Məhkəmə qərarları › İş №e-2(004)-3914/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3914/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3914/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 11284,5 manat əsas borc, 1099,15 manat faiz borcu, 13,52 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 12397,17 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 127,60 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 53 ay müddətinə illik 18% ödəmək şərtilə 11892 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 iyun 2025, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 11284,5 manat əsas borc, 1099,15 manat faiz borcu, 13,52 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi12397,17 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu iləhəll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə AZEMİS vasitəsilə ərizə göndərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, əsas borcu qəbul etdiyini, bir müddət işsiz qaldığından və səhhətində problemlər yarandığından ödənişlərdə gecikmələr edildiyini, maddi imkanının aşağı olmasının nəzərə alınmasını və ödəniş etmək üçün müəyyən müddət möhlət verilməsini məhkəmədən xahiş etdi. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 58nkNAR/24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 53 ay müddətinə illik 18% ödəmək şərtilə 11892 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 58nkNAR/24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 25 oktyabr 2024-cü il tarixinə “X1” ASC-yə 11284,5 (on bir min iki yüz səksən dörd manat əlli qəpik) manat əsas borc, 724,10 (yeddi yüz iyirmi dörd manat on qəpik) manat faiz borcu, 36,54 (otuz altı manat əlli dörd qəpik) manat cərimə olmaqla, cəmi 12045,14 (on iki min qırx beş manat on dörd qəpik) borcu yaranmışdır. Borc məbləğinin üç gün müddətində tam olaraq ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdehnun 58nkNAR/24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək 11284,5 manat əsas, 1099,15 manat faiz borcu, 13,52 manat cərimə olmaqla, cəmi 12397,17 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan «X1» ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə vaxtından əvvəl bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 127,20 (yüz iyirmi manat iyirmi qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 58nkNAR/24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək 11284,5 (on bir min iki yüz səksən dörd manat əlli qəpik) manat əsas, 1099,15 (min doxsan doqquz manat on beş qəpik) manat faiz borcu, 13,52 (on üç manat əlli iki qəpik) manat cərimə olmaqla, cəmi 12397,17 (on iki min üç yüz doxsan yeddi manat on yeddi qəpik) manat borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tarixinə "X1" ASC-yə 11284,5 (on bir min iki yüz səksən dörd manat əlli qəpik) manat əsas borcu, 724,10 (yeddi yüz iyirmi dörd manat on qəpik) manat faiz borcu, 36,54 (otuz altı manat əlli dörd qəpik) manat cərimə borcu, cəmi 12045,14 (on iki min qırx beş manat on dörd qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə 58nkNAR/24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən faiz məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11284,5 (on bir min iki yüz səksən dörd manat əlli qəpik) manat əsas borc, 724,10 (yeddi yüz iyirmi dörd manat on qəpik) manat faiz borcu, 13,52 (on üç manat əlli iki qəpik) manat cərimə olmaqla, cəmi 12022,12 (on iki min iyirmi iki manat on iki qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 127,20 (yüz iyirmi manat iyirmi qəpik) manat dövlət rüsumunun 123,35 (yüz iyirmi üç manat otuz beş qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ET Dİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11284,5 (on bir min iki yüz səksən dörd manat əlli qəpik) manat əsas borc, 724,10 (yeddi yüz iyirmi dörd manat on qəpik) manat faiz borcu, 13,52 (on üç manat əlli iki qəpik) manat cərimə olmaqla, cəmi 12022,12 (on iki min iyirmi iki manat on iki qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Ödənilmiş 127,20 (yüz iyirmi manat iyirmi qəpik) manat dövlət rüsumunun 123,35 (yüz iyirmi üç manat otuz beş qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar