Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-393/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xəliq oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: maddi zərər, şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xəliq oğlunun, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iş üzrə cavabdeh mütəxəssis Cavabdeh 25.400 manat zərərin alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia təəbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdeh X4 14 dekabr 2021-ci il tarixli qərəzli rəyində yazdığı: "2. Çardağda qanunsuz yenidənqurma işləri aparılarkən yükdaşıyan dəmir-beton konstruksiyalara tirlərə müdaxilə nəticəsində uçmuş mərtəbəarası örtük tavaların üzərinə düşüb həmin dəmir-beton konstruksiyaların tamamilə dağılmasına səbəb olmuşdur. 3.Çardağ yükdaşıyan beton konstruksiyalara qanunsuz müdaxilə səbəbindən uçmuşdur. 6. Çardağda tikinti norma və qaydalarının kobud sürətdə pozulması obyektin qəzalı vəziyyətə düşməsinı səbəb olmuşdur." , ifadələrinin məhkəmə qaydasında təkzib edilməsi, vəzifə nüfuzundan istifadə edərək, 2-ci dəfə rəsmi olaraq məlumatında, "Binadakı dağıntılar yükdaşıyan konstruksiyalara qanunsuz müdaxilə nəticəsində baş vermişdir və cavabdeh A.Qəhrəmanın mənə qarşı Sizə söylədikləri böhtan və yalandır." kimi xidməti cavab verməklə onun təkrar ekspertiza keçirilməsinə dair müraciətinə mane olub, institutunu təkrar tədbirsiz qoyduqlarına görə Cavabdeh Xalid oğlunun üzərinə İddiaçı etiraf edib, üzr istəmək vəzifəsinin qoyulması, faktiki məlumatların natamam dərc olunması səbəbindən İddiaçıun işgüzar nüfuzunu və ləyaqətinə vurulmuş zərərin əvəzi olaraq 10 min manat ( cəmi 35 min 400 manat ) pul Cavabdeh Xalid oğlundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illərdir, bina şəriki onunla mülki mübahisə yaşayır. Bu məqsədlə qanunsuz vasitələrdən çəkinmir. Müxtəlif idarə və təşkilatlar və vəzifəli şəxslərdən və hər kəsi aldadaraq bu məqsədlə ona qarşı saxta qərəzli məlumatlar toplayır. Şəriki sözügedən binanı Kapitalbanka 2010-cu ildə girov qoymuş, məhkəmənin qətnaməsi ilə bu bina hərraca çıxarılmışdır. 2021-ci ildə Kapitalbank bu binanı onun əlindən almışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə o, Tikintidə Təhlükəsizlik Agentliyinə müraciət etmiş, müraciətin icrası üçün Azkommunalayihə institutun mühəndisi, qohumu, qonşusu, Kyubişe adına layihə tikinti institutun tələbə yoldaşı - Cavabdeh tərəfiudən onun xeyrinə onun isə tam əleyhimə olan mütəxəssis rəyi alınmışdır. Monopul hüquqa malik bu akt əsasında Sumqayıt şəhər Məhkəməsinin təyin etdiyi ekspertiza mərkəsi rəyində və nəhayətdə xx.xx.2024-cü il tarixli Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi əsasında mənə haqsız 25000 manat keçmiş bina şərikinə pul ödəməli olmağı haqqında qərar verilmişdir. Binanın onunla qonşuluqda 150 kv.metr sahəsnin dağılmasına əsas səbbəkar şərikinin dağılma baş vermiş zalda yükdaşıyan atmalardan 8 ədəd qruşa asması, tikintini qüsrlu inşa etməsi, binaya birləşik 237 kv.metr sahəni qəsdən dağıtması və bina təməlində su balansını pozması və sair binanı əlavə yükləməsi səbəb olmuşdur. Lakin Madər rəy verərkən bu dağılmanın yalnız mansarda görülən işlər səbəbindən utopiq istinad vermişdir. Məhkəmə qərar verərəkən təəssüf ki, digər materialları və izahları nəzərər almadan yalnız Madəin monopolmütəxəssis rəyinə istinad etmişdir. X15 Nazirliyi və Ekspertiza Mərkəsinin qərarının dəyişmək kimi çabaları dəstəksiz qalıb təmin edilməmişdir. Pozulmuş hüquqlarının son ümüdü kimi, verdiyi məsuliyyətsiz rəydə tərəfsizlik şərtini pozan, bir-tərəfli və qərəzli rəy verən mütəxəssis Cavabdeh zərəri ödəmək və bundan sonra bir də belə səhvi təkrar etməmək kimi məsuliyyətə cəlb etmək əməlindədir. İddia ərizəsinə əlavəsində isə qeyd etmişdir ki, o, Sumqayıt şəhəri 42-ci məhəllədə inzibati binası yerləşən "xxxx" MMC-nin direktorudur. Cavabdeh 14 dekabr 2021-ci ildə bu binada onun iştirakı olmadan Mülkiyyət hüququnu itirmiş, lakin açarları olan Nəbiyev Orucun sifarişi ilə onun işgüzar nüfuzuna və ləyaqətinə toxunan rəy vermişdir. O, qanunsuzluqları həyat tərqi seçən digər şəxslərlə vuruşur, bu rəy və nəticəsi təşəbbüslərinə kölgə salır. 25 ildir o, Nəbiyev Orucdan zərər görmüşdür, son 5 ildə bu rəy onun həyatını alt-üst edib. Yaxınları ona şübhə ilə yanaşmağa başlayıblar. X16 rayon vasitəçiliyi ilə 13 il “Kapital Bank”ı aldatmış, bu minvanla isə Sumqayıt şəhər 2 instansiyanı aldatmış, Madər kimisini şirinikləndirib aldatmaq onun üçün heç bir çətinlik törətməzdi, bu vəziyyətini anlayır. Lakin Madər və kimiləri aldanır deyə o, maddi də zərər çəkməlidir? Madərin rəyi əsasında üzdən köçürtmə Ədliyyə Nazirliyi rəyi də var. Bu rəy də hazırki rəy kimi mübahisələndirilib. Fövqəladə əməkdaşları hərəkəti və binanın ətrafındakı vəziyyətlə bağlı video diskləri işə əlavə etməkçün təqdim edəcək. X19 yaxınlığı olmasa, o onu 1 anda tapıb məhkəməyə şahid qismində təşəbbüs etməz. Ümumiyyətlə, belə bir psixoloji durum varki, günahsız şəxs təcrübəli qarşılıqlı iddia, vəsatət vermir. Yalnız məhkəmə iclasında gəlib qismən günahsız olduğunu bildirir. Onların halında Madər bu işdə direktorunun da əlinin olduğunu gizlətmir. Əgər Madər xahiş etsə, o məhkəmədə cavabdehin əsl cavabdeh qismində direktorunun da cəlb olunmasına etiraz etməz. Digər psixoloji vəziyyəti onun ərizəsini çərçivəyə almasındadır ki, o bu qanunsuz hərəkətləri yüz dəfələrlə etdiyini bilib özünü sıxıldırılmamış kimi hiss edir. O deyir ki, o, rəhbərlik qarşısında dəfələrlə izahat verir. Daha sonra o, 23.1-ci maddəyə izahat edir və bildirir ki, o, onun şəxsi həyatının sirrini açmışdır. O, cinayətin üstünü açmışdır. Cavabdeh Madər qarşılıqlı iddia ərizəsində 1-ci abzasda hal-hazırda da yalan söyləyərək guya FHN-də hələ işlədiyini bildirir. Halbuki o, təqaüdə çıxmışdır. Onun onun cinayət əməllərini ifşa etmədinin xidmətdən kənarlaşdırılmasına heç bir aidiyyəti yoxdur. İşdən töhmətlə azad olunmamışdır. Ərizəsində qeyd etdiyi sarsıntılar onda hər hansı xəstəliyə səbəb olmamışdır. Onun dəfələrlə maraq müqabilində etdikləri hamı və özü tərəfindən işdən əlavə gəlir mənbəyi hesab olunur. Bu hərəkətlər ona 25400 manat zərər vurmağı ilə nəticələnmiş. Məhkəmələr onun rəyinin əsirinə çevrilmişdir. O, bu gün problemin həllində real təkliflər irəli sürməkdən öz köhnə sövdəsi Nəbiyev Orucu da işə cəlb onu borclu çıxarmağa cəhd göstərir. Əgər onun Madərə zərəri dəysəydi 1-ci o, iddiaçı olmalı idi. 2021-ci il işində Madərin işlədiyi institutun cavabdeh seçilməsi aidiyyəti yalnış olmuşdur. X17 münasibəti buna şərait yaratmışdır. Oruc özü isə apellyasiya məhkəməsi Akif İsgəndərovun hakimliyi ilə iclasda onun 2019-cu ildən bu işdən ötrü xərclər çəkdiyini bildirmiş, bu haqda sistemdə video-audio görüntü var. İstər onun Nazirə məktubu, istərsə, iddia ərizəsi məzmunundakı fikirləri onun prosessual pozuntular etməyinə dəlalət etmir. Çünki o, vəzifəli deyildir elədiyi mülahizələr rəsmi ictimai rəy formalaşdırmadığına görə bu özündə məsuliyyət ehtiva eləmir. Onu "xxxx" MMC-nin direktorunu öz inzibati binasını dağıtmaqda dolayısıyla günahlandıran ifadələri dövlət institutu adından Orucla əlbir olub öz naşı mütəxəssis rəyində cəmləmişdir. Buna görə cavab verməlidir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabden İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Fövqəladə Hallar Nazirliyinə xx.xx.2023-cü il tarixli şikayətdə yazdığı aşağıdakı : "iddiaçı Nəbiyev Orucun sizin idarə əməkdaşları ilə razılaşma səhnəsi " və iddia ərizəsində yazdığı aşağıdakı ifadələr: "Azkommunlayihə institutunun mühəndisi Cavabdeh, X8 qohumu, qonşusu, Kuybuşov adına Layihə-tikinti institutunun tələbə yoldaşı, onun xeyrinə mənim isə tam əleyhimə mütəxəssis rəyi verməkdə" ifadələrinin məhkəmə qaydasında təkzib edilməsi, cavabdeh İddiaçı üzərinə iddiaçı X5 üzr istəmək vəzifəsinin qoyulması, iddiaçı Cavabdeh işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 10.000 (on min manat) pulun cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin "Azərkommunlayihə" KLİnin mühəndisi vəzifəsində işləyir. İlkin iddiaçı Ağazadə X7 Madər Xəlid oğluna qarşı Bakı şəhəri Yasamal rayon məhkəməsinə ( iş No e-2(004)-5255/2024) müraciət edərək maddi zərərin əvəzi kimi ondan 25.400 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı mənə qarşı verdiyi iddia tələbi ilə bağlı bildirir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1800/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən həmin iş üzrə iddiaçı X8 cavabdeh İddiaçı qarşı "vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinin tələbinə dair" mülki iş üzrə aşağıdakı sualların: Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hansı vəziyyətdə olması, nə kimi qüsurların mövcud olması, hansı səbəbdən və nə vaxt uçması və s. sualların cavablandırılması FHN-nin TTND Agentliyə tapşırılmışdır. Tərəfindən mütəxəssis kimi həmin qeyri yaşayış binalarına baxış keçirilmiş və müvafiq olaraq qərardadda qoyulan suallara cavab verilərək 14 dekabr 2021-ci il tarixli rəy verilmiş, rəyi mütəxəssis kimi o, həm də direktor tərəfindən imzalanaraq məhkəməyə göndərilmişdir. Rəydə qeyri-yaşayış binasının kim tərəfindən qəzalı vəziyyətə salınması və vurulmuş zərərin miqdarı barədə bir ifadə yazılmamışdır. Həmin rəy sonradan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən də təsdiq edilmişdir. (14 dekabr 2021-ci il tarixli rəy əlavə edilir) Sonradan məhkəmələrin iddiaçı X8 cavabdeh İddiaçı qarşı "vurulmuş maddi ziyanın tələbinin ödənilməsinə dair" mülki iş üzrə cavabdehdən 25.400 (iyirmi beş min dörd yüz) manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edildiyindən, İddiaçı bu işdə məni günahlandıraraq həmin pulun məndən onun xeyrinə tutulmasını Yasamal rayon Məhkəməsindən xahiş etmişdir. xx.xx.2023-cü il tarixində Ağazadə X2 Hallar Naziri cənab Kəmaləddin Heydərova mənim barəmdə şikayət ərizəsi göndərərək orada "iddiaçı Nəbiyev Orucun sizin idarə əməkdaşları ilə razılaşma səhnəsini əks etdirən video-fayl artıq məhkəmənin iş faylına daxil edildiyi" barədə böhtan xarakterli məlumatlar göndərmişdir. (Şikayətin surəti və agentliyin məlumatı əlavə edilir) Həmin şikayətlə əlaqəli xidməti araşdırma aparılmış və tərəfindən rəhbərliyə xidməti məlumat yazılmış və bildirilmişdir ki tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1800/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına qoyulan suallar cavablandırılmış, binadakı dağıntıların yükdaşıyan konstruksiyalara "qanunsuz müdaxilə" nəticəsində baş verməsi, iddiaçı X14 ilə qohumluq əlaqələrinin olmaması, İddiaçı ona qarşı söylədiklərinin böhtan və yalan olduğunu bildirmişdir. (Xidməti məlumat əlavə olunur) Hazırda da İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində də məni - "Azkommunlayihə institutunun mühəndisi Cavabdeh, X8 qohumu, qonşusu Kuybuşov adına Layihə Tikinti İnstitunun tələbə yoldaşı, onun xeyrinə mənim isə tam əleyhimə mütəxəssis rəyi verməkdə" böhtan xarakterli və onun işgüzar nüfuzuna xələl gətirən ifadələr yazaraq təqdim etmişdir. O, Kuybuşov adına institutu yox, 1975-ci ildə Azərbaycan Politexnik institutunun İnşaat fakültəsini bitirmişdir. X9 heç vaxt tanımamışdır, o onun nə qonşusu, nə qohumu, nə də tələbə yoldaşı olmamışdır. Bütün bu halları o, rəhbərlik qarşısında dəfələrlə izahat və xidməti məlumatlar yazaraq bildirmiş və o bütün bu böhtanlar ona mənəvi sarsıntılara məruz qoymuşdur.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia tələbini və dəqiqləşdirmə ilə bağlı ərizəni müdafiə edərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini, ilkin iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommulayihə” KLİ-nin mühəndisi Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırki texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12x13m hissədən boşluqlu yığma dəmirbeton örtük tavaları çardaqda qanunsuz “yenidən qurma” işləri aparılarkən yükdaşıyan dəmir beton konstruksiyalara tirlərə müdaxilə nəticəsində uçmuş mərtəbəarası örtük tavalarının üzərinə düşüb həmin dəmir-beton konstruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardağ hissədə yükün artımasından qeyri-yaşayış binası bu şəkildə uça bilməz. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməz. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidən qurma” işlərinin qalıqları aydın aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından asılı olmaraq “yenidən qurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma dəmir beton konstruksiyalar uçub dağılmışdır.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospketi 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin uçmasına görə 25400 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi olmaqla, cəmi 25403 manat məbləğində pul vəsaitinin iddiaçı X8 xeyrinə tutulması qət edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3454/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin Dövlət Agentliyinin “Azkommunlayihə LKİnin mütəxəssisi Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəy vermək hüququnun olması izah olunmuşdur.
12. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli məktubuna əsasən müəyyən olunur ki, X1 tikinti işlərinin aparılmasına dair Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən heç bir icazə verilməmişdir.
13. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-1584/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X10 qarşı “vurulmuş 25000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X14 və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-22/2024 nömrəli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, iddiaçı onun dayısı oğludur, cavabdehlə qohumluğu yoxdur. Cavabdeh eksperti qismində çıxış etməzdən əvvəl onu tanımayıb. Rəy vermək üçün obyektə gələrkən tanış olublar. 2019-cu ilin 8 sentyabrında o, Rusiyada idi. Ona zəng edərək məlumat verdilər ki, obyekt uçub. İddiaçı zəng etmiş, sonuncu da ona bildirmişdir ki, onun hər yerdən icazəsi var. Müraciət etdikdə isə məlum olmuşdur ki, sonuncunun heç bir yerdən icazəsi yoxdur.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, 2015-ci ildə Nəbiyev Orucun obyekti var idi. Həmin obyektə gedib-gəlirdilər. Bir dəfə güclü silkələnmə olduğunu hiss etmiş və çölə çıxanda arakəsmənin söküldüyünü görmüşlər.
17. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia tələbi təmin olunmamalıdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
21. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
22. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
23. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
24. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
25. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
28. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
29. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
30. Hazırda ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommulayihə” KLİ-nin mühəndisi Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyini qanunsuz hesab edərək həmin rəy nəticəsində ona dəymiş ziyanın rəyi tərtib edən mühəndis Cavabdeh tutulmasını xahiş edir.
31. Məhkəmə qeyd edir ki, sözügedən rəyə Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qiymət verilmişdir, eləcə də həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri ilə əlaqədər müvafiq məhkəmələr tərəfindən yenidən qiymətləndiriləcəkdir. İlkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən mütəxəssis rəyi məhz baxıldığı və ya istinad edildiyi iş üzrə mübahisələndirilməli olduğundan hazırda həmin rəyi əsassız və qanunsuz hesab edərək vurulmuş ziyanın tələb edilməsi yolverilməzdir. Digər tərəfdən qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
32. Bundan başqa iddiaçı həmin rəyin verilməsi ilə rəydə ifadə olunan fikirlərin məhkəmə qaydasında təkzib edilməsi, cavabdehin üzərinə üzr istəmə vəzifəsinin qoyulması, habelə onun işgüzar nüfuzuna və ləyaqətinə vurulmuş zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun tutularaq ona ödənilməsi ilə bağlı da tələb irəli sürmüşdür.
33. Məhkəmə iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
34. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.
35. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən əlamətlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
36. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
37. Mülki Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
38. Mülki Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
39. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun xx.xx.1999-cu il tarixli qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
42. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
43. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
44. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi mütəxəssis məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxsdir. xx.xx.2021-ci il tarixli rəydə cavabdehin işgüzar nüfuzunun ləkələnməsi müəyyən edilmir. İddiaçı həmin mütəxəssis rəyini yalnız baxıldığı iş üzrə mübahisələndirə bilər. Digər mülki iş üzrə verilmiş mütəxəssis rəyində yazılan fikirlərin məhkəmə qaydasında təkzib edilməsi, buna görə cavabdehin üzərinə üzr istəmək vəzifəsinin qoyulması yolverilməz olmaqla iddiaçının həmin hala istinad edərək dolayısı ilə digər məhkəmə işində sübut qismində qiymətləndirilmiş rəyi şübhə altına alması sonuncunun bu haldan suiistifadə etməsi ilə nəticələnə bilər.
45. İddiaçının şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələnməsi faktı müəyyən edilmədiyindən, məhkəmə prosessual qənaət prinsipinə əsasən, mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı əsaslandırma aparmır.
46. Hazırki iş üzrə Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verərək cavabdeh İddiaçı Fövqəladə Hallar Nazirliyinə xx.xx.2023-cü il tarixli şikayətdə yazdığı aşağıdakı : "iddiaçı Nəbiyev Orucun sizin idarə əməkdaşları ilə razılaşma səhnəsi " və iddia ərizəsində yazdığı aşağıdakı ifadələr: "Azkommunlayihə institutunun mühəndisi Cavabdeh, X8 qohumu, qonşusu, Kuybuşov adına Layihə-tikinti institutunun tələbə yoldaşı, onun xeyrinə mənim isə tam əleyhimə mütəxəssis rəyi verməkdə" ifadələrinin məhkəmə qaydasında təkzib edilməsi, cavabdeh İddiaçı üzərinə iddiaçı X5 üzr istəmək vəzifəsinin qoyulması, iddiaçı Cavabdeh işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 10.000 (on min manat) pulun cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
47. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ağazadə X7 Madər Xəlid oğlu tərəfindən verilmiş mütəxəssis rəyi ilə bağlı Fövqəladə Halalr Nazirliyinə şikayət ünvanlamış, həmin şikayətlə bağlı sonuncudan xidməti məlumat alınmışdır. Cavabdeh da həmin hala istinad edərək işgüzar nüfuzuna xələl gətirən ifadələrin təkzib edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq İddiaçı 10000 manat məbləğində pulun ödənilməsini tələb edir.
48. Məhkəmə qarşılıqlı iddia ərizəsinin işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğunu nəzərə alaraq yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək aşağıdakıları qeyd edir.
49. İddiaçı dövlət orqanına müraciət etməkdə məqsədi pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarının, habelə qanunla qorunan maraqlarının təmin olunmasına nail olmaqdan ibarət olmuşdur. İddiaçının qanunsuz hesab etdiyi hərəkətləri barəsində yuxarıda qeyd edilən quruma edilmiş müraciəti və müraciətdə qeyd edilmiş faktların araşdırma zamanı öz təsdiqini tapmaması onlara istinad edən şəxsin mülki hüquqi məsuliyyətə cəlb edilməsinə əsas ola, həmçinin bu müraciətin əsassız olması iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndirilməməlidir; əks halda bu, vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi ilə nəticələnə bilər.
50. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı öz hüquqlarından istifadə etməklə cavabdeh tərəfindən Cavabdeh qərəzli olması barədə ehtimal etdiyi məsələsinin araşdırılması üçün dövlət orqanına müraciət etməsi halını iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qəbul edilməsini əsassızdır, belə ki, müraciətində bildirdiyi hallar öz əksini tapmasa da, onun müraciətinin əsas məqsədinin iddiaçı barəsində yalan məlumatların yayılmasından ibarət olması işin araşdırılmış hallarından müəyyən olunmur və bu barədə mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, cavabdeh Ağazadə X7 Madər Xəlid oğlu tərəfindən məhkəməyə qərəzli mütəxəssis rəyinin təqdim olunması barədə yalnız müvafiq dövlət orqanına və məhkəməyə müraciət etmiş, kütləvi informasiya vasitələrində bu barədə bildirməklə, məlumat dərc etməklə və s. üsullarla yaymamışdır. Bu halın əksi barədə iddiaçı tərəfindən də hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, İddiaçı Fövqəladə Hallar Nazirliyinə etdiyi şikayətin, həmçinin iddia ərizəsində iddia ərizəsində yazdığı aşağıdakı ifadələr: "Azkommunlayihə institutunun mühəndisi Cavabdeh, X8 qohumu, qonşusu, Kuybuşov adına Layihə-tikinti institutunun tələbə yoldaşı, onun xeyrinə mənim isə tam əleyhimə mütəxəssis rəyi verməkdə" ifadələrinin Cavabdeh işgüzar nüfuzunu ləkələyən məlumat kimi qəbul edilməsi mümkün deyildir.
51. İddiaçının şərəf, ləyaqtə və işgüzar nüfuzunu ləkələmiş olduğu ehtimal edilən məlumatların mövcudluğu faktı müəyyən edilmədiyindən, məhkəmə prosessual qənaət prinsipinə əsasən, iddianın mənəvi zərərin tutulması hissəsində araşdırılmasına lüzum qalmadığı qənaətinə gəlir.
52. Belə ola halda, məhkəmə hesab edir ki, həm ilk, həm qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
53. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddi üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
54. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı Cavabdeh Xəliq oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh Xəliq oğlunun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil