Məhkəmə qərarları › İş №e-2(004)-3861/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3861/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3861/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh3 iştirakı ilə İddiaçı Accessbank QSC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “müqavilələrin ləğvi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Accessbank QSC Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “müqavilələrin ləğvi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Accessbank QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər, xx.xx.2020-ci 001R**********1 saylı kredit razılaşması və ona əlavə eidlmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 oğundan 001R********** saylı kredit razılaşması üzrə 2137,48 manat kredit borcu, 381,89 manat faiz borcu, 470,45 manat cərimə borcu olmaqla, 001R**********1 saylı kredit razılaşması üzrə 1207,07 manat kredit borcu, 179,72 manat məbləğində faiz borcu, 272,8 manat cərimə borcu olmaqla, ümumilikdə 4649,41 manat məbləğində borcun, 66,49 manat dövlət rüsumunun tutularaq iddiaçı Accessbank QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, cərimə məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Accessbank QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 001L**********6 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2028-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olna kredit razılaşmaları ilə müəyyən olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən müəyyən olunur ki, Accessbank QSC Cavabdeh3 24 ay müddətinə, aylıq 2,0833 % olmaqla, 3000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, sonuncu ay 154,40 manat, hər ay 161 manat olmaqla, cəmi 3857,4 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh3 bankdan 3000 manat məbləğində krediti almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 001R**********S saylı kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2018-ci il tarixli 001L**********6 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ilk 4 ay güzəşt tətbiq edilməklə, sonrakı 3 ay 177,86 manat, sonuncu ay 152,26 manat, hər ay 161 manat olmaqla, cəmi 3487,55 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 001R**********SA saylı kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2018-ci il tarixli 001L**********6 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ilk 5 ay güzəşt tətbiq edilməklə, sonuncu ay 214,06 manat, hər ay 221 manat olmaqla, cəmi 3232,49 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001R**********SB saylı kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2018-ci il tarixli 001L**********6 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyir. İş materiallarında olan 25.05.202-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ilk 6 ay güzəşt tətbiq edilməklə, sonuncu ay 246,27 manat, hər ay 204 manat olmaqla, cəmi 3144,27 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən müəyyən olunur ki, Accessbank QSC Cavabdeh3 24 ay müddətinə, aylıq 2,0833 % olmaqla, 1400 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, sonuncu ay 76,76 manat, hər ay 75 manat olmaqla, cəmi 1801,76 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh3 1400 manat məbləğində krediti almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 001R**********SA saylı kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2018-ci il tarixli 001L**********6 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ilk 3 ay hgüzəşt tətbiq edilməklə, sonrakı 2 ay 84,61 manat, sonuncu ay 72,67 manat, hər ay 74 manat olmaqla, cəmi 1826,89 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 001R**********SB saylı kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2018-ci il tarixli 001L**********6 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ilk 6 ay güzəşt tətbiq edilməklə, sonuncu ay 88,68 manat, hər ay 92 manat olmaqla, cəmi 1785,68 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001R**********SC saylı kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2018-ci il tarixli 001L**********6 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ilk 6 ay güzəşt tətbiq edilməklə, sonuncu ay 113,23 manat, hər ay 110 manat olmaqla, cəmi 1826,89 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Accessbank QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 001S**********02 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bu müqavilə bank və borcalan arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 001L**********06 saylı uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsinin məbləği 100000 ABŞ dolları, müddəti 120 ay, faiz dərəcəsinin yuxarı həddi 28%-dir. Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan Accessbank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 001S**********01 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bu müqavilə bank və borcalan arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 001L**********06 saylı uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsinin məbləği 100000 ABŞ dolları, müddəti 120 ay, faiz dərəcəsinin yuxarı həddi 28%-dir. Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışılarından görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 1207,07 manat əsas, 179,72 manat faiz, 272,8 manat cərimə borcu olmaqla, cəmi 1659,59 manat, xx.xx.2019-cu i tarixli 001R193361191 saylı kredit razılaşması üzrə 2137,48 manat əsas, 381,89 manat faiz, 470,45 manat cərimə borcu olmaqla, cəmi 2989,82 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarına əsasn müəyyən olunur ki, əsasən müəyyən ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borclunun və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər, xx.xx.2020-ci 001R**********1 saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 oğundan 001R********** saylı kredit razılaşması üzrə 2137,48 manat kredit borcu, 381,89 manat faiz borcu, 30 manat cərimə, 001R**********1 kredit razılaşması üzrə 1207,07 manat kredit borcu, 179,72 manat məbləğində faiz borcu, 20,84 manat cərimə olmaqla, ümumilikdə 3957 manat borc və 66,49 manat dövlət rüsumu tutularaq iddiaçı Accessbank QSC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 470,45 manat, xx.xx.2020-ci 001R**********1 saylı kredit razılaşması üzrə 272,8 məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni xx.xx.2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 30 manat, xx.xx.2020-ci 001R**********1 saylı kredit razılaşması üzrə 20,8 məbləğində manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 66,49 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı Accessbank QSC-yə ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı Accessbank QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər, xx.xx.2020-ci 001R**********1 saylı kredit razılaşması və ona əlavə eidlmiş sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 oğundan 001R********** saylı kredit razılaşması üzrə 2137,48 manat kredit borcu, 381,89 manat faiz borcu, 30 manat cərimə, 001R**********1 kredit razılaşması üzrə 1207,07 manat kredit borcu, 179,72 manat məbləğində faiz borcu, 20,84 manat cərimə olmaqla, ümumilikdə 3957 manat borc və 66,49 manat dövlət rüsumu tutularaq iddiaçı Accessbank QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar