Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3935/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı cavabdeh X3 Təşkilatı Cavabdeh2nə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dairmülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X1 qarşı və X3 Təşkilatı Cavabdeh2nə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinəfərlik divanın bərpa olunması və ya keyfiyyətli eyni əşya ilə əvəz olunması vəzifəsinin X1 həvalə edilməsi, BOKT xxxxxx MMC electron ödəniş sistemində özbaşına düzəliş aparması qanunsuz hərəkət kimi qiymətləndirilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada AAA******* şəxsiyyət vəsiqəsindəki FİN kodu SLG-092-0024-20 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə daxil edib dəyişikliklərin aparılması vəzifəsi üzərinə qoyulması, X2 və BOKT “xxxxxx” MMC ona mənəvi ziyan vurduğu üçün istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən ödənilən ziyanın dəyərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbini azaldaraq yalnız cavabdeh BOKT “xxxxxx” MMC elektron ödəniş sistemində özbaşına düzəliş aparılmasının qanunsuz hərəkət kimi qiymətləndirilməsi və AA ******* şəxsiyyət vəsiqəsindəki FİN kodu qanunvericilikdə nəzərdə tutulmuş qaydada SLG 092-0024-20 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə daxil dəyişiklərin aparılması vəzifəsi üzərinə qoyulması, cavabdeh BOKT “xxxxxx” MMC SLG 092-0024-20 saylı,xx.xx.2020-ci il tarixli müqavilədə qanunvericiliyə uyğun müvafiq dəyişiklik apardıqdan sonra həm SLG 092- 0024-20 saylı xx.xx.2020-ci il tarixli müqavilədə, həm də SLG 092-0024-20 saylı xx.xx.2020-ci il tarixli müqavilə əlaqədar elektron ödəniş sistemində özbaşına düzəlişlərin aparılmasının qadağan edilməsi vəzifəsi üzərinə qoyulması, əsassız yazılmış 42,42 manat məbləğində gecikdirilmiş borcun silinməsi vəzifəsinin cavabdeh BOKT “xxxxxx” MMC-nin üzərinə qoyulması, cavabdeh BOKT “xxxxxx” MMC tərəfindən vurulmuş mənəvi ziyanın məhkəmə tərəfindən müəyyən edilərək, onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sifarişlə SLG-092-0024-20 saylı xx.xx.2020-ci il tarixli kreditlə mebel alınmışdır. Satıcı-məsləhətçi bildirmişdir ki, aldığı qiymətə bir neçə hədiyyə düşür. Satıcı-məsləhətçinin təklif etdiyi və onun tərəfindən bəyənilən hədiyyələrin birində - ikinəfərlik divanda qüsur aşkar olunmuşdur. Satıcıməsləhətçi qüsurun aradan qaldırılacağını vəd etmişdir. Divanın digər qüsurları olduğu və ümumiyyətlə qüsurları aradan qaldıra bilməyəcəyi təqdirdə digər seçim etmək niyyətində olduğunu satıcı-məsləhətçiyə bildirmişdir. Satıcı-məsləhətçi onu və həyat yoldaşını əmin etmişdir ki, digər qüsurlar yoxdur və tərəfindən aşkar olunan qüsur isə lazımi qaydada mebel sexində aradan qaldırılacaq. Təxminən 3 gündən sonra mebel ünvana çatdırılmışdır. Bir müddətdən sonra hədiyyə olan ikinəfərlik divanda qüsur aşkar olunmuş və karantin dövrü olduğu üçün, 2020-ci ilin may ayının 16-da həmin mağazaya müraciət olunmuş və mağazada 1441 saylı nömrə ilə servisdən ustanın dəvət olunması tövsiyyə edilmişdir. xx.xx.2020-ci il tarixdə qısa nömrəyə zəng vurmuş və xx.xx.2020-ci il tarixdə usta gəlib mebeli yoxlayıb, sənədlərin və divanın şəkilini çəkmişdir. Lakin, bundan sonra rəsmi cavab daxil olmamışdır. Bir müddət sonra yenidən 1441 qısa nömrəyə zəng edib cavabla maraqlanmış və ona bildirilmişdir ki, sözügedən divan hədiyyə olduğu üçün həmin qüsur aradan qaldırılmayacaq, mebelin alqı-satqısı zamanı mağazada satışı-məsləhətçi ilə olan qüsurlu əşya barədə şərti operatorun diqqətinə çatdırdıqda operator "belə söhbət olmayıb” istehlakçının aldadılması faktını inkar etmişdir. Bundan sonra kredit təşkilatın əməkdaşları ilə dəfələrlə əlaqə saxlayıb yaranmış anlaşılmazlığı qarşılıqlı hörmət və bir birinə güzəşt etmək yolu ilə aradan qaldırılmasını xahiş etmişdir. Lakin, kredit təşkilatı Saloğlu şirkətinin sərt mövqedə olduğunu, qüsur hədiyyə mebeldə olduğu üçün aradan qaldırmayacağını bildirmişdir. Tərəfindən iki ay müddətində vaxtı vaxtında ödənişlər edilmişdir və növbəti ödəniş vaxtı çatmamış 2020-ci ilin may ayının sonunda kredit təşkilatına təkrar müraciət olunaraq məsələnin həlli barədə maraqlanmış və sonuncular Saloğlu şirkəti ilə danışıb münasibət bildiricəyinə söz vermişlər. Lakin, ödəniş müddəti gəlsə də, bu günədək yaranmış vəziyyətdə hər hansı irəliləyiş yoxdur və kredit təşkilatın nümayəndələri növbəti ayın ödənişini tələb edirlər. Həmçinin onunla bağlanmış kredit müqaviləsində yalnışlıq vardır və kredit təşkilatı ödəniş sistemində özbaşına düzəliş edib elektron sistemə müqavilədə əks olunmayan məlumatları daxil etmişdir. Hazırki kredit ödəniş üsulu ilə Saloğlu şirkəti ödəniş məbləğini maliyyə təşkilatından tam aldıqdan sonra öz vəzifələrinin icrasından yayınması, BOKT "xxxxxx" MMC və müştərini üz-üzə qoyması istehlakçıların məmnunluğuna xidmət etmir, onun hüquqlarını pozur. Hazırda hər iki tərəfə dəfələrlə şifahi bildirmişdir ki, mebeldə aşkar olunan qüsurun aradan qaldırılması məsələsini lar yolu ilə həll olunması, kredit müqaviləsində yalnışlıqların qarşılıqlı razılığa əsasən müqaviləyə dəyişiklik etməklə aradan qaldırılmasını təklif etmişdir, habelə bu barədə hər iki təşkilatın rəsmi elektron ünvanına məktub göndərmişdir. Lakin, hər iki təşkilat bu günədək məktubu cavablandırmamışdır. Onun tərəfindən ödənişlər hər ay vaxtı-vaxtında davam etdirilsə də barəsində yalnış məlumat verilən əmlakın bərpasına üçün tədbir görülmür. BOKT "xxxxxx" MMC əmlakını girov götürüb, "bu işə bizim heç bir aidiyyatı yoxdur", "bizdən heç nə tələb edə bilməz" yalnış tərtib etdiyi müqavilə düzəliş edib ödənişləri tələb etmək əvəzinə, elektron sistemə müdaxilə etmişdir ki, ödənişlər davam etdirilsin. BOKT “xxxxxx" MMC kredit xidmətləri sahəsində özbaşınalığı, müqavilə, mülki qanunvericiliyinin irıəızidd hərəkəti də mənəvi ziyan vurur. Saloğlu isə ödənişini tam şəkildə aldıqdan sonra "bu hədiyyədir, buna zəmanət şamil olunmur" deyərək ümumiyyətlə heç bir müraciətə reaksiya vermir. Saloğlu şirkəti yuxarıda göstərilən hərəkəti ilə ona mənəvi ziyan vurur. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan küçirilməsini xahiş etmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, SLG-092-0024-20 saylı müqavilədən görünür ki, "xxxxxx" MMC tərəfindən İddiaçı istehlak krediti verilmişdir. İş materiallarında olan “Girov təminatı” aktından görünür ki, xx.xx.2020-ci il tarixli, SLG-092-0024-20 saylı müqavilə üzrə öhdəliklərin təminatı məqsədilə Queen üçlü mexanizmli (Nubuck 20), Queen ikili (Nubuck 20), Queen təkli (Nubuck 20) adlı mallar girov qoyulmuşdur. İş materiallarında olan cavabdehin etiraz ərizəsindən görünür ki, cavabdeh iddia ərizəsinə etiraz edir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağıa borcludur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan kompyuter çıxarışından görünür ki, İddiaçı adına 42,42 manat vaxtı keçmiş borc yazılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Saloğlu şirkətindən mebel almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, SLG-092-0024- 20 saylı müqavilədən görünür ki, “xxxxxx” MMC tərəfindən İddiaçı istehlak krediti verilmişdir. “Girov təminatı” aktından görünür ki, xx.xx.2020-ci il tarixli, SLG-092-0024-20 saylı müqavilə üzrə öhdəliklərin təminatı məqsədilə Queen üçlü mexanizmli (Nubuck 20), Queen ikili (Nubuck 20), Queen təkli (Nubuck 20) adlı mallar girov qoyulmuşdur. Hazırda iddaçı SLG 092-0024-20 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə daxil dəyişiklərin aparılması vəzifəsi üzərinə qoyulması, cavabdeh BOKT “xxxxxx” MMC SLG 092-0024-20 saylı,xx.xx.2020-ci il tarixli müqavilədə qanunvericiliyə uyğun müvafiq dəyişiklik apardıqdan sonra həm SLG 092-0024-20 saylı xx.xx.2020-ci il tarixli müqavilədə, həm də SLG 092-0024-20 saylı xx.xx.2020-ci il tarixli müqavilə əlaqədar elektron ödəniş sistemində özbaşına düzəlişlərin aparılmasının qadağan edilməsi vəzifəsi üzərinə qoyulması, əsassız yazılmış 42,42 manat məbləğində gecikdirilmiş borcun silinməsi vəzifəsinin cavabdeh BOKT “xxxxxx” MMC-nin üzərinə qoyulması, cavabdeh BOKT “xxxxxx” MMC tərəfindən vurulmuş mənəvi ziyanın məhkəmə tərəfindən müəyyən edilərək, onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbini sübut edəcək heç bir sənəd təqdim etməmişdir. Həmçinin iddiaçı məhkəmə 42,42 manat pulun yazılmasının əsassız olduğunu təsdiq edən sübut da iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin mənəvi zərər hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3935/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3935/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver