Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3784/2024 12.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh qarşı “qızıl zinət əşyalarının dəyərinin və əmlakın satışından əldə edilmiş vəsaitin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl zinət əşyalarının dəyərinin və əmlakın satışından əldə edilmiş vəsaitin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qasim oğlundan qızıl-zinət əşyaları üçün 20000 manat, nəqliyyat vasitəsinin satışından 18000 manat və kredit öhdəliyi üçün 44000 manat, ümumilikdə 82000 manat pulun və ödənilmiş 338 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddia tələbi bir cavabdehə qarşı yönəldilsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir. Belə ki, iddiaçı qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınması ilə yanaşı, ona məxsus olan nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsaitin və kreditlə aldığı avtomobilə görə alınmış kreditin ona qaytarılması barədə bir birilə əlaqəli olmayan tələblər irəli sürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 152.1.6, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl zinət əşyalarının dəyərinin və əmlakın satışından əldə edilmiş vəsaitin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3784/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3784/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver