Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-384/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Əlismayil oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "maddi zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş1.079,52 (bir min yetmiş doqquz manat, 52 qəpik) manat maddi zərər məbləğinin, 30, 80 (otuz manat 80 qəpik) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1.110,72 (bir min bir yüz on manat 72 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində **-DH-*** DQN-lı “BMW 750 MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri Hüseyn Cavid prospekti ilə hərəkət edərkən İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-lı “BMC Procity” markalı avtobusun sağ ön tərəfindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-si barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh əməllərində İXMnin 327.1-ci maddələrinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar verilibdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X3 İdarəsində tanınmışdır. Yol–nəqliyyat hadisəsi nəticəsində avtobusun sağ ön hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 5 gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli ******* saylı Zərər Aktına əsasən **-JU-*** DQN-lı avtobusa 1.079,52 ( bir min yetmiş doqquz manat, 52 qəpik) manat maddi zərər dəymişdir. Qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən **-DH-*** DQN-lı “BMW 750 MİNİK” markalı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından hadisə nəticəsində İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 1.079,52 (bir min yetmiş doqquz manat, 52 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3075924Nümayəndə1 Əlismayil oğlu iddia tələbinin məzmununa uyğun izahat vermiş və qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflərindən aparılmış yoxlama zamanı hadisənin baş verdiyi tarixə sığorta hadisəsi törədən nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası üzrə müqaviləsinin mövcudluğu barədə məlumat aşkarlanmamışdır. Bu barədə yoxlama məlumatını məhkəməyə təqdim etmişdir. Odur ki, dəymiş zərərin ödənilməsini cavabdehdən tələb edirlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbini barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri DYP-nın xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədər digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbəh vermə haqqında” elekton qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 15:00-da H.Cavid prospekti ərazisində “BMW 750 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə və yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İXM-nin 327.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. BMC AZ SERVİS HİZMETLERİ MMC tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli Zərər aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləği 1079,52 manat müəyyən edilmişdir. "xxxx" ASC-nın sorğuya cavab AS-25/098 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində (İddiaçı MMC-yə məxsus “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın tənzimlənməsi ilə əlaqədar) və həmin baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tələb olunan sənədlər Cəmiyyətə təqdim edilmədiyi üçün sığorta ödənişi həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri DYP-nın xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 15:00da H.Cavid prospekti ərazisində “BMW 750 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə və yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İXM-nin 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Nəticə etibarilə, iddiaçının mülkiyyətində olan “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1079,52 manat məbləğində maddi zərər dəymişdir. Mülki qanunvericiliyə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli; Cavabdeh maddi zərərə görə 1.079,52 (bir min yetmiş doqquz manat əlli iki qəpik) manat məbləğində pul və 31,20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərə görə 1.079,52 (bir min yetmiş doqquz manat əlli iki qəpik) manat məbləğində pul və 31,20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-384/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-384/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver