Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3995/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh3 MTK-nın nümayəndəsi Nümayəndə4, Cavabdeh2 nümayəndəsi Nümayəndə5 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTKdan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123362,48 manat məbləğində əsas borcun, 30094,66 manat məbləğində faiz borcu olmaqla cəmi 153457,14 manat borc məbləğinin tutulması, borc məbləğinin 20924 manat hissəsinin xx.xx.2019-cu il tarixli, 001-R.P saylı girov müqaviləsinə əsasən ******************** №-li və ******************** №-li hesablarda olan pul vəsaitlərindən və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-dan müştərək qaydada tutulması, borcun qalan hissəsinin və 443,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,67 manat xidmət haqqının cavabdehlər Cavabdeh2sgəndər qızından, Cavabdeh1 və Cavabdeh3MTK-dan müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123362,48 manat məbləğində əsas borcun, 32664,71 manat məbləğində faiz borcu olmaqla cəmi 156027,19 manat borc məbləğinin tutulması, borc məbləğinin 20924 manat hissəsinin xx.xx.2019-cu il tarixli, 001-R.P saylı girov müqaviləsinə əsasən ******************** №-li və ******************** №-li hesablarda olan pul vəsaitlərindən və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTKdan müştərək qaydada tutulması, borcun qalan hissəsinin və 443,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,67 manat xidmət haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123535,15 manat məbləğində əsas borcun, 32544,06 manat məbləğində faiz borcu olmaqla cəmi 156079,21 manat borcun, ödənilmiş 443,44 manat dövlət rüsumu və 0,67 manat xidmət haqqının tutulması, borc məbləğinin 20924 manat hissəsinin xx.xx.2019-cu il tarixli, 001-R.P saylı girov müqaviləsinə əsasən ******************** №-li və ******************** №-li hesablarda olan pul vəsaitlərinə yönəldilərək tutulması, qalan borc borc məbləğinin ümumi qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123535,15 manat məbləğində əsas borc, 32544,06 manat məbləğində faiz borcu olmaqla, cəmi 156079,21 manat borcun, ödənilmiş 443,44 manat dövlət rüsumu və 0,67 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Müştəri xidməti departamenti ilə Cavabdeh2 oğlu arasında bağlanmış 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 240 ay müddətinə, 10 faiz dərəcəsi ilə 124024 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və o hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinin təminatı qismində "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 018/Z-R.P. saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təmini qismində eyni zamanda bankla Cavabdeh3 arasında 018-R.P. saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdehlər kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 001-R.P saylı girov müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edili Bu müqavilənin predmetini Cavabdeh3 ilə girov saxlayan arasında bağlanmış 21 yanvar 2019-ct tarixli Birgə fəaliyyət haqqında Saziş çərçivəsində bağlanan və ya gələcəkdə bağlanacaq və bu müqavilənin 1 saylı Əlavəsində göstərilən kredit müqavilələri üzrə borc alanların girov saxlayan qarşısında öhdəliklərin icrasını təmin etmə məqsədilə girov qoyanın girov saxlayanda açılmış ******************** №-li və ******************** №-li hesablarda olan və ya gələcəkdə həmin hesablara mədaxil ediləcək pul vəsaitlərinin müqavilənin 1.3-cü bəndində qey edilmiş miqdarda hissəsinin girov saxlayana girov qoyulması təşkil edir. 1.3-cü bənddə qeyd edilir: girov predmeti giro qoyanın girov saxlayanda açılmış ******************** №-li və ******************** №-li hesablarda olan pul vəsaitlərinin 20,924.00 manat hissəsi təşkil edir. Yuxanda adı çəkilən 018-R.P nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdeh əsas borc üzrə 123362,48 manat, faiz borcu üzrə 30094,66 manat olmaqla, cəmi 153457,14 manat borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 443.44 manat dövlət rüsumu və 0.67 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə X2, Cavabdeh1, Cavabdeh3nə xx.xx.2022-ci il tarixi xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 MTK-nın nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Cavabdeh3 MTK mənzili satmışdır. Borcun ödənilməsinə heç bir aidiyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə5 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, bank başqalarından borcu 10%-lə, onlardan isə 15%-lə almışdır. Həmçinin pandemiya dövründə faizin hesablanmasını dayandırmamışdır. Müqavilə üzrə 9 ay ödəniş etmiş, axrıncı ödənişi pandemiya başlayanda mart ayında etmişlər. Pandemiya dövründə ödəniş etməmişdir. Cənab Prezidentin fərmanına əsasən həmin dövrdə faizlərin hesablanması dayandırılmalı olduğundan ödəniş etməmişdir. Banka həmin ilin avqust ayında rəsmi müraciət etmişdir. Bankdan onun mart ayında etdiyi ödənişin fevral ayının ödənişi olduğunu və mart ayının ödənişini edənlərin məktubunun qəbul edildiyini bildirmişlər. Onlar 10% ödəməli olduğu halda 15% ödəməklə artıq ödəniş etmişlər ki, bu ödəniş mart ayının ödənişinə hesablanmalı idi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. (Cavabdeh1 xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir) Lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 018-R.P nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə Bakı şəhəri, Yasamal rayonu, 576-cı məhəllə Z.Xəlilov küçəsi, bina 2, A blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 75,66 kv.m olan 1 otaqlı 313 nömrəli mənzilin alınması üçün 240 ay müddətinə illik 10,15 % dərəcəsi ilə 124024 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh3 MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019cu il tarixli, 018-R.P nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 MTK borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 018-R.P nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 018-R.P nömrəli kredit müqaviləsinə əsasən 123362,48 manat əsas borc, 32664,71 manat faiz borcu olmaqla, cəmi 156027,19 borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli, 9/6680 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, 07 avqust 2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 07 avqust 2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsi üzrə 07 sentyabr 2022-ci il tarixə "xxxx" ASC-yə əsas borc üzrə 123535,15 manat və faiz borcu üzrə 32544,06 manat olmaqla, cəmi 156079,21 manat borcu yaranmışdır. İş materiallatında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərlə iş Departamenti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-ya göndərilmiş xx.xx.2022-ci il tarixli 22-8138/2022 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun banka ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 443,44 manat məbləğində dövlət rüsumu və 0,67 manat xidmət haqqı ödənilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh2 124024 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xx.xx.2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin xx.xx.2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsinə əsasən 123362,48 manat əsas borc, 32664,71 manat faiz borcu olmaqla, cəmi 156027,19 borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 9/6680 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 018-R.P nömrəli kredit müqaviləsi üzrə 07 sentyabr 2022-ci il tarixə əsas borc üzrə 123535,15 manat və faiz borcu üzrə 32544,06 manat borcu müəyyən edilmişdir. İddiaçı iddia tələbini dəqiqləşdiriək ekspert rəyində müəyyən edilmiş məbləğdəəsas borc üzrə 123535,15 manat və faiz borcu üzrə 123535,15 manat borcun tutulmasını tələb edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsi üzrə faiz borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsi üzrə yaranmış 123535,15 manat əsas borc və 32544,06 manat faiz borcu olmaqla, cəmi 123535,15 manat pul tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MTK-nın mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 444,11 (443,44+0,67=444,11) əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 123535,15 (bir yüz iyirmi üç min beş yüz otuz beş manat on beş qəpik) manat məbləğində əsas borc və 32544,06 (otuz iki min beş yüz qırx dörd manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 156079,21 (bir yüz əlli altı min yetmiş doqquz manat iyirmi bir qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 444,11 (443,44+0,67=444,11) (dörd yüz qırx dörd manat on bir qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 150 (bir yüz əlli) manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE **********00********) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3995/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3995/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver