Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3806/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1330 nömrəli daxili lizinq müqaviləsinə əsasən ona lizinqə verilmiş Ravon Nexia R3 markalı, 2017-ci il buraxılışlı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 3.932 manat, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 4.093 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 13-cü bəndinə əsasən tərəflər onlar arasında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlmişlər. Bu səbəbdən iddia ərizəsi ilə iddiaçı özünün qeydiyyata alındığı ünvan üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1330 nömrəli daxili lizinq müqaviləsinə əsasən Ravon Nexia R3 markalı, 2017-ci il buraxılışlı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı lizinqə verilmişdir. İddiaçı lizinqə götürdüyü avtomobili xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə vermiş və avtomobili idarə etmək üçün etibarnamə vermişdir. İcarə müqaviləsinin 1.8-ci bəndinə əsasən Cavabdeh hər hansı bir səbəbdən avtomobili İddiaçı qaytararkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Cavabdeh “Ravon Nexia R3” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən 12 dekabr 2022-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri Binəqədi yolunda ara məsafəsi qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP_5454060 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 3.932 manat tələb olunmuşdur. Lakin Cavabdeh dəymiş zərərin əvəzini ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”-də 3.932 manat ödəyərək, öz hesabına təmir etdirmişdir. Göründüyü kimi, Cavabdeh hərəkətləri nəticəsində iddiaçıya 3.932 manat maddi zərər dəymişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə ********** mobil telefon nömrəsinə SMS göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1330 nömrəli daxili lizinq müqaviləsinə əsasən dəyəri 13.800 manat olan Ravon Nexia R3 markalı, 2017-ci il buraxılışlı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı lizinqə verilmişdir. İddiaçı lizinqə götürdüyü Ravon Nexia R3 markalı, 2017-ci il buraxılışlı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə vermişdir və avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən ona etibarnamə verilmişdir. İcarə müqaviləsinin 1.8-ci bəndinə əsasən Cavabdeh hər hansı bir səbəbdən avtomobili İddiaçı qaytararkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli POA********** nömrəli etibarnamə ilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1330 nömrəli daxili lizinq müqaviləsinə əsasən İddiaçı lizinqə verilmiş Ravon Nexia R3 markalı, 2017-ci il buraxılışlı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən Cavabdeh verilmişdir. Etibarnamə xx.xx.2022-xx.xx.2022-ci il tarixə kimi qüvvədə olmuşdur. Cavabdeh “Ravon Nexia R3” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən 12 dekabr 2022-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri Binəqədi yolunda ara məsafəsi qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə maddi zərər dəymişdir. Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP_5454060 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Fiziki şəxs X1 (VÖEN **********) (“RS” Avtoservis) tərəfindən təqdim olunmuş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktına əsasən “Ravon Nexia R3” markalı, 2017-ci il buraxılışlı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində zədələnmiş ehtiyat hissələrinin alınmasına 2.092 manat, işçiliklər üçün 1.840 manat olmaqla, cəmi 3.932 manat vəsait tələb olunur. Fiziki şəxs X1 (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ĞLM 484446 nömrəli mədaxil qəbzinin kötüyündən müəyyən edilir iki, İddiaçı ehtiyat hissələrinin alınmasına və zəhmət haqqına, cəmi 3.932 manat pul ödəmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli pretenziya aktına əsasən, İddiaçı “Ravon Nexia R3” markalı, 2017-ci il buraxılışlı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 3.932 manat pulun Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilməsini, əks təqdirdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarla sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. İcarə müqaviləsinin 1.8-ci bəndinə əsasən Cavabdeh hər hansı bir səbəbdən avtomobili İddiaçı təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Bu səbəbdən iddiaçı avtomobilinə vurulmuş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1330 nömrəli daxili lizinq müqaviləsinə əsasən İddiaçı lizinqə verilmiş Ravon Nexia R3 markalı 2017-ci il buraxılışlı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 3.932 manat, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 4.093 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1330 nömrəli daxili lizinq müqaviləsinə əsasən İddiaçı lizinqə verilmiş Ravon Nexia R3 markalı 2017-ci il buraxılışlı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 3.932 manat, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 4.093 (dörd min doxsan üç) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3806/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3806/2023
18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver