Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-390/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45000 (qırx beş min) manat məbləğində ödənilməmiş borcun və ödənilmiş 225 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında 22 may 2024-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh 35 000 (otuz beş min) manat məbləğində borc pul verilmişdir. Cavabdeh 22 sentyabr 2024-cü il tarixədək 35000 manat və əlavə olaraq 10000 manat, yəni ümumilikdə 45000 manat məbləğində pul qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən cavabdehin 45000 (qırx beş min) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. İddiaçı izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək ilk dəfə 30000 manat, daha sonra 5000 manat məbləğində borc aldığını, lakin sözügedən məbləğin bir hissəsinin geri qaytardığını, iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya 25000 manat borcu qaldığını bildirmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı və cavabdehin razılaşmasına əsasən, iddiaçı cavabdehə 30000 manat pul vermiş, cavabdeh sentyabr ayının sonunadək əsas borcu qaytarmağı və hər ay 5% yəni 1500 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı sözügedən pul məbləğini bankdan kredit götürmüşdür. Pul məbləğinin cavabdehə verilməsi üçün notariusda cavabdehin tanışına məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən 800 saylı bağ sahəsinin 30000 manata iddiaçının bacısına satılması barədə müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən cavabdeh tərəfindən müvafiq xidmət haqları ödənmiş və nəticədə cavabdehə 29604,40 manat pul verilmişdir. Bundan sonra cavabdeh iddiaçıdan 5000 manat borc pul istəmiş, xx.xx.2024-cü il tarixdə öz qızıllarını girov qoymaq və ayda 5% , yəni 250 manat ödəmək şərti ilə iddiaçı cavabdehə 5000 manat borc vermişdir. Bu razılaşmalardan sonra cavabdeh hər ay ümumilikdə 1750 manat iddiaçıya ödənişlər etmişdir. İş materiallarına 2024-cü ilin iyun-iyul ayları üzrə ümumilikdə 3450 manat ödənişi əhatə edən ödəniş qəbzləri əlavə edilmişdir. 3450 manat ödənişin 1500 manat hissəsi bilavasitə İddiaçı deyil, bacısı X1 ödənilmişdir . İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yazılı iltizama əsasən müəyyən edilir ki, cavabdeh borc götürdüyü 30000 manat pulu xx.xx.2024-cü il tarixdə qaytarmağı, İddiaçı isə borc qaytarıldıqdan sonra cavabdehin tanışına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən 800 saylı bağ sahəsinin geri qaytarılmasını üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yazılı iltizama əsasən müəyyən edilir ki, cavabdeh borc götürdüyü 5000 manat pulu xx.xx.2024-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüş, öhdəliyin təmini üsulu kimi qızıl əşyalarını girov qoymuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, Satıcı (cavabdehin tanışı) X2 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən 800 saylı bağ sahəsini Alıcı (iddiaçının bacısı) X1 30.000 manat məbləğində satmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340, 739, 740-cı maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsibub 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Məhkəmə mülki işin mübahisəsiz hallarından yola çıxmaqla mübahisəni həll etməyi əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıdan 2 (iki) borc müqaviləsi üzrə ümumilikdə 35000 (30000+5000) manat borc almış, əsas borcu faizləri ilə birgə geri qaytarmağı öhdəsinə götürmüşdür (mülki işin mübahisəsiz halıdır). İddiaçı və cavabdeh tərəfin xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında izahatlarına əsasən cavabdeh tərəfindən həmin məbləğin 4350 (əvvəllər 3500+ xx.xx.2024-cü il tarixdə əlavə olaraq 850 manat (qəbz mövcuddur)) manat hissəsi geri qaytarılmışdır (mülki işin mübahisəsiz halıdır). Lakin, qalıq 30650 manat pulun geri qaytarılması təmin edilməmişdir. Nəticə etibarilə, cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulmuşdur (mülki işin mübahisəsiz halıdır). Ödəniş məbləğinə münasibətdə müvafiq ödəniş qəbzləri ilə (4300 manat) mülki işin mübahisəsiz halı (4350 manat) arasında 50 manat fərq yaransa da, məhkəmə borcverənin iradə ifadəsini, yəni borcun 4350 manat hissəsinin geri qaytarılmasını bildirməsi halını əsas götürür, mübahisəni mahiyyəti üzrə real faktiki vəziyyət üzrə həll etməyi əsaslı hesab edir. İddiaçı iddia tələbi üzrə cavabdehin xx.xx.2024-cü il tarixədək 35000 manat və əlavə olaraq 10000 manat olmaqla ümumilikdə 45000 manat pulu geri qaytarmağı öhdəsinə götürdüyünü iddia etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddia tələbi sözügedən hissədə əsassızdır və sübuta yetirilmir. İddiaçı iddia etdiyi kimi əgər hər hansı kredit təşkilatından 35.000 borc götürməklə həmin pulu borc olaraq cavabdehə vermişsə (faizlərlə birlikdə daha yüksək öhdəlik məbləğ təşkil edir), sözügedən xüsusatlar (öhdəlik münasibətləri, müqavilələr) mahiyyəti üzrə və subyekt tərkibi baxımdan ayrı-ayrı hüquq münasibətləridir, hazırki iddia tələbinin mahiyyəti üzrə birinin digərinə təsiri yoxdur. Borcalan tərəfindən girov qismində qoyulmuş qızıl-zinyət əşyalarının geri qaytarılması hazırda mübahisə predmeti olmadığından həmin hala hüquqi qiymət vermək zəruri hesab edilmir. Məhkəmə xidməti vəzifəsinə görə əqdə əsaslanan tələblər üzrə əqdin etibarlılıq şərtlərini yoxlamalıdır. Odur ki, tələbdən kənar formada əqdin etibarsız hesab edilməsi iddia tələbindən kənara çıxmaq hesab edilmir, əksinə məhkəmə özünün xidməti vəzifəsinə uyğun olaraq əqdin etibarlılıq şərtlərinə hüquqi qiymət verməlidir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətləri yazılı formada tərtib edilmiş iltizamlara əsaslandığından MM-in 740.2-ci maddəsinin dispozitiv şərtlərinə görə (müqavilə predmeti olan pulun 3000 manatdan çox təşkil etməsi) əqdin forması nöqteyi-nəzərdən həmin iltizamlar əqd kimi qiymətləndirilməklə borc verən və borc alanın iradə ifadəsinin təcəssümü kimi yazılı etibarlı əqd hesab edilməlidir. Belə ki, həmin iltizamların adının, formasının, strukturunun nə olmasından asılı olmayaraq mahiyyəti üzrə öhdəlik yaratmaq məqsədilə tərəflər arasındakı borc münasibətlərini yazılı formada rəsmiləşdirmə üsulu kimi çıxış edən müqavilələrdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilənin struktur tələblərinə əməl edilməməsi etibarsızlıq xüsusatı kimi çıxış etməməlidir. xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə Satıcı (cavabdehin tanışı) X2 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən 800 saylı bağ sahəsini Alıcı (iddiaçının bacısı) X1 30.000 manat məbləğində satması ilə bağlı müqavilə münasibətlərinin MM-in 340-cı maddəsinin tələbləri nöqteyinəzərdən (yalan və ya uydurma əqd) etibarsızlığının yoxlanılması mümkün hesab edilmir. Belə ki, sözügedən müqavilə münasibətlərinin hazırki mülki iş üzrə birbaşa əlaqəsi yoxdur (hazırki mülki iş üzrə tələbin əsası başqa əqdlərə əsaslanır) və həmin müqavilə tərəfləri hazırki mülki iş üzrə prosessual tərəf qismində çıxış etmirlər. Lakin, həmin müqavilənin müstəqil qaydada mübahisələndirilməsi istisna edilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 225 manat məhkəmə xərcinin 185 (yüz səksən beş) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30650 (otuz min altı yüz əlli) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 225 manat pulun 185 (yüz səksən beş) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 30650 (otuz min altı yüz əlli) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 225 manat pulun 185 (yüz səksən beş) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-390/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-390/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver