Məhkəmə qərarları › İş №e-2(004)-381/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-381/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-381/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun tutulması və mənzil üzərində cavabdehə məxsus hüquqların iddiaçıya keçirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit borcunun qaytarılması, mənzil üzərində cavabdehə məxsus hüquqların iddiaçıya keçməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il tarixli 4192 nömrəli kredit müqaviləsi üzrə 84735,31 manat əsas borc, faiz borcu 55373,32 manat olmaqla cəmi 140108,37 manat borc məbləğinin və ödənilmiş 430,11 manat dövlət rüsumunun tutulması, iddiaçı Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 26 sentyabr 2012- ci il tarixli 02-nömrəli müqavilənin predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 830-cu keçid, 2929-2930-cu məhəllədə inşa edilmiş 1-17 mərtəbəli 5 girişli binanın, qeyri-yaşayış mərtəbəsində yerləşən, layihə üzrə uzununa 9-10 oxlararası, eninə A-E oxlararası, ümumi sahəsi 85 kv.m təşkil edən qeyri-yaşayış obyekti üzərində cavabdehə məxsus bütün hüquqların İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının adına keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh xx.xx.2012-ci il tarixli 4192 nömrəli kredit müqaviləsi üzrə 84735,31 manat əsas, 69044,12 manat faiz borcu olmaqla cəmi 153779,43 manat borc məbləğinin və ödənilmiş 430,11 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 26 sentyabr 2012-ci il tarixli 02-nömrəli müqavilənin predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 830-cu keçid, 2929-2930-cu məhəllədə inşa edilmiş 1-17 mərtəbəli 5 girişli binanın, qeyri-yaşayış mərtəbəsində yerləşən, layihə üzrə uzununa 9-10 oxlararası, eninə A-E oxlararası, ümumi sahəsi 85 kv.m təşkil edən qeyri-yaşayış obyekti üzərində cavabdehə məxsus bütün hüquqların İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının adına keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləei haqqında AR prezidentinin xx.xx.2015-ci il tarixə Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı problemli kredit borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-DİPK-1 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 4192 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 830-cu keçid, 2929-2930-cu məhəllədə inşa edilmiş 1-17 mərtəbəli 5 girişli binanın, qeyri-yaşayış mərtəbəsində yerləşən, layihə üzrə uzununa 9-10 oxlararası, eninə A-E oxlararası, ümumi sahəsi 85 kv.m təşkil edən qeyri-yaşayış obyektin alınması üçün 120 ay müddətinə illik 12 faizlə 99000 manat kredit verilmişdir. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda Cavabdeh tərəfindən buna əməl olunmamışdır. Müqavilənin 14.8-ci bəndinə əsasən Borc alan təərfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmdıqda yaranmış borc yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 26 sentyabr 2012-ci il tarixli 02-nömrəli müqavilənin predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 830-cu keçid, 2929-2930-cu məhəllədə inşa edilmiş 1-17 mərtəbəli 5 girişli binanın, qeyri-yaşayış mərtəbəsində yerləşən, layihə üzrə uzununa 9-10 oxlararası, eninə A-E oxlararası, ümumi sahəsi 85 kv.m təşkil edən qeyri-yaşayış obyekti üzərində hüquqular Borc verənə keçir. Cavabdehlə bağlanmış xx.xx.2012-ci il tarixli 4192 nömrəli kredit müqaviləsinin 14.4-cü bəndinə əsasən Borc alan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçı “AqrarKredit» BOKT QSC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli “Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Fərmanının 2.3.1-ci bəndinə əsasən İddiaçı BOKT QSC "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək vəzifəsini yerinə yetirir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 4192 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün illik faiz dərəcəsi 12% olmaqla 120 ay müddətinə 99000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 14.8.8-ci bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmdıqda yaranmış borc yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 26 sentyabr 2012-ci il tarixli 02-nömrəli müqavilənin predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 830-cu keçid, 2929-2930-cu məhəllədə inşa edilmiş 1-17 mərtəbəli 5 girişli binanın, qeyri-yaşayış mərtəbəsində yerləşən, layihə üzrə uzununa 9-10 oxlararası, eninə A-E oxlararası, ümumi sahəsi 85 kv.m təşkil edən qeyri-yaşayış obyekti üzərində hüquqlar Borc verənə keçir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 26 sentyabr 2012-ci il tarixli 02-nömrəli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 830-cu keçid, 2929-2930-cu məhəllədə inşa edilmiş 1-17 mərtəbəli 5 girişli binanın, qeyri-yaşayış mərtəbəsində yerləşən, layihə üzrə uzununa 9-10 oxlararası, eninə A-E oxlararası, ümumi sahəsi 85 kv.m təşkil edən qeyriyaşayış obyektini Payçıya verməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT QSC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehdən xx.xx.2012-ci il tarixli 4192 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə əsas borcun hesablanmış faizləri və cərimə məbləğini tam şəkildə qaytarılması və qeyri-yaşayış sahəsinin satılaraq borcun yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9226 saylı, 16 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən, iş materialinda olan hesabdan çıxarış, xx.xx.2012-ci il tarixli 4192 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-cı il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Pərakəndə Biznes Departamenti ABB Premyer Müştəri Xidmətinə 84735,31 manat əsas, 69044,12 manat faiz borcu vardır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan İddiaçı BOKT QSC xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli 4192 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin banka 84735,05 manat əsas borcu, 62660,54 manat faiz borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borc və faiz borcuna dair hissədə ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə deyil, iddaçının məhkəməyə təqdim etdiyi sonuncu tarixə olan 13 mart 2023-cü il tarixli maliyyə arayışında göstərilən 84735,05 (səksən dörd min yeddi yüz otuz beş manat beş qəpik) manat əsas borc və 62660,54 (altmış iki min altı yüz altmış manat əlli dörd qəpik) manat faiz borcu olmaqla qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Məhkəmə iddia tələbinin “Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 26 sentyabr 2012-ci il tarixli 02-nömrəli müqavilənin predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 830-cu keçid, 2929-2930-cu məhəllədə inşa edilmiş 1-17 mərtəbəli 5 girişli binanın, qeyri-yaşayış mərtəbəsində yerləşən, layihə üzrə uzununa 9-10 oxlararası, eninə A-E oxlararası, ümumi sahəsi 85 kv.m təşkil edən qeyri-yaşayış obyekti üzərində cavabdehə məxsus bütün hüquqların İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının adına keçirilməsi” hissəsinə münasibətdə bildirir ki, “Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 26 sentyabr 2012-ci il tarixli 02nömrəli müqavilənin tərəfi iddiaçı deyildir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq hər hansı ipoteka müqaviləsi bağlanmamış, eyni zamanda sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədin mövcudluğu barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin öhdəliyin təminatı olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq ayrıca ipoteka müqaviləsi bağlanmalı, notarial qaydada təsdiqlənməli və reyestrdə qeydə alınmalı idi. Belə olan halda, məhkəmə həmin hissədə iddianı əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 430,11 (dörd yüz otuz manat on bir qəpik) manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 84735,05 (səksən dörd min yeddi yüz otuz beş manat beş qəpik) manat əsas borc, 62660,54 (altmış iki min altı yüz altmış manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 147395,59 (yüz qırx yeddi min üç yüz doxsan beş manat əlli doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 430,11 (dörd yüz otuz manat on bir qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 84735,05 (səksən dörd min yeddi yüz otuz beş manat beş qəpik) manat əsas borc, 62660,54 (altmış iki min altı yüz altmış manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 147395,59 (yüz qırx yeddi min üç yüz doxsan beş manat əlli doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 430,11 (dörd yüz otuz manat on bir qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar