Məhkəmə qərarları › İş №e-2(004)-3988/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3988/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3988/2022 06.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi İddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Aydəmı̇ rov Bahadur Adı̇ l oğluna, Əhmədov Mı̇ rcəfər Rövşən oğluna, Həsənova Sahı̇ bə Hüseynağa qızına, Cavabdeh4, Həsənov Mı̇ rdamət Seyı̇ dməhəmməd oğluna, Cavabdeh6 Mı̇ rdamət oğluna, Cavabdeh7, Həsənova Talı̇ yə Əlı̇ qızına, Cavabdeh9̇ qızına, Cavabdeh10 Mı̇ rdamət oğluna, Həsənov Rəşı̇ d Mı̇ rdamət oğluna, Cavabdeh12 qarşı kredit borucunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyəti cavabdehlər Aydəmı̇ rov Bahadur Adı̇ l oğluna, Əhmədov Mı̇ rcəfər Rövşən oğluna, Həsənova Sahı̇ bə Hüseynağa qızına, Cavabdeh4, Həsənov Mı̇ rdamət Seyı̇ dməhəmməd oğluna, Cavabdeh6 Mı̇ rdamət oğluna, Cavabdeh7, Həsənova Talı̇ yə Əlı̇ qızına, Cavabdeh9̇ qızına, Cavabdeh10 Mı̇ rdamət oğluna, Həsənov Rəşı̇ d Mı̇ rdamət oğluna, Cavabdeh12 qarşı kredit borucunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Aydəmı̇ rov Bahadur Adı̇ l oğluna, Əhmədov Mı̇ rcəfər Rövşən oğluna, Həsənova Sahı̇ bə Hüseynağa qızına, Cavabdeh4, Həsənov Mı̇ rdamət Seyı̇ dməhəmməd oğluna, Cavabdeh6 Mı̇ rdamət oğluna, Cavabdeh7, Həsənova Talı̇ yə Əlı̇ qızına, Cavabdeh9̇ qızına, Cavabdeh10 Mı̇ rdamət oğluna, Həsənov Rəşı̇ d Mı̇ rdamət oğluna, Cavabdeh12 qarşı kredit borucunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "Accessbank" Qapalı Səhmdar Cəmı̇ yyəti tərəfindən ödənilmiş 93,94 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar