Məhkəmə qərarları › İş №e-2(004)-3935/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3935/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3935/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2013-cü il tarixli RB/NS-168 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 1769,80 manat, faiz borcuna görə 1.946,59 manat, cərimə borcuna görə 7.209 manat olmaqla, cəmi 10.925,39 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 123,94 manat pulun tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 45 nömrəli evin, korpus A, giriş 2-də yerləşən, 116,1 kv.m ümumi, 68.1 kv.m yaşayış, 48.0 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 198 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2013cü il tarixli RB/NS-168 nömrəli kredit müqaviləsi üzrə cəmi 11.312,61 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 168,94 manat pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 45 nömrəli evin, korpus A, giriş 2-də yerləşən, 116,1 kv.m ümumi, 68.1 kv.m yaşayış, 48.0 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 198 nömrəli mənzilinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 45 nömrəli evin 198 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılması; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2013-cü il tarixli RB/NS-168 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3935/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2013-cü il tarixli RB/NS-168 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini icra etdiyini bildirmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3935/2023 nömrəli qərardadının icra edilməsi üçün aidiyyatı üzrə göndərilmədən, Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3935/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin edilmişdir. İddiaçı ASC-yə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-ci və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ASC ilə aralarında mübahisəni sülh yolu ilə həll etmişlər. O, İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixli RB/NS-168 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcunu tam ödəmişdir. Bu səbəbdən İddiaçı ASC hazırkı iş üzrə iddia tələbindən imtina etməsinə dair xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərmişdir. Odur ki, iddiaçının iddia tələbindən imtinasının qəbul edilməsini və iş üzrə mülki icraata xitamı verilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, İddiaçı ASC-nin iddiadan imtina barədə xx.xx.2023-cü il tarixli ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir kiİddiaçı ASC-nin iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçının ərizəsindən və cavabdehin izahatından, İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, tərəflər arasındakı mübahisə sülh yolu ilə həll edilmişdir. Tərəflərin razılaşmasına əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixli RB/NS-168 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcunu tam ödəmişdir. İddiaçı ASC bunun qarşılığında hazırkı iş üzrə iddia tələbindən tamamilə imtina etmişdir və bu imtinanın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 261.0.4, 262, 263, 264, 266-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair e-2(004)-3935/2023 nömrəli mülki iş üzrə İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar