046.57 manat əsas, 995.11 manat faiz, 37.99 manat cərimə borcundan silinmişdir. xx.xx.2017-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 2.229,43 manat əsas, 1.086,10 manat faiz, 149,04 manat cərimə olmaqla, cəmi 3.464,57 manat borcu vardır. xx.xx.2020-ci il tarixə Cavabdeh İddiaçı ASCyə 2.229,43 manat əsas, 2.808,82 manat faiz, 149,04 manat cərimə olmaqla, cəmi 5.187,29 manat borcu vardır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 149,04 manat cərimə azaldılaraq 40 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2013-cü il tarixli R-BS-DK0577616/13 nömrəli razılaşma əsasında verilmiş kredit kartına əsasən xx.xx.2014-cü il tarixdə götürdüyü 3.276 manat borcdan xx.xx.2017-ci il tarixədək (müqavilənin müddətinin bitdiyi tarixə) ödənilməmiş qalan 2.229,43 manat əsas borc, 1086,10 manat faiz borcu, 40 manat cərimə (dəbbə pulu) və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3385,53 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - müqavilənin müddəti bitdikdən sonrakı dövr üçün hesablanmış 1.722,72 manat faiz tutulması və 109,04 manat dəbbə pulunun tutulması hissəsində əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli R-BS-DK0577616/13 nömrəli razılaşma əsasında verilmiş kredit kartına əsasən xx.xx.2014-cü il tarixdə götürdüyü 3.276 manat borcdan xx.xx.2017-ci il tarixədək (müqavilənin müddətinin bitdiyi tarixə) ödənilməmiş qalan 2.229,43 manat əsas borc, 1086,10 manat faiz borcu, 40 manat cərimə (dəbbə pulu) və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3385,53 (üç min üç yüz səksən beş manat əlli üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar