Məhkəmə qərarları › İş №e-2(004)-3774/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3774/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3774/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X9 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X8, X10 və X1rşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X8, X10 və X1rşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 16 oktyabr 2019-cu il tarixli, FR/86013/71 saylı, müqaviləyə əsasən 818,87 manat məbləğində borcun və 30 ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 ilə İddiaçı ASC arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli, FR/86013/71 saylı, müqaviləyə əsasən 1086 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X5 818.87 manat Banka borcu vardır. X11 12 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. 6 saylı notariat ofisinin notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İddiaçı "xxxx" ASC elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC (“bank”) ilə X11 (“kredit alan”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/86013/71 saylı “güzəştli kredit müqaviləsi”nə əsasən, Bank kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 (beş) il müddətinə illik 1 (bir) % dərəcəsi ilə 1086,70 manat (bir min səksən altı manat yetmiş qəpik) məbləğində kredit verir, Kredit alan isə bu Müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri Müqavilənin ayrılmaz hissəsi olan Ödəniş cədvəlinə əsasən nağd və ya köçürmə yolu ilə Banka ödəməyi öhdəsinə götürür. Bakı şəhəri 6 saylı notariat ofisində V-59/2022 nömrəli vərəsəlik işi üzrə reyestrdə 2V- 195 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan – Cavabdeh3, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, üv 11, mənzil 66 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2dır və onların hər biri bir miras əmlakdan 1/4 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Tİ və MHQİ tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş 30/9806 qeydəalma nömrəsi ilə 48 nömrəli kitabın 9806-cı səhifəsində qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 32,3 kv.m olan 1 otaqlı mənzildən ibarətdir. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, X11 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/86013/71 saylı müqaviləyə əsasən, borc alanın 818,87 manat əsas borcu vardır. xx.xx.2025-cı il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq haqqında məlumatdan görünür ki, cavabdeh X8 digər cavabdeh - xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuş X6 anasıdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC (“bank”) ilə X11 (“kredit alan”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/86013/71 saylı “güzəştli kredit müqaviləsi”ə əsasən, Bank kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 (beş) il müddətinə illik 1 (bir) % dərəcəsi ilə 1086,70 manat (bir min səksən altı manat yetmiş qəpik) məbləğində kredit verilmiş, kredit alan isə bu Müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri Müqavilənin ayrılmaz hissəsi olan Ödəniş cədvəlinə əsasən nağd və ya köçürmə yolu ilə Banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisində V-59/2022 nömrəli vərəsəlik işi üzrə reyestrdə 2V-195 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan ¼ hissədə pay almaqla, onlara qanun üzrə vərəlik haqqında şəhadətnamə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı borclunun vərəsələrindən müqavilə üzrə yaranmış əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X2 və X3 və cavabdeh X7 (qanuni nümayəndəsi vasitəsilə) müştərək qaydada 16 oktyabr 2019-cu il tarixli, FR/86013/71 saylı kredit müqaviləsi üzrə 818,87 (səkkiz yüz on səkkiz manat səksən yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X2 və X3 və cavabdeh X7 (qanuni nümayəndəsi vasitəsilə) müştərək qaydada 16 oktyabr 2019-cu il tarixli, FR/86013/71 saylı kredit müqaviləsi üzrə 818,87 (səkkiz yüz on səkkiz manat səksən yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar