Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3990/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12500 manat məbləğində pulun və 128 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh ona qarşı dələduzluq etməsinə dair şikayəti Yasamal Rayon Polis İdarəsinə daxil olmuş və həmin iş araşdırılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru X4 icraatına verilmişdir. Şikayətə əsasən Səmidov X1 (İran klinikası yaxınlığı) üzərinə “satılmış” yazılmış “Prado” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini görəndən sonra (070) ***-**-** nömrəli telefon ilə əlaqə saxlamış və Ramazan adlı şəxs ilə nəqliyyat vasitəsinin alqı-satqısına görə vaxt təyin edərək görüşmüşlər. Həmin nəqliyyat vasitəsinə baxış keçirəndən sonra Ramazan adlı şəxslə həmin nəqliyyat vasitəsinin 12500 manat dəyərində alqı-satqısına razılaşmış və ödəniş etmişdir. Bundan sonra “Prado" markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olan etibarnamə həyat yoldaşı X3, daha sonra isə onun özünün adına verilmişdir. Bundan sonra o, nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istəyən zaman nəqliyyat vasitəsinin sənədlərində səhv olduğu müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin sənədlərində səhv olduğundan və adına rəsmiləşdirə bilmədiyi üçün şikayətçi Cavabdeh alqısatqı zamanı ödənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir. Həmin şəxs isə öz növbəsində dəfələrlə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirmiş, lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərarına əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasından imtina edilmişdir. Belə ki, Cavabdeh izahatında hamin nəqliyyat vasitəsinə dair məhkəmə mübahisəsinin olduğunu əsas gətirmiş və həmin mübahisəyə dair yekun məhkəmə aktından sonra sənədləri düzəldəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx.xx.2019-cu il tarixli, 7E-10270 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə emək salahiyyəti üzrə 3 il 11 ay 5 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixdək İddiaçı etibar etmişdir. xx.xx.2022-ci il tarixli, 7E-27706 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə emək salahiyyəti üzrə 6 ay 19 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixdək İddiaçı etibar etmişdir. xx.xx.2019-cu il tarixli, 7E-10269 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətləri üzrə 1 il müddətinə, yəni xx.xx.2020-ci il tarixdək X5 etibar etmişdir. AD seriyalı, 504758 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Land-Cruiser-Prado” minik markalı, ağ rəngli, JTEBZ99J200030854 şassi, 1KD0887301 mühərrik nömrəli, buraxılış ili 2002-ci il olan **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X6 mülkiyyətinə verilmişdir. AD seriyalı 504760 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Land-Cruiser-Prado” minik markalı, ağ rəngli, JTEBZ99J300032077 şassi, 1KD0909167 mühərrik nömrəli, buraxılış ili 2002-ci il olan **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X6 mülkiyyətinə verilmişdir. DİN Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, araşdırma aparılmış və toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd olunmuşdur. Şikayətçiyə bildirilmişdir ki, ərizəsində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan AR MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququ var. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, müraciətlə əlaqədar izahatı alınmış ünvan 2 ünvanında yaşayan Cavabdeh bildirmişdir ki, o, şərikləri ilə birlikdə 2018-ci ildə “Azfen" şirkəti tərəfindən hərraca çıxarılmış bir neçə avtomobil almış və onlardan birini 2019-cu ildə 12000 manata İddiaçı satmışdır. Bundan səkkiz ay sonra İddiaçı ona müraciət edərək satdığı “Toyota Land-Cruiser- Prado" markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan şassi və mühərrik nömrələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə uyğun gəlmədiyini qeyd etmişdir. Eləcədə Cavabdeh bildirmişdir ki, onun “Azfen" şirkətindən bir neçə avtomobil aldığı şərikləri X7 və X6 arasında məhkəmə araşdırması aparıldığı üçün həmin avtomobillərə həbs qoyulmuş ve bu səbəbdən onun BDYPİ-nə "Toyota Land-Cruiser-Prado" markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sənədlərinin düzəlməsi ilə əlaqədar müraciətinə baxılmamışdır. Ona ancaq həmin avtomobillər barəsində məhkəmə araşdırması bitdikdən sonra müraciətin müsbət həll oluna biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh şərikləri ilə birlikdə 2018-ci ildə “Azfen" şirkəti tərəfindən hərraca çıxarılmış bir neçə avtomobil almışdır. Həmin avtomobillərdən biri olan “Toyota Land- Cruiser-Prado” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı ilə aralarında bağlanmış şifahi əqdə əsasən 2019-cu ildə, 12000 manata ona satmışdır. Avtomobilin mülkiyyətçisi tərəfindən iddiaçının həyat yoldaşına bir illik etibarnamə əsasında həmin avtomobil üzərində sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyəti verilmişdir. Qeyd olunan səlahiyyətlər üzrə altı-satqı olunmuş nəqliyyat vasitəsini öz adına qeydiyyata salmaq istəyən zaman iddiaçıya “Toyota Land-Cruiser-Prado" markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan şassi və mühərrik nömrələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə uyğun gəlmədiyi bildirilmişdir. Bununla əlaqədar İddiaçı Cavabdeh müraciət edərək alqı-satqının etibarsız hesab edilməsi və alqı-satqı zamanı ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir. Bununla əlaqədar iddiaçı cavabdehin hərəkətlərindən (hərəkətsizliyindən) Yasamal RPİ-nə müraciət etmiş, onun müraciəti əsasında Yasamal RPİ-nin 28-ci PB tərəfindən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan “Toyota Land-Cruiser- Prado” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə adi olan iki fərqli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən aydın olur ki, nəqliyyat vasitəsinin mühərrik və şassi nömrələri uyğunsuzluq təşkil edir. Hazırda iddiaçı nəqliyyat vasitəsinin dəyərinin ona ödənilməsini tələb edir. Cavabdeh keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya qarşı etiraz verməmişdir. İddia tələbinin əsassız olmamasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin Yasamal RPİ-nin 28-ci PB-d vermiş olduğu izahatında maşını İddiaçı 12000 manata satdığını, həmin avtomaşının qeydiyyat şəhadətnaməsində yanlışlıqlar olduğu etiraf etmişdir. Belə olan halda iddiaçının Cavabdeh qarşı pul tələbi 12000 manat hissəsində əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan 12000 (on iki min) manat məbləğində pul və 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3990/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3990/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver