Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3895/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı Azər-Türk Bank ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “Azər-Türk Bank ASC” Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 89656.39 (səksən doqquz min altı yüz əlli altı manat 39 qəpik ) manat əsas, 3382.11(üç min üç yüz səksən iki manat 11 qəpik) manat faiz cəmi 132167.61(yüz otuz iki min yüz altmış yeddi manat 61 qəpik) manat pul, iddia əizəsinə görə ödənilmiş 370 (üç yüz yetmiş manat) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-NİN 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 (qırx beş manat) manat ödəniş tutulmasını, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsini, tutmanın ünvan 2 ünvanına yönəldilməsini, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılmasını və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsini, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 128548.98 (bir yüz iyirmi səkkiz min beş yüz qırx səkkiz manat 98 qəpik) əsas, 1259.92 (bir min iki yüz əlli doqquz manat 92 qəpik) manat faiz cəmi 129808.9(bir yüz iyirmi doqquz min səkkiz yüz səkkiz manat 90 qəpik) manat pul, iddia əizəsinə görə ödənilmiş 370 (üç yüz yetmiş manat) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-NİN 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 (qırx beş manat) manat ödəniş tutulmasını, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinin və ümumi sahəsi 162.20 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsini, tutmanın ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinə və ümumi sahəsi 162.20 kv.m olan yaşayış ünvanına yönəldilməsini, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılmasını və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinə və ümumi sahəsi 162.20 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında iddianı qəbul etdiyini və evin pulunu ödəyə bilməyəcəklərini başa düşüb artıq evi satmaq niyyətində olduqlarını bildirmiş və 1-2 ay vaxt verilməsini xahiş etmişdir ki, evi satıb bankın pulunu ödəyə bilsinlər. İş materiallarında olan “Azər-türk Bank ASC” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 05/20 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, borcverən 138000 (yüz otuz səkkiz min) manat məbləğində illik 8 (səkkiz) faiz dərəcəsi ilə 225 (iki yüz iyirmi beş) ay müddətinə ipoteka kreditini borcalana verməyi, borcalan isə əsas borc və ona hesablanacaq faizləri bu müqaviləyə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/20 saylı kredit müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 225 ay müddətinə, birinci ay xx.xx.2020-ci il tarixdə 664.61 manat, hər ay 1185.94 manat, cəmi 266314,73 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satıcı X4, ipoteka saxlayan “Azər-türk Bank ASC” və borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinin və ümumi sahəsi 162.20 kv.m olan fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı ipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə kreditor ipoteka saxlayana verir. Daşınmaz əmlakın satış qiyməti 200000.0 (iki yüz min) manatdır. Əmlak dəyərinin 62000 (altmış iki min manat) manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyan özü tərəfindən, 138000 (yüz otuz səkkiz min) manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2020-ci il tarixli 05/20 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş vəsait hesabına ödəyir. İş materiallarında olan Azərtürk Bank ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, bank ipoteka bildirişinin qeydə alınması üçün müraciət etmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildiriş”lərindən görünür ki, ümumilikdə 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin xx.xx.2022–ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi,1137 saylı fərdi yaşayış evinə dair tumanın yönəldilməsi haqqında bildiriş tələbi qeydə alınmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə 128548,98 manat əsas, 1259,92 manat faiz borcu olmaqla, cəmi 129808,9 manat borcu vardır. İş materiallarında olan VETO Consulting MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində mülkiyyətində olan 0.0348 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 162.2 kv.m olan, 5 otaqlı,2 mərtəbəli,1137 saylı, X2 məxsus fərdi yaşayış evinin bazar dəyəri 210,000.00 (iki yüz on min ) AZN, likvid dəyəri isə 190,000.00 (bir yüz doxsan min) AZN təşkil edir. İş materiallarında olan Legal Prime MMC tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində mülkiyyətində olan 0.0348 ha torpaq sahəsi üzərində yerləşən,ümumi sahəsi 162.2 kv.m olan, 5 otaqlı,2 mərtəbəli,1137 saylı, X2 məxsus fərdi yaşayış evinin hazırki bazar qiyməti 240,000 (iki yüz qırx min ) AZN, likvid dəyəri isə 225,000 (iki yüz iyirmi beş min) AZN təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 300(uç yüz) manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməyəcəyi təqdirdə banka olan 136757,05 manat əsas borcun və ona hesablanacaq faizlərin tam olaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 131259.2 manat əsas, 1114.29 manat faiz borcu olmaqla, cəmi 132373.49 manat məbləğində borcunun olması bildirilmiş və tutmanın notariusun icra qeydi əsasında ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, izahatları dinləyərək, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Azər-türk Bank ASC tərəfindən Cavabdeh 138000 manat məbləğində kredit verilmişdir. Həmin kredit Cavabdeh tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ev 137 ünvanında yerləşən fərdi yaşayış evinin alınması məqsədilə verilmiş və əmlak ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Azər-türk Bank ASC Cavabdeh müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda iddia tələbi qismən təmin edilməli, Cavabdeh 128548.98 manat əsas, 1259.92 manat faiz, cəmi 129808.9 manat borc və iddia ərizəsinə görə ödənilmiş 370 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 manat tutularaq iddiaçı Azər-türk Bank ASC-yə ödənilməli, tələb Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ev 137 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, əmlakın likvid dəyəri 207000 manat məbləğində müəyyən edilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı və əmlak satıldıqdan sonra Cavabdeh yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi borc məbləğinin Cavabdeh tutulaması və tələbin ipteka predmetinə yönəldilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, tərəflərin razılaşmasında Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ev 137 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 200000 manat, Legal Prime MMC tərəfindən təqdim olunmuş rəydə ilkin likvid dəyəri 225,000 (iki yüz iyirmi beş min) manat, VETO Consulting MMC tərəfindən təqdim olunmuş rəydə həmin əmlakın ilkin dəyəri 190,000.00 (bir yüz doxsan min) manat məbləğində qiymətləndirildiyindən, hər 3 məbləğ ədədi ortası tapılaraq, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ev 137 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin likvid dəyəri 207000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 45 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı Azər-Türk Bank ASC-yə ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119cu maddəsinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 370 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azər-Türk Bank ASC-yə, 300 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Legal Prime MMC-yə ödənilməlidir. Məhkəmə fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması tələbi bağlı qeyd edir ki, iddia Cavabdeh mübasibətdə əsaslı olduğundan təmin edilməli, lakin digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia tələbi həmin hissədə qeyri-müəyyəndir. İddiaçı digər şəxlər dedikdə kimlərin nəzərdə tutulduğunu qeyd etməmiş və Cavabdeh başqa şəxsləri cavabdeh qismind göstərməmişdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 128548.98 (bir yüz iyirmi səkkiz min beş yüz qırx səkkiz manat 98 qəpik) manat əsas, 1259.92( bir min iki yüz əlli doqquz manat 92 qəpik) manat faiz, cəmi 129808.9 (bir yüz iyirmi doqquz min səkkiz yüz səkkiz manat 90 qəpik) manat pul, iddia ərizəsinə görə ödənilmiş 370 (üç yüz yetmiş manat) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsi qeydiyyatı ilə bağlı 45 (qırx beş manat) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinin və ümumi sahəsi 162.20 kv.m olan fərdi yaşayış evinə yönəldilsin və əmlakın likvid dəyəri 207000 manat müəyyən edilsin. İpoteka predmeti açıq hərrac vasitəsilə satılsın və bankın kredit tələbi satılmış əmlakın hesabına hesabına ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinə və ümumi sahəsi 162.20 kv.m olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh 1 ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada həmin ünvandan çıxarılsın. Cavabdeh X3 əmlakın qiymətləndirilməsi üzrə aparılmış 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3895/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3895/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver