Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3846/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə, "xxxx" MTK-ya, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri X2rşı “ümumi yığıncağın protokolundan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə, "xxxx" MTK-ya, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri X2rşı “ümumi yığıncağın protokolundan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Caspian İnşaat MB” MТК üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan verilmiş 26 iyun 2019-cu il çıxarışın, 26 iyun 2019-cu il tarixli 01-14 nömrəli maliyyə arayışının etibarsız hesab edilməklə, ünvan 1 ünvanına dair verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə qeyd edilmiş çıxarışın ləğv edilməsi və iddiaçının həmin mənzilə sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, "xxxx" MMC, “Caspian İnşaat MB” MТК və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri X3 mülki iş üzrə cavabdeh qismindən çıxarılması və iş üzrə yalnız cavabdeh qismində Cavabdeh2 saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 ilə aralarındakı mübahisəni barışıq yolu ilə həll etməyə razılaşdıqlarını və buna dair öz aralarında xx.xx.2022-ci il tarixdə notarial qaydada barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, tərəflər – İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış və xüsusi notarius X1 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişini, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırda məhkəmənin mübahisəni sülh yolu ilə həll etməklə bağlı təklifini tərəflər müsbət dəyərləndirmiş və barışıq sazişi bağlamışlar. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən müəyyən edilir ki, İddiaçı (iddiaçı) və Cavabdeh2 (cavabdeh) (bundan sonra tərəflər) hazırki mülki iş üzrə aralarındakı mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədilə aşağıdakı şərtlərlə barışıq sazişini bağlamışlar. 2.1. İddiaçı və Cavabdeh2 sözügedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni barışıq yolu ilə həll etmək məqsədilə bu sazişi bağlayırlar. 2.2. İddiaçı cavabdehlər "xxxx" MMC, “Caspian İnşaat MB” MТК və "Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri" X3 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasından imtina edir. 2.3. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanının İddiaçı mülkiyyətinə keçirilməsi barədə razılığa gəlirlər. 3.1. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər AR MPM-nin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2. Bu saziş barədə razılığa gəlinərək imzalandığı halda Yasamal Rayon Məhkəməsi tərəfindən icra vərəqəsinin verilməsi üçün əsas olacaqdır. 3.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4. Bu saziş 4 nüsxədə tərtib edilir və məhkəmə tərəfinədn təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq iddiaçıda, cavabdehdə və məhkəmədə saxlanılır.” Beləliklə, tərəflər yuxarıdakı şərtlərlə imzalanan xx.xx.2022-ci il tarixli barışıq sazişini ilə tam razı olduqlarını, bu sazişi tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürdüklərini bildirmişlər. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Belə ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, sözügedən mənzili Elvin adlı tanışı ondan aldığı, lakin qısa müddət sonra ləğv etdiyi etibarnamə əsasında qanunsuz olaraq iddiaçının keçmiş əri Elçin adlı şəxsə satmışdır. Fakta görə cinayət işi başlanmış, həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Elvin təqsirli bilinərək barəsində cəza təyin edilmiş, həmin iş üzrə onun verdiyi mülki iddia tələbi isə təmin edilmişdir. Hazırda məhkum edilmiş Elvin hökmlə ona dəymiş zərəri hissə-hissə ödəyir. Ona görə onun mənzilin faktiki sahibi İddiaçı qarşı heç bir maddi tələbi yoxdur və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 qarşı “ümumi yığıncağın protokolundan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması" tələbinə dair Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3846/2022 saylı mülki iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış, reyestrdə 3M-1620 nömrə ilə qeydə alınmış barışıq sazişi təsdiq edilməli və həmin mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.3, 191.1, 191.2, 261, 261.0.4, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 qarşı “ümumi yığıncağın protokolundan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması" tələbinə dair e-2(004)-3846/2022 saylı mülki iş üzrə tərəflər arasında xx.xx.2022-ci il Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış, reyestrdə 3M- 1620 nömrə ilə qeydə alınmış barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: 2.1. İddiaçı və Cavabdeh2 sözügedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni barışıq yolu ilə həll etmək məqsədilə bu sazişi bağlayırlar. 2.2. İddiaçı cavabdehlər "xxxx" MMC, “Caspian İnşaat MB” MТК və "Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri" X3 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasından imtina edir. 2.3. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanının İddiaçı mülkiyyətinə keçirilməsi barədə razılığa gəlirlər. 3.1. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər AR MPM-nin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2. Bu saziş barədə razılığa gəlinərək imzalandığı halda Yasamal Rayon Məhkəməsi tərəfindən icra vərəqəsinin verilməsi üçün əsas olacaqdır. 3.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4. Bu saziş 4 nüsxədə tərtib edilir və məhkəmə tərəfinədn təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq iddiaçıda, cavabdehdə və məhkəmədə saxlanılır.” İddiaçı Cavabdeh2 qarşı “ümumi yığıncağın protokolundan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3846/2022 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardadın icrası (mülkiyyət hüququnun reyestrdə qeydə alınması hissəsində) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri X3 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-3846/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3846/2022
25.10.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver