Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4014/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş 25.000 (iyirmi beş min) manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 %-in yarımil üçün 2,5% hissəsi olan 625 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5%-in yarım il üçün 3,75 % hissəsi olan 937 manat, borc qismində cəmi 26,562 (iyirmi altı min beş yüz altmış iki) manat pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 170 manat pul vəsaitinin, ümumilikdə 26,732 manat pul vəsaitinin Cavabdeh tutularaq tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında dost, tanış münasibətləri olmuşdur. 2024-cü ilin noyabr ayında Cavabdeh iddiaçıdan 25.000 (iyirmi beş min) manat pul vəsaitini 1 aya qaytarmaq şərti ilə borc istəmiş, iddiaçı isə aralarında olan münasibətlərə inanaraq Cavabdeh 25.000 manat pul vəsaitini vermişdir. 1 ay keçdikdən sonra iddiaçı dəfələrlə cavabdehdən borcunu geri tələb etmiş, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən yayınmış, nəticədə borc verilməsinin üzərindən 3 ay keçdikdən sonra xx.xx.2025-ci il tarixdə İddiaçı dələduzluq faktı ilə bağlı Yasamal RPİ-nin 30-cu PŞ-ə müraciət etmişdir. Cavabdeh PŞ-ə dəvət olunaraq izahatı alınmış, izahatında 25.000 manat pul vəsaitini borc olaraq götürdüyünü etiraf etmiş, 13.000 manat qaytardığını 12.000 manat borcunun qaldığını bildirmişdir. Lakin cavabdeh iddiaçıya etiraf etdiyi pul vəsaitindən heç bir qəpik də qaytarmamış, pulun qaytarılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə böyük məbləğin geri qaytarılması barədə cavabdehin əlində heç bir sübutun olmaması özülüyündə sonuncunun borcun qaytarılması barədə yalan izahat verməsini deməyə imkan verir. Borcun verildiyi tarixin üzərindən 6 aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçının pulunu ödəməmiş, iddiaçı ona dəfələrlə zəng etsə də,cavabdeh zəngləri açmamışdır. İddia ərizəsinə əlavə etdikləri Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024- 2025-ci illər arasında ortalama bank uçot dərəcəsi 7.5 %-dir. İddia ərizəsində də qeyd edildiyi kimi cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməmiş, artıq öhdəliyin icra müddətinin üzərindən 6 aydan çox müddət keçmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş 25.000 (iyirmi beş min) manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 %-in yarımil üçün 2,5% hissəsi olan 625 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5%-in yarımil üçün 3,75 % hissəsi olan 937 manat, cəmi 26.562 (iyirmi altı min beş yüz altmış iki) manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh ona verilən 25000 manatı üzərinə 5000 manat da əlavə edilərək qaytaracağını bildirib. Lakin, pul geri qaytarılmayıb. Təqdim olunan qəbzlərdə onlara aid olmayan şəxsə ödəniş edilib. İzahat cavabdehin xətti ilə yazılıb. 25000 manat borc aldığı yazılıb və 13000 manatın qatarıldığı sübut edilmir.Pul iddiaçının salonunda cavabdehə verilib. Şahidlər iddiaçının müştərisi, iş yoldaşlarıdırlar. 2024-cü ilin noyabr ayında 25000 manat məbləğindəki pul nağd şəkildə verilib. Hazırda tələb olunan 25.000 manat puldan qəbzlərdə təsdiqini tapan məbləğlər çıxılmaqla yerdə qalan məbləğin tutulmasına da razıdırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçını məktəb və bağçada dərzi işləri ilə məşğul olarkən tanımışdır və daha sonra eyni binada yaşadıqlarını bilmişdir . Bildiyinə görə iddiaçı 2 salonda işləyir və onu dırnaq ustası kimi deyil, lazeroloq kimi tanımışdır. Özü salona getmir və şahidləri tanımır. İddiaçının faizə pul verməsi ona məlum idi. Uşağının ehtiyacları üçün iddiaçıdan borc pul istəmiş, lakin pulu tam məbləğdə almamışdı. O, 25000 manat məbləğində borc almamışdır. Onun 6500 manat faiz borcu var. Həmçinin, lotareyaya qoşulmuşdular və iddiaçı ona köməklik məqsədilə kredit də götürmüşdü. 842 manat məbləğində həmin krediti ödəyirdi. 6 ay müddətində 4000 manat məbləğində kredit götürülmüşdü. Cəmi 12000 manat məbləğində borcu var. İddiaçının tanışı olan Elmar adlı şəxs ona “ayda 1000 manat ödəyərsiniz, məbləğ borcdan və faizdən silinər” demişdi. Elmarın kart hesabına 1500 manat məbləğində pulu iddiaçıya olan borcunun ödənilməsi məqsədilə köçürmüşdü. Məhkəməyə təqdim olunan qəbzdə bu öz əksini tapır. Polis Bölməsində izahatı deyilən şəkildə yazmışdır. İzahatda 25000 manatdan 13000 manat qaytarılıb və 12000 manat qalıb yazmışdır. Bununla bağlı polis bölməsinin əməkdaşı Xəqani müəllimlə danışılıb. Ona nə deyilibsə, yazmışdır. O, krediti, kirayəni ödəyə bilməyəndə iddiaçıya müracit etmişdir və iddiaçı da pulu faizlə vermişdi. Onun problemi olmasa idi, pul istəməzdi. İddiaçı onun kartına pul atıb. Onda və iddiaçıda borcla bağlı dəftərdə qeydlər var. Məsələn, 100 manata 20 manat faiz hesablanıb. O, da pulu kartına göndərmişdir. Vüsal adlı şəxs həyat yoldaşıdır. Elmar adlı şəxsi isə iddiaçının tanışı kimi tanımışdır. O, 12000 manat oan borcu 25000 manata çevirərək ödəməyə təklif edib. Bununla da, özü də qazanc əldə edirdi. Həmçinin, lotareyada 5-ci yerə qeyd edildiyi üçün iştirak etməkdən imtina etdi. Pul ilə bağlı Elmar polis bölməsinə də çağırılıb. Şəlalə adlı xanımın yanında pul söhbətləri olub. Verilən suallara cavab olaraq bildirmişdir ki, dərzi kimi fəaliyyət göstərir. Polis bölməsinə bir dəfə getmiş və izahatı özü yazmışdır. 1 ildir ki, iddiaçını tanıyır. Ona verilən pullar kart vasitəsilə köçürülüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə birgə salonda işləmişdilər. Hal-hazırda işləmir. Cavabdehi iddiaçının tanışı kimi tanıyır. Cavabdehin iş qurmaqla bağlı iddiaçıdan pul istəməyini eşitmiş, lakin pulu verməsini görməmişdir. Pulun məbləğinin 30000 manat olduğunu eşitmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı telefonda danışanda cavabdehin pulu qaytarmağa etiraz etdiyini eşitmişdir. Belə ki, cavabdehin yoldaşı onu tanımadığını bildirmişdi. İddiaçı 20000-25000 manat məbləğində pul verə biləcəyini deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçını saç və dırnaq ustası kimi tanıyır. Cavabdehi salona gələndə dərzi kimi tanımışdır. 2024-cü ilin noyabr ayında iddiaçı dırnağını düzəldəndə işi yarımçıq saxlayaraq 25000 manat sayaraq cavabdehə vermişdi. Pulu çantasından çıxartmışdı. Cavabdeh ona “narahat olma, gələn ay pulunu qaytaracam” demişdi. Həmçinin, doğru xatırlayırsa, cavabdeh pulun üzərinə əlavə pul qoyaraq qaytaracağını bildirmişdir. İddiaçının pul verdiyi salonu bağlanıb. O, salona gedəndə bəzən cavabdehi görürdü və iddiaçı ilə söhbət edirdilər. Onların rəfiqə olduqlarını hesab edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun evi Hövsanda yerəşir. O, dırnağını və saçını iddiaçıya düzəltdirirdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" ASC-yə məxsus birbank.az tətbiqindən əldə olunmuş və cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən müəyyən edilir ki, **********1 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 30 manat, **********6 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 80 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 105 manat, **********5 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 300 manat, **********6 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 105 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 110 manat, **********1 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 30 manat, **********6 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 150 manat pul, **********6 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 90 manat, **********1 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 120 manat, **********3 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 250 manat, **********0 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 50 manat, **********5 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 150 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 300 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 140 manat, **********0 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 200 manat, **********7 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 150 manat, **********7 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 842 manat, **********4 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 150 manat məbləğində pul vəsaitləri Aytən R. Adlı şəxsin bank hesabına, **********8 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1500 manat məbləğində pul Elmar S. adlı şəxsin bank hesabına, 1-326227858 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 100 manat məbləğində pul ****6424 nömrəli bank hesabına köçürülmüşdür. "xxxx" ASC-yə məxsus birbank.az tətbiqindən əldə olunmuş qəbzlərdən müəyyən edilir ki, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, **********7 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, **********6 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 30 manat, **********4 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 30 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, **********9 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, **********0 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 35 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 50 manat, **********9 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 100 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 20 manat, **********6 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 20 manat, **********25 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 40 manat, **********5 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, **********9 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 40 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 50 manat, **********6 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 100 manat, **********8 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 20 manat, **********7 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 70 manat, **********0 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 100 manat, **********3 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 40 manat, **********8 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, **********0 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 35 manat, **********3 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 30 manat, **********7 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 70 manat, **********1 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 40 manat, **********2 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 240 manat, **********2 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 105 manat, **********2 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 500 manat, **********5 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 525 manat, **********3 nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən 100 manat məbləğində pul Ay*** R*** adlı şəxsin bank hesabına köçürülmüşdür. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, Aytən adlı şəxsdən 25.000 manat pul götürərək, həmin pulun 1300 manatını ödədikdən sonra 12.000 manat borcu qalmışdır, Aytən adlı xanıma həmin məbləği qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-54-1/2-3983/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2025-ci il tarixdə DİN-in 102 zəng xidmətinə etdiyi müraciətinə və Suraxanı RPİ-nin 30-cu PŞ-nə ünvanladığınız şikayət ərisinə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn həmin mübahisələr üzrə işlərə Ümumi məhkəmələr baxır. Müraciətdə qeyd olunanlarla bağlı tərəflərindən araşdırma aparılmış, göstərilən xüsusatların mülki xarakterli olduğundan, Məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2024) götürülmüş məlumatdan görünür ki, bank uçot dərəcəsi xx.xx.2024-cü il tarixdə 7.25%, xx.xx.2024-cü il tarixdə 7.5%, xx.xx.2024-cü il tarixdə 7.75% olmaqla, 2024-cü il üçün illik ortalama uçot dərəcəsi 7,5% olmuşdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, AR Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasəb, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.3-cü maddəsinə əsasən, Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən, Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən, Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4-cü maddəsinə əsasən, Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 25.000 manat borc verməsi faktı iş materialları ilə, xüsusən də şahid ifadələri və cavabdehin polis şöbəsində verdiyi izahatla təsdiqini tapır. Şahid1 məhkəməyə verdiyi izahatında 2024-cü ilin noyabr ayında iddiaçının dırnağımı düzəldəndə işi yarımçıq saxlayaraq 25000 manat sayaraq cavabdehə verdiyini, pulu çantasından çıxardığını, cavabdehin narahat olmamasını, gələn ay pulunu qaytaracağına dair vəd verdiyini bildirmişdir.Cavabdeh Eyvazova X1 rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə verdiyi yazılı izahatında Aytən adlı şəxsdən 25.000 manat pul götürdüyünü etiraf etmişdir. Cavabdeh həmin izahatı şəxsən yazdığını məhkəmə iclasında təsdiq etmişdir. Lakin qeyd olunmalıdır ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatlarda "25000 manat məbləğində borc almamışdır" iddiaları, polis şöbəsindəki yazılı etirafı ilə ziddiyyət təşkil edir. Həmçinin cavabdeh məhkəməyə "xxxx" hesabından xx.xx.2024-xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarış təqdim etmişdir. Lakin həmin hesabdan çıxarışda əks olunan vəsaitlərin təyinatını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, tərəflər arasında borc münasibətlərinin olması və 25.000 manat vəsaitin cavabdehə verilməsi öz təsdiqini tapmışdır. Əsas borcun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə 25.000 manatdan 13.000 manat qaytardığını iddia edir, polis şöbəsindəki izahatda 12.000 manat borcunun qaldığı qeyd edilir, bu da 25.000 - 13.000 = 12.000 manat olduğunu göstərir. Lakin cavabdeh onun tərəfindən iddiaçıya 13.000 manatın qaytarılmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İş materiallarında olan **********8 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1500 manat məbləğində pul Elmar S. adlı şəxsin bank hesabına, 1-326227858 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 100 manat məbləğində pul ****6424 nömrəli bank hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh həmin vəsaitlərin iddiaçıya ödənildiyini sübuta yetirə bilmədiyindən, iddiaçı da həmin vəsaitləri aldığını qəbul etmədiyindən təqdim edilmiş həmin qəbzlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. İş materiallarında olan "xxxx" ASC-yə məxsus birbank.az tətbiqindən əldə olunmuş digər isə qəbzlərdən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının bank hesabına ümumilikdə 5797 manat pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi ümumilikdə 25.000 manat borcun ödənilməmiş hissəsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də cavabdehdən 19.203 manat (25.000 – 5797 = 19.203) ödənilməmiş borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, borc məbləği gecikdirilməklə ödənildiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” Məhkəmə qeyd edir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddia tələbini borcun gecikdirilməsi üçün Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən illik faiz tutulması hissəsində qismən əsaslı hesab edərək belə nəticəyə gəlir ki, borclu tərəfindən borcun qalan hissəsi olan 19.203 manat manat məbləğində pulun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmaqla 480 manat (19.203 x 5% = 960,15; 960,15 : 12 ay = 80; 80 x 6 ay = 480 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5%-in yarım il üçün 3,75 % hissəsi olan 937 manat tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yol verilməzdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı fiziki şəxsdir və fiziki şəxsin sahibkarlıq fəaliyyətindən irəli gələn təlblər irəli sürməsi qanunvericiliyə uyğun deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 149 (bir yüz qırx doqquz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19.203 (on doqquz min iki yüz üç) manat məbləğində pul, borcun ödənilməsinin gecikdirilməsinə görə Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 480 (dörd yüz səksən) manat (5%) faiz borcu və ödənilmiş dövlət rüsumunun 149 (bir yüz qırx doqquz) manat hisəsi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19.203 (on doqquz min iki yüz üç) manat məbləğində pul, borcun ödənilməsinin gecikdirilməsinə görə Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 480 (dörd yüz səksən) manat (5%) faiz borcu və ödənilmiş dövlət rüsumunun 149 (bir yüz qırx doqquz) manat hisəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4014/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4014/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver