Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3914/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2015-ci il tarixli 1xx/xx/114914/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 7295,03 manat məbləğində əsas borc, 8400,46 manat məbləğində faiz borcu, 5365,50 manat məbləğində cərimə borcu, 953,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 22014,43 manat məbləğində pulun və ödənilmiş 156,04 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, müqavilə hazırda onlarda deyil. Təqdim edilməsi üçün bankın arxivinə sorğu verilmişdir. Kassa məxaric orderindən görünür ki, cavabdehə bank tərəfindən pul verilmişdir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə borcunu faktiki olaraq qəbul etmişdir. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Ümumiyyətlə bu bankdan kredit götürməyi yadına gəlmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5–ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan sübutlardan görünür ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, 06 iyul 2015-ci il tarixli 1xx/xx/114914/15 saylı kredit müqaviləsi üzrə 04 fevral 2022-ci il tarixinə Cavabdeh 7295,03 manat məbləğində əsas, 8400,46 manat faiz, 5365,50 manat cərimə, 953,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 22014,43 manat məbləğində borcu vardır. Eyni zamanda, xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin xx.xx.2022-ci il tarixdə ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bank Cavabdeh kredit təyinatı üzrə 9900 manat məbləğində pul vermişdir. Ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-cil il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-yə qarşı borc öhdəliyini təsdiq edən kredit müqaviləsi olmadığından və iddiaçının öhdəliyini təsdiq edən digər əsaslar müəyyən edilmədiyindən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı borcun qaytarılmasına dair iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində 06 iyul 2015-ci il tarixli, 1xx/xx/114914/15 saylı müqaviləyə istinad etsə də, bu müqaviləni və müqavilə üzrə yaranan öhdəliklər baradə əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı tərəfindən ödənilmiş 156,04 manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC "xxxx" Kommersiya Bankının QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100/001/114914/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 7295,03 manat məbləğində əsas borc, 8400,46 manat məbləğində faiz borcu 5365,50 manat məbləğində cərimə borcu, 953,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 22014,43 manat məlbəğində pulun, 156,04 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan QSC “ Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3914/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3914/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver