Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3766/2023 18.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi, alimentin artırılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi, alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və on aəlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin məzmunundan və tərtibatından görünür ki, tələb iddia icraatı qaydasında, mülki iş üzrə alt kateqoriya alimentin artırılması kimi, prosessual iştirakçılar isə iddiaçı və cavabdeh qismində müəyyən edilərək məhkəməyə ünvanlanmışdır. Beləliklə, elektron məhkəmə informasiya sistemindən istifadə edilməklə verilmiş iddia ərizə yanlış formatda tərtib edilmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi mövcud olduğundan tələb iddia ərizəsi ilə deyil, ərizə formasında, xüsusi icraat qaydasında, MPM-in tələblərinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında verilməli, sazişin bir tərəfi ərizəçi, digər tərəfi isə maraqlı şəxs qismində prosesə cəlb olunmalıdır. Sözügedən tələbin iddia icraatı qaydasında verilməsi əsaslı hesab olunmur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbi düzgün formada müəyyən etməmiş, ərizənin nəticə hissəsini barışıq sazişini təsdiq etməklə alimentin artırılması qismində qeyd etmişdir. Bu səbəbdən, tələb qeyri-müəyyən olmaqla anlaşılan formada tərtib edilməmiş, iki ayrı tələb qarışdırılaraq bir icraatda qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tələbin yenidən, qanuni və əsaslı formada tərtib edilməklə məhkəməyə təqdim edilməsi hüququ hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi, alimentin artırılması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3766/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3766/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver