Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3858/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "X1 A CAR" MMC və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "X1 A CAR" MMC və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən vurulmuş ziyana görə 2730 (iki min yeddi yüz otuz manat) manat, dövlət rüsumu olaraq ödənilmiş 47,30 (qırx yeddi manat 30 qəpik) manat olmaqla cəmi 2777,30 (iki min yeddi yüz yetmiş yeddi manat 30 qəpik) manat pul vəsaitini və eləcə də pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə uyğun bank uçot dərəcəsi ilə faizin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində təxminən saat 08:10 radələrində ona məxsus “Audi Q8” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bilgəh qəsəbəsi 15-ci dalan ünvanında maşını saxlamışdı. Bu zaman soldan yaxınlaşmaqda olan Cavabdeh3 tərəfindən idarə olunan “Hyundai Elantra” markalı **-NY- *** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Qəzadan qısa müddət sonra hadisə yerinə Sabunçu RPİ DYPŞ-nin əməkdaşları gəlmiş, hadisə ilə əlaqədar olaraq onların – sürücülərin izahatı alınmış, yolnəqliyyat hadisəsinin sxemi çəkilməklə araşdırma aparılmışdır. Araşdırma nəticəsində Cavabdeh3 İnzibati Xətalar Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli İXP5230394 nömrəli protokol və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli TP5565642 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Bununla da hadisənin törədilməsində Cavabdeh3 günahkar olması öztəsdiqini tapmışdır. Qeyd edir ki, hadisə nəticəsində ona məxsus “Audi Q8” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6730 manat məbləğində ziyan vurulmuş, dəymiş ziyan "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü tarixli Qüsur aktı ilə də öz təsdiqini tapır. Həmin ziyandan "xxxx" ASC sığorta şirkəti tərəfindən ona 4000 manat məbləğdə pul geri qaytarılmışdır. Göründüyü kimi sığorta şirkəti tərəfindən vurulan ziyan tam şəkildə qarşılanmadığı üçün ona məxsus maşının təmiri üçün əlavə olaraq 2730 (iki min yeddi yüz otuz) manat məbləğində xərc çəkmişdir. Həmçinin qeyd edir ki, “Hyundai Elantra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixli Bakı şəhəri 23 saylı notariusu tərəfindən verilən etibarnamə (ƏN-Vİ№414927) əsasında avtomobil Cavabdeh2 MMC-nin istifadəsinə vermiş, MMC-də öz növbəsində 01172 nömrəli Minik Avtomobili üçün Yol Vərəqəsi əsasında Cavabdeh3 maşını onun sahiblik və istifadəsinə vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "X1 A CAR" MMC ilə Cavabdeh3 arasında bağlanmış SN 01/72 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən - "X1 A CAR" MMC icarəçi - Cavabdeh3 “Hyundai Elantra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili hər 1 sutkası üçün 60 manat ödənilməsi şərti ilə müvəqqəti istifadəsinə verməyi öhdəsinə götürür. Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Hyundai Elantra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Cavabdeh1 tərəfindən "X1 A CAR" MMC-yə xx.xx.2022-ci il tarixdən etibar edilmişdir. "X1 A CAR" MMC-nin minik avtomobil üçün 01/72 nömrəli yol vərəqəsindən görünür ki, “Hyundai Elantra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 fevral 2023cü ildən 15 fevral 2023-cü ilədək AD seriyalı 194089 nömrəli sürücülük vəsiqəsi ilə Cavabdeh3 idarə olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə Cavabdeh3 tərəfindən törədilmiş YNH-si ilə bağlı barəsində tərtib edilmiş İXP5230394 saylı inzibati protokol və digər sənədlərlə bağlı sorğu gönədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən sorğuya cavab olaraq məhkəməyə göndərilmiş İXP5230394 saylı inzibati protokoldan görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr etmə qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. AE seriyalı 013696 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Audi Q8” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən İddiaçı məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan və etibarnamə əsasında "X1 A CAR" MMC-yə verilən “Hyundai Elantra” markalı **- NY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 icrayə müqaviləsi üzrə idarə edərkən xx.xx.2023-cü il tarixdə qəza törətmiş və nəticədə İddiaçı məxsus “Audi Q8” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Hazırda isə İddiaçı “Hyundai Elantra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1, icarəyə verən "X1 A CAR" MMC və hadisə zamanı avtomobili idarə edən Cavabdeh3 nəqliyyat vasitəsinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində öz avtomobilinə dəymiş zərərin ödənilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, “Hyundai Elantra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən etibarnamə əsasında idarə olunarkən İddiaçı məxsus “Audi Q8” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəydiyindən, həmçinin qanunvericiliyin tələblərinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmalı olduğundan iddia tələbi Cavabdeh3 münasibətdə təmin olunmalıdır. Həmçinin iddia tələbinin pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə uyğun bank uçot dərəcəsi ilə faizin cavabdehlərdən tutulması hissəsind məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır, yəni pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə uyğun bank uçot dərəcəsi ilə faizin tutulması tələbi məhkəmədə öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikaası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənöhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasənmülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bundan başqa 1108.1-ci maddəyə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsiredən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 47,30 manat dövlət rüsumu Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, İddiaçı ona məxsus “Audi Q8” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh3 tərəfindən idarə olunan “Hyundai Elantra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyməsi nəticəsində dəymiş ziyana görə 2730 (iki min yeddi yüz otuz manat) manat və dövlət rüsumu olaraq ödənilmiş 47,30 (qırx yeddi manat 30 qəpik) manat olmaqla cəmi 2777,30 (iki min yeddi yüz yetmiş yeddi manat 30 qəpik) manat Cavabdeh3 tutularaq iddiaçının xeyinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 2730 (iki min yeddi yüz otuz manat) manat və dövlət rüsumu olaraq ödənilmiş 47,30 (qırx yeddi manat otuz qəpik) manat olmaqla, cəmi 2777,30 (iki min yeddi yüz yetmiş yeddi manat otuz qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3858/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3858/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver