Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3934/2025 18.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclərin ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə rəsmi nikahından doğulmuş birgə nikahdan anadan olmuş 29 mart 2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 246 manat, uşağın tibbi xərcləri üçün hər ay əlavə 300 manat,cəmi 546 manat aliment artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarındakı rəsmi nikah qeydiyyatı Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi ilə pozularaq, 2017-ci ilin iyul ayının 11 günündə 360 nömrəli akt ilə nikah ləğv olunduqdan sonra Xətai rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə 11 iyul 2017-ci il tarixdə ona verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 sentyabr 2013-cü il tarixli 2(011)- 3954/2013 saylı qətnaməsi ilə, birgə nikahdan anadan olmuş 29 mart 2013-cü il təvəllüdlü X4 150 manat aliment ödənilməsi barədə qətnamə qəbuletmişdir. Həmçinin nəzərinizə çatdırır ki, yanvar ayından etibarən övladının dəfələrlə ardıcıl olaraq xəstəlik keçirməsi, allergik problemlərinin olması və daim həkim müayinəsi və müalicəsinə ehtiyac duyulması səbəbindən onun məhkəməyə müraciəti gecikmişdir. Tək və tənha bir ana olaraq həm iş həyatına, həm də övladının sağlamlığına eyni zamanda diqqət yetirmək onun üçün son dərəcə çətin olmuşdur. Bu müddət ərzində cavabdeh şəxs bir dəfə belə övladının sağlamlığı ilə maraqlanmamış, ona nə maddi, nə də mənəvi heç bir dəstək göstərməmişdir. İnsanlar arasında münasibətlərin alınmaması və ayrılıq həyatın bir gerçəyidir. Lakin bir valideynin öz övladı ilə maraqlanmaması, onun qayğısını çəkməməsi başa düşülən və qəbul edilə bilən hal deyil. Bütün özəl xəstəxanalarda övladının sağlamlığı naminə ödənişli əsaslarla aparılan müalicə və müayinələrə qazancının demək olar ki, bütün maaşını xərcləmişdir. Bu səbəbdən həm maddi, həm də mənəvi cəhətdən ciddi çətinliklərlə üzləşmişdir. Həmin tibbi arayışları və uşağın bədəninin foto şəkillərini ərizəyə əlavə edir. Birgə nikahdan anadan olan övladı X1 problemlər yaranaraq, kəskin xroniki övrə (yəni, tez-tez və davamlı şəkildə dəri səpgiləri, allergik reaksiyalar) həm də zob xəstəliyi (xüsusilə düyünlü zob) aşkarlanmışdır. Həkim göstərişinə əsasən, övladının mütəmadi şəkildə müayinə və müalicə alması vacibdir. Tibbi sənədlər və fotoşəkillərlə də təsdiq olunur ki, bu xəstəliklərə görə övladının güclü və daimi müalicəyə, habelə müntəzəm həkim nəzarətinə ehtiyacı var. Uşağın qidalandırılması, geyimi, təhsili və digər zəruri xərclər cavabdehin ödədiyi alimentdən qat-qat artıq xeyli pul tələb edir. Uşağın məsrəfləri, böyüdükcə gündən-günə artır. Onun qayğısını və ehtiyaclarını özü təkbaşına çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Göstərilənlərə əsasən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının yeri və və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3954/2013 nömrəli, 12 sentyabr 2013cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh 29 mart 2013-cü təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi saxlanması üçün 13 avqust 2013-cü il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi, məhkəmə xərcləri 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 271155 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 11 iyul 2017-ci il tarixdə 360 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Qocayev, qadına Hüseynova soyadı verilmişdir. Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 200912 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 29 mart 2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3r. X9 Tibb mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X7 müayinələrinə görə ümumilikdə 267 manat ödəniş edilmişdir. X9 Tibb mərkəzinin xx.xx.2024-cü il tarixli müayinə nəticəsindən görünür ki, 2013-cü il təvəllüdlü Fazil Qocayevdə spesifik antikor aşkarlanmamış, çox zəif antitel konsentrasiyası, zəif antikor konsentrasiyası, təmiz antikor konsentrasiyası müşahidə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi allerqoloq Dr. Fəxri Hüseynov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli resept blankından görünür ki, xəstə X12 5 mq, Probioksin N60, Lukastin 5 mq dərman vasitələri ilə müralicə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli resept blankından görünür ki, xəstə X13 0.05% 140 doza (burun spreyi) Risomax, Mokast 10 mg dərman vasitələri ilə müralicə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli resept nüsxəsindən görünür ki, xəstə X16 dərman vasitəsi ilə müralicə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli resept blankından görünür ki, xəstə X17, Sertospan N1 dərman vasitələri ilə müralicə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli resept blankından görünür ki, xəstə X5 250 mq, Qliserin şam dərman vasitəsi ilə müralicə tövsiyə edilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli tövsiyə vərəqəsindən görünür ki, xəstə X6, Nitaspekt 60 ml, Qarlik dərman vasitələri ilə müralicə tövsiyə edilmişdir. xx.xx.2025-ci il tarixli tiroid ultrasəs diaqnostikasının nəticəsindən görünür ki, 2013-cü il təvəllüdlü Fazil Qocayevdə qalxanvari vəzidə sturuktur dəyişikliyi, kolloid hiperplaziya müşahidə edilmişdir, endokrinoloqun konsultasiyası məsləhətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli tövsiyə vərəqəsindən görünür ki, xəstə X14 25 mg, Forselen N60 kapsulası, Relakso Maks N30 (Relaxo Max), Reloba N30, Sertospan N1 dərman vasitələri ilə müralicə tövsiyə edilmişdir Mediasiya Şurası Bakı 6 saylı Mediasiya təşkilatının verdiyi xx.xx.2025-ci il tarixli, MŞB/6-00082 saylı İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh X11 İMS-də iştirak etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3934/2025 saylı, 18 avqust 2025ci il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclərin ödənilməsi" tələbinə dair mülki işin icraatına “alimentin artırılması” tələbinə dair hissədə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında aliment ödənilməsi barədə saziş yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müayinə sənədlərindən, ödəniş qəbzlərindən, resept blanklarından və fotoşəkillərdən görünür ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmamış uşağı endokrinoloji xəstəlikdən, dəri səpgiləri, allergik reaksiyalardan əziyyət çəkir və xəstəliyi ilə əlaqədar daimi olaraq həkim müayinələrində olur, onun müalicəsi üçün dərman vasitələrinin alınması zərurəti yaranır. Məhkəmə tərəfindən https://aptekonline.az saytından əldə edilmiş məlumata əsasən reseptlərdə qeyd olunan dərman vasitələrinin dəyəri 115 manat məbləğində müəyyən edilmişdir. Uşağın daimi həkim nəzarətində olmasının zəruriliyini, müayinə və müalicəsi üçün müəyyən xərclər tələb olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əlavə xərclər hissəsində qismən əsaslıdır. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmamış uşağın xəstəliyi ilə əlaqədar daimi müalicə almasını, həmçinin tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi “əlavə xərclərin ödənilməsi" hissəsində qismən təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını xəstəliyi ilə əlaqədar xərclərdə iştirak etmək atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclərin ödənilməsi" tələbinə dair iddia ərizəsi “əlavə xərclərin ödənilməsi" hissəsində qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3934/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3934/2025
18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver