Məhkəmə qərarları › İş №e-2(004)-3838/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3838/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3838/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 0080/PB/19 saylı kredit müqaviləsinə əsasən 2385,08 manat əsas borc, 138,25 manat hesablanmış faiz borcu, 477,01 manat dəbbə pulu olmaqla,cəmi 3000,34 manat kredit borcu və 51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 153.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2024 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 0080/PB/19 saylı kredit müqaviləsi üzrə yaranmış 2385,08 manat əsas borc, hesablanmış 174,33 manat faiz borcu, 150 manat dəbbə pulu, ödənilmiş 65,25 manat dövlət rüsumu olmaqla, cəmi 2774,66 (iki min yeddi yüz yetmiş dörd manat altmış altı qəpik) manat pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnaməni nəzərdən keçirib, hər iki iddiaları müqayisə edərək, məhkəmə belə nəticəyə gəlir ki, hər iki halda tərəflər eyni, iddianın predmeti, yəni tələbi eyni, habelə iddiaların məzmunundan göründüyü kimi, mübahisənin əsasları da eynidir. Məhkəmə mübahisənin əsaslarını müqayisə edərkən sözlərin hərfi mənasina deyil, mübahisənin əsas mahiyyətinə diqqət yetirir. Mübahisənin mahiyyətindən göründüyü kimi, onun əsasını xx.xx.2019-cu il tarixli 0080/PB/19 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu təşkil edir. Odur ki, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən X1 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 50,60 (əlli manat altmış qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı BOKT ASC-yə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilən 50,60 (əlli manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı BOKT ASC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən X1 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 50,60 (əlli manat altmış qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı BOKT ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar