Məhkəmə qərarları › İş №e-2(004)-3848/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3848/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3848/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPOİddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2144,32 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 324,30 ABŞ dolları faiz, 776,14 ABŞ dolları faiz borcu, 994,55 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4239,31 ABŞ dolları borcun, xx xxxx 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2769,02 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 410,78 ABŞ dolları faiz, 1135,75 ABŞ dolları faiz, 1284,48 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 5600,03 ABŞ dolları borcun, 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın girov predmeti olan Cavabdeh məxsus “Mirsubishi Lancer” minik markalı, qara metal rəngli, buraxılış ili 2008-ci il olan, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldərək avtomaşının açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xırdalan Filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə illik 22 faiz ödənilmək şərti ilə 2800 ABŞ dolları və xx xxxx 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə illik 22 faiz ödənilmək şərti ilə 3580 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda kredit Cavabdeh verilən zaman xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinin təminatı olaraq ona məxsus “Mirsubishi Lancer” minik markalı, qara metal rəngli, buraxılış ili 2008-ci il olan, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşın eyni tarixli ipoteka müqaviləsi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozmuş , dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, iddia tələbinin əsas borc hissəsi ilə razı olduğunu, lakin faiz və cərimə borclarının şişirdilmiş olduğunu qeyd etmişdir. Bundan əlavə, borcu krediti götürdüyü vaxt üçün müəyyən olunmuş ABŞ dollarının kursu ilə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməli və cavabdehdən xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2144,32 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 324,30 ABŞ dolları faiz, 776,14 ABŞ dolları faiz borcu, xx xxxx 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2769,02 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 410,78 ABŞ dolları, 1135,75 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə 994,55 ABŞ dolları və xx xxxx 2015-ci il tarixli, 2035 saylı saylı kredit müqavilələri üzrə 1284,48 ABŞ dolları cərimə borclarının tutulması ilə əlaqədar tələbi üzrə qeyd edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğlərinin miqdarını, hesablanmış dəbbə pullarının götürülmüş kreditlərə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulları azaldılaraq xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə 214 ABŞ dolları və xx xxxx 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsi üzrə 277 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 2034 saylı müqavilədən irəli gələn öhdəliklər kredit alan fiziki şəxs tərəfindən yerinə yetirilmədiyindən bank artıq həmin kreditin təminatı olan tələbin girova yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikasının “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qətnamənin icrası qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı LPOİddiaçı ASC-nin X1 Fondunun iddiası qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24,60 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh LPOİddiaçı ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə 2144,32 (iki min yüz qırx dörd ABŞ dolları otuz iki sent) ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 324,30 (üç yüz iyirmi dörd ABŞ dolları otuz sent) ABŞ dolları faiz, 776,14 (yeddi yüz yetmiş altı ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 214 (iki yüz on dörd) ABŞ dolları cərimə borcu, ümumilikdə 3458,76 (üç min dörd yüz əlli səkkiz ABŞ dolları yetmiş altı sent) ABŞ dolları borc, xx xxxx 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsi üzrə 2769,02 (iki min yeddi yüz altmış doqquz ABŞ dolları iki sent) ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7ci maddəsinə uyğun olaraq hesablanmış 410,78 (dörd yüz on ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları faiz, 1135,75 (min yüz otuz beş ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz, 277 (iki yüz yetmiş yeddi) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4592,55 (dörd min beş yüz doxsan iki ABŞ dolları əlli beş sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) kredit borcu, 24,60 (iyirmi dörd manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. xx xxxx 2015-ci il tarixli , 2034 saylı kredit müqaviləsi üzrə cəmi 3458,76 (üç min dörd yüz əlli səkkiz ABŞ dolları yetmiş altı sent) ABŞ dolları borcun tutulması Cavabdeh tərəfindən xx xxxx 2015-ci il tarixli, 2034 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Mirsubishi Lancer” minik markalı, qara metal rəngli, buraxılış ili 2008-ci il olan, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar