Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3893/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2884,21 manat əsas borc, ona hesablanmış 1046,40 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3510 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7440,61 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 95 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan TOYOTA LAND-CRUİSER markalı, tip: UNİVERSAL, buraxılış ili: 2010, ban: № JTMHU09J2A5032763, rəngi:ağ mirvari, mühərrik həcmi 4000 sm^3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 2884,21 manat əsas borc, ona hesablanmış 1046,40 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3510 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7440,61 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 95 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan marka/model: TOYOTA LAND-CRUİSER, tip: UNİVERSAL, buraxılış ili: 2010, ban: № JTMHU09J2A5032763, rəngi: ağ mirvari, mühərrik həcmi 4000 sm^3, nəqliyyat vasitəsi ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim edilmiş və bu barədə xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Girov Müqaviləsi bağlanmışdır. Qeyd olunan girov müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikasının Dövlət X3 müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq reyestrindən ÇİXARİŞ: AA145207). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 75000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. xx.xx.2024-cü il tarixinə 2884,21 manat məbləğində əsas borc, ona hesablanmış 1046,40 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3510 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7440,61 manat məbləğində borc yaranmışdır. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Krеdit Müqaviləsinə əsasən borcverən tərəfindən borcalana 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ödəniş Tapşırığından görünür ki, xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li kredit müqaviləsi ilə müəyyən edilən 15000 manat məbləğ Cavabdeh bank hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı BOKT ASC (girov saxlayan) ilə Cavabdeh (girov qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Girov Müqaviləsinə əsasən Cavabdeh Finoko» BOKT ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Krеdit Müqaviləsi üzrə öhdəliyinin təminatı kimi marka/model: TOYOTA LAND-CRUİSER, tip: UNİVERSAL, buraxılış ili: 2010, ban: № JTMHU09J2A5032763, rəngi: ağ mirvari, mühərrik həcmi 4000 sm^3 olan nəqliyyat vasitəsini girov saxlayana girov qoymuşdur. İş materiallarında olan İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış 27 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Krеdit Müqaviləsi müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyi təqdirdə borcun tutulması və tələbin ipoteka predimetinə yönəldilməsi üçün məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixinə 2884,21 manat əsas borc, 1010,41 manat faiz borcu, 3285 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 7179,62 manat məbləğində borcun yarandığı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC-nin xx.xx.2024-cü il tarixli borc haqqında arayışından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Krеdit Müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixinə olan borcu 2884,21 manat məbləğində əsas borc, ona hesablanmış 1046,40 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3510 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7440,61 manat təşkil edir. İş materiallarında olan İddiaçı BOKT ASC-nin AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Krеdit Müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan BA 159859 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, TOYOTA LAND-CRUİSER, tip: UNİVERSAL, buraxılış ili: 2010, ban: № JTMHU09J2A5032763, rəngi: ağ mirvari, mühərrik həcmi 4000 sm^3 olan nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 145207 nömrəli 21 fevral 2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan “TOYOTA LAND- CRUİSER” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı BOKT ASC-nin xeyrinə yüklülüyü daşınar əmlakın rəsmi reyestrində 21 fevral 2024-cü il tarixdə qeydə alınmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Göründüyü kimi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan marka/model: TOYOTA LAND-CRUİSER, tip: UNİVERSAL, buraxılış ili: 2010, ban: № JTMHU09J2A5032763, rəngi: ağ mirvari, mühərrik həcmi 4000 sm^3, nəqliyyat vasitəsi ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim edilmiş və bu barədə xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li Girov Müqaviləsi bağlanmışdır. Tərəflər arasında Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı BOKT ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixinə İddiaçı BOKT ASC-yə olan borcu 2884,21 manat əsas borc, 1046,40 manat faiz borcu, 3510 manat dəbbə pulu olmaqla, cəmi 7440,61 manat, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tarixinə İddiaçı BOKT ASC-yə 2884,21 manat əsas borc, 1010,41 manat faiz borcu, 3285 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 7179,62 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tariхli, 2022/00043-01AK №-li kredit müqaviləsinə əsasən əsas və faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3510 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,27 manat pul tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 42,73 manat (95-52,27=42,73) iddiaçıya aid edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2884,21 (iki min səkkiz yüz səksən dörd manat iyirmi bir qəpik) manat əsas borc, 1010,41 (bir min on manat qırx bir qəpik) manat faiz borcu və 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 4094,62 (dörd min doxsan dörd manat altmış iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,27 (əlli iki manat iyirmi yeddi qəpik) manat pul tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 42,73 (qırx iki manat yetmiş üç qəpik) manat (95- 52,27=42,73) iddiaçıya aid edilməli, tutma - Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “TOYOTA LAND-CRUİSER” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə realizə edilməli, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 4146,89 (dörd min yüz qırx altı manat səksən doqquz qəpik) (4094,62+52,27=4146,89)) manat pul İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilməli, artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2884,21 (iki min səkkiz yüz səksən dörd manat iyirmi bir qəpik) manat əsas borc, 1010,41 (bir min on manat qırx bir qəpik) manat faiz borcu və 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 4094,62 (dörd min doxsan dörd manat altmış iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,27 (əlli iki manat iyirmi yeddi qəpik) manat pul tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 42,73 (qırx iki manat yetmiş üç qəpik) manat (95-52,27=42,73) iddiaçıya aid edilsin. Tutma - Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “TOYOTA LAND-CRUİSER” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 4146,89 (dörd min yüz qırx altı manat səksən doqquz qəpik) (4094,62+52,27=4146,89)) manat pul İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3893/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3893/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver