Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3941/2022 13.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 1152,19 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Kia Cerato minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “Apeks” tipli işıq dirəyini oradan çıxararaq müəssisəyə 5016 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı 26 dekabr 2020-ci il tarixdə “Cinayət şinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Bakı şəhər Yasamal DYPŞ-nin əməkdaşı tərəfindən ərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Kia Cerato minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən ‘Xalq Sığorta” ASC tərəfindən Bata şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 3863,81 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barələrində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qəraraının surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Kia Cerato minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinin tələbinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul edilmiş qərararın surətinin Yasamal RPİ-nin DYP-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan və inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP4139286 nömrəli qərarından müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Kia Cerato minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 22:15 radələrində Bakı şəhəri A.M.Şərifzadə küçəsidə nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməklə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərəd tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 məxsus “Apeks” tipli işıq dirəyinə dəymiş zərər köhnəlmə dərəcəsi tətbiq edilməklə dəymiş ziyanın ümumi məbləği 5016 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin PXA77565 saylı sığorta aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı "xxxx" X2 5016 manat məbləğində zərər dəymiş, 3863,81 manat məbləğində sığorta ödənişinin ödənilməsi müəyyən edilmişdir İş materiallarında olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən faydalanan şəxsin hesabına 3863,81 manat sığorta ödənişi köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; İş materialları ilə müəyyən olunur ki, “Kia Cerato minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kia Cerato minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" X2 məxsus işıq dirəyinə dəymiş, nəticədə sonuncuya 5016 manat məbləğində zərər vurulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sığorta ASC tərəfindən "xxxx" X2 3863,81 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı vurulmuş zərərdən qalan 1152,19 manat pulun ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən “Kia Cerato minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" X3 vurulmuş zərərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1152,19 (bir min yüz əlli iki manat on doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1152,19 (bir min yüz əlli iki manat on doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3941/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3941/2022
13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver