Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3955/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə, İddiaçılar X1 və X3 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X4 və X5 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və X2 ünvan 1 ünvavnında yerləşən 114 saylı mənzilin ümumi istifadə üçün nəzərdə tutulmuş dəhliz, sanitar qovşağı, mətbəx və balkonlar, o cümlədən yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilməklə, həmin mənzilin bir otağına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar X1 və X3 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə elektron kabinetdən ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdikləri, iddiadan imtinanın yarada biləcəyi hüquqi nəticələrin iddiaçılara aydın olduğunu bildirərək, mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və X2 ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilin ümumi istifadə üçün nəzərdə tutulmuş dəhliz, sanitar qovşağı, mətbəx və balkonlar, o cümlədən yaşayış sahəsindən istifadə qaydası müəyyən edilməklə, həmin mənzilin bir otağına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zaman xx.xx.2022-ci tarixdə cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçılar mənzilin mülkiyyətində olan pay hissələrini cavabdehə sataraq, əvəzində müvafiq vəsaiti almışlar. Göstərilən səbəbdən, iddianın hüquqi əsası qalmamışdır. Odur ki, icraata xitam verilməsini xahiş edir. Həmçinin iddiaçı X3 həmin tarixdə iddiadan imtan edərək xitam verilməsinə dair ərizəsindən görünür ki, məhkəmə baxışı zamanı xx.xx.2022-ci il tarixdə cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən o, mənzilin mülkiyyətində olan pay hissəsini cavabdehə sataraq əvəzində müvafiq vəsait almışdır. Odur ki, iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin onlar göstərilən tarixdə məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını və iddiaçıların imtina ərizəsini nəzərdən keçirib hesab edir ki, imtina təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa mülki iş üzrə icraata xitam verilə bilər. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtinaya dair məhkəməyə ərizə təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262.4, 262.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1 və X3 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki işin icraatına iddiaçıların iddiadan imtina etməsi əsası ilə xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-3955/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3955/2022
31.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver