Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3983/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı AR DİN-ə məxsus olan “Mercedes Citan” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada 19.897 manat tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə ərizə göndərərək, iş üzrə cavabdeh olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3983/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3983/2023
17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver