Məhkəmə qərarları › İş №e-2(004)-3791/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3791/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3791/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 012A********** saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2048,84 manat məbləğində kredit bоrcu, 496,76 manat məbləğində faiz bоrcu və 132,85 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2678 manat məbləğində bоrcun və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 46,78 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş məhkəmənin icraatına qəbul edilərək xx.xx.2022-ci il tarixə saat 10:45-ə məhkəmənin hazırlıq iclası təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə elektron-məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını və İddiaçı QSC-nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı QSC-nin nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar