Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4018/2025 18.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X4” ASC-nin nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkilinümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, borcun silinməsi və mənəvi zərərə görə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6500 manat əsas, 828,62 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7348,62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 93,89 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6500 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 iyun 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 6500 manat əsas, 828,62 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7348,62 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, borcun silinməsi və mənəvi zərərə görə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" KB ASC ilə iddiaçı Cavabdeh arasında bağlandığı bildirilən 28 noyabr 2022-ci il tarixil müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-nin kredit xətti kimi açmış olduğu 6500 manat əsas, 828,62 manat faiz, 20 manat cərimə, cəmi 7348,62 manat borcun silinməsi, cavabdeh "xxxx" KB ASC-nin Cavabdeh vurduğu mənəvi zərərə görə "xxxx" KB ASCdən 5000 manat pulun tutulması, vəkilə ödənilən 320 manat hüquqi xidmət haqqı və 101 manat dövlət rüsumu, cəmi 421 manat pul "xxxx" KB ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ona qarşı məhkəmədə qaldırılmış iddia tələbini qəbul etmir və hesab edir ki, tələb əsassızdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, o, Memarlıq Unversitetinin müəllimi, dosentidir. Uzun illərdir ki, bu təhsil ocağında dərs deyir. O, marketlərdə bazarlıq etmək üçün nəğd puldan istifadə etməmək üçün debet kart əldə etmək istəmiş və bu səbəblə "xxxx" KB ASC-nin leobank.az mobil proqramına müraciət etmişdir. Şəxsi pulunu alacağı debet karta yüklədikdən sonra rahat şəkildə alış-verişini etməyi düşünmüşdür. Sifariş etdiyi debet kartı kuryer vasitəsilə iş yerinə gətirib ona təqdim etmişlər və kuryer kartı ona təqdim etdiyini təsdiq etməsi üçün bir kağız vərəqə imza etməyini bildirmişdir. O, kartı qəbul edib həmin vərəqdə imzasını atdı. İddiaçı iddia edir ki, onunla müqavilə bağlamış, ona oferta göndərmiş, o, həmin ofertanı qəbul etmiş və daha sonra ona kredit xətti açılmışdır. Hesab edir ki, iddiaçının istinad etdiyi hallara dair heç bir mötəbər sübut mövcud deyil və ola da bilməz. Çünki o, kredit xətti açılmasına dair heş kimlə danışıq aparmamış heç kimə bu barədə müraciət etməmişdir. Onun kredit xəttinə, ümumiyyətlə pula ehtiyacı olmayıb. Belə olduğu halda nədən kredit xətti açdırmalı idi? İddiaçı israr edir ki, guya ona oferta göndərib və o, həmin ofertanı qəbul edib. Əgər göndəribsə hara və nə vaxt göndərdiyini sübut etsin, ümumiyyətlə o, ofertanın nə olduğunu belə bilmir. Bundan başqa ona verilmiş debet kartdan aparılmış əməliyyatlardan da görünür ki, o, öz vəsaitindən istifadə etmişdir. Yalnız bir dəfə özü də bilmədən depozit kartından qoyulmuş depozitdən 150 manat artıq pul xərcləmiş və elə həmin vaxt da bankdan ona votsap üzərindən xəbərdarlıq edilərək bildirilmişdir ki, o, limitdən artıq xərcləmə aparmışdır. O, o zaman bank işçisinə sual verdi ki, o, limitdən artıq kimin vəsaitindən istifadə etmiş, onda ona dedilər ki, “siz kredit xəttindən istifadə edirsiz”. O, dərhal artıq istifadə etdiyi 150 manat pulu bankın hesabına bərpa edib tələb etdi ki, ondan xəbərsiz onun adına açdığı kredit xəttini bağlasınlar. Bu barədə məhkəməyə aralarındakı yazışmaları təqdim edir. Bundan sonra da kredit xəttinin təcili bağlanması ilə bağlı dəfələrlə votsap üzərindən yazılı şəkildə Bankın whatsapp nömrəsinə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq kredit xətti ləğv edilməmişdir. O, kredit xəttinin bağlanmadığından yalnız kredit kartından pul oğurlanması barədə bank əməkdaşları ona məlumat verdikdə xəbəri oldu. Bank əməkdaşları ona bildirdilər ki, guya onun adına açdıqları kredit xəttindən 6500 manat vəsait kibercinayətkarlar tərəfindən çıxarılaraq başqa hesablara köçürülmüşdür. Göründüyü kimi bankın məsuliyyətsiz hərəkətləri nəticəsində həmin kredit xətti dələduzluq yolu ilə Bank əməkdaşları tərəfindən başqa hesablara köçürülmüşdür. Bununla bağlı o, Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Müraciətini Xəzər rayonu ərazisində yerləşən bağ evindən etdiyi üçün şikayəti Xəzər RPİ-nə göndərilmişdir. Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3- 1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işinin icraatı Xəzər rayon Polis İdarəsinin 04 fevral 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müəyyən edilməməsi səbəbindən Cinayət Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında baş vermiş oğurluq nəticəsində pulun kimə və hansı karta köçürüldüyü, həmin kartın kimə məxsus olduğu bank tərəfindən təsbit olunmuşdur. Əslində bank cinayətin açılmasında maraqlı deyil. Bu səbəbdən cinayətin açılmasında istintaqa kömək etmir. Bankın marağı olsa bu kimi cinayətlərin üstü dərhal açılar. Hazırda iddiaçı "xxxx" KB ASC ona qarşı həmin borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Bank tərəfindən həmin put məbləğinin ondan tələb edilməsi qanuni və əsaslı deyil. Hazırki müqavilə cavabdehin ofertanı göndərməsi və onun onu aksept etməsi ilə bağlanmış hesab edilməlidir. Qanunvericiliyə əsasən müqavilə o andan bağlanmış hesab edilməlidir ki, o, həmin müqavilənin bütün şərtləri ilə tanış olub və ona razılıq vermişdir. Bu hallar müəyyən edilmədiyi halda həmin əqd bağlandığı andan etibarsız sayılır. Cavabdeh tərəf ona kredit xəttinin açılması ilə bağlı nəinki oferta göndərməmiş və göndərsəydi belə o, o ofertanı aksept etməyəcəkdi. Çünki onun əsas məqsədi debet kartı əldə etmək olmuşdur. O, iddiaçının hazırkı iddia ilə müraciət edib ondan tələb etdiyi pul məbləği ilə bağlı müqaviləni aksept etməmişdir. Hətta bundan xəbər tutduqdan sonra dərhal bununla bağlı cavabdeh Banka dəfələrlə müraciət etmiş, amma Bank tərəfindən onun müraciətlərinə bir əhəmiyyət verilməmişdir. Cavabdehin məsuliyyətsiz davranışları, kibertəhlükəsizlik səviyyəsinin aşağı olması informasiya ehtiyatlarında yaranmış boşluqlar nəticəsində onun adına rəsmiləşdirdikləri kredit məbləği cinayətkarlar tərəfindən ələ keçirilmişdir. Hazırkı iş üzrə ilkin iddiaçının əsasında borc tələb etdiyi əqd əhəmiyyətsiz əqddir. Tərəflərin həqiqi iradə ifadəsini əks etdirmir. Belə olan halda da əqd etibarsız hesab edilməlidir. Həmin müqaviləyə əsasən də, iddiaçının borc tələb etməsi qanuni və əsaslı deyil. Hazırkı işdə həmin pulun naməlum şəxs tərəfindən naməlum şəraitdə oğurlanmasına əsas səbəb cavabdeh "xxxx" KB ASC-nin öz informasiya təhlükəsizliyi sisteminin lazımi qaydada qurmamış olmasıdır. Bundan başqa Cavabdeh ilə sırf kredit xəttinin açılması ilə bağlı "xxxx" KB ASC arasında heç bir kreditin verilməsinə dair müqavilə bağlanmamışdır. Bağlansa belə həmin müqavilə Cavabdeh iradəsini əks etdirmədiyi üçün puçdur, yəni yoxluğa tabedir. Əqdin bağlana bilməsi üçün iradə qurucu ünsürdür, əgər iradə yoxdursa əqdin mövcud olmadığı qəbul olunur. Məlum olduğu kimi, Cavabdeh ilə cavabdeh arasında heç bir kreditin verilməsinə dair müqavilə bağlanmamışdır. Belə olan halda hesab edir ki, cavabdeh "xxxx" KB ASC-nin, Cavabdeh tələb etdiyi 7348,62 manat borc qanunsuz və əsassız olduğu üçün silinməlidir. Ona görə də məhkəmədən ilkin iddianın rədd edilməsini və cavabdeh "xxxx" KB ASC-nin, Cavabdeh tələb etdiyi 7348,62 manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, həmin 7348,62 manat qanunsuz və əsassız borcu Bank tərəfindən qanunsuz kredit xətti açıldıqdan sonra Bankın İnformasiya təhlükəsizliyində olan boşluqlar nəticəsində ələ keçirilmişdir. Düşünmüşdür ki, bunun özü belə Bank tərəfindən təşkil olunmuşdur. Əsassız olaraq ondan borc pul tələb edilir. Yuxarıda da qeyd edildiyi kimi, həmin 7348,62 manat kreditin iddiaçıya verilməsi ilə bağlı cavabdeh Bank ilə iddiaçı arasında heç bir hüquqi müqavilə bağlanmayıb. Cavabdehin istinad etdiyi müqavilədən iddiaçının xəbəri belə yoxdur. Başqa bir ifadə ilə həmin müqavilə iddiaçının iradəsi ilə bağlanmayıb. Hesab edir ki, həmin müqavilə etibarsızdır. Belə olan halda iddiaçının cavabdehə 7348,62 manat borcu olduğunun qəbul edilməsi absurddur. Ona görə də məhkəmədən cavabdehin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçının hüquqları kobud şəkildə pozulub və acınacaqlı vəziyyətdə qalıb. Bu problemlər səbəbi ilə həm maddi cəhətdən və həm də mənəvi cəhətdən ciddi zərər çəkib. Mənəvi olaraq sarsılıb, hələ də iztirab çəkir. Ona görə də iddiaçı cavabdehlərin qanun pozuntuları səbəbi ilə mənəvi olaraq sarsılıb, iztirab çəkdiyi üçün onlardan dəymiş mənəvi zərərin kompensasiya olunması üçün birgə qaydada 1000 manat pulun tutulmasını və ondan yazılı qaydada məktubla üzr istəməsini tələb edir və məhkəmədən bu tələb barədə də məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyəti meydana gəlmiş və nəticədə də, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4018/2025 saylı, 14 avqust 2025-ci il tarixli protokolu ilə iddiaçı Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" KB ASC ilə iddiaçı Cavabdeh arasında bağlandığı bildirilən 28 noyabr 2022-ci il tarixil müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-nin kredit xətti kimi açmış olduğu 6500 manat əsas, 828,62 manat faiz, 20 manat cərimə, cəmi 7348,62 manat borcun silinməsi, cavabdeh "xxxx" KB ASC-nin Cavabdeh vurduğu mənəvi zərərə görə "xxxx" KB ASC-dən 5000 manat pulun tutulması, vəkilə ödənilən 320 manat hüquqi xidmət haqqı və 101 manat dövlət rüsumu, cəmi 421 manat pul "xxxx" KB ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Daha sonra ilkin iddia üzrə iddiaçı “X4” ASC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi ilə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbininin təmin olunmamasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi üzrə isə artıq ekspert rəyi ilə təsdiqlənmişdir ki, 2-ci mobil cihaz vasitəsi ilə müdaxilə olunmuşdur. Cavabdehə məxsus mobil tətbiqə giriş olunmuş, 27 və 28 iyul tarixlərində 2000, 2000, 2300 manat olmaqla cəmi 6300 manat pul çəkilmişdir. Məhkəmə qərardadı ilə verilmiş suallara tam şəkildə cavab verilmişdir. Müqavilənin etibarsızlığı ilə bağlı isə mobil tətbiq cavabdeh tərəfindən idarə olunursa, bütün görülən əməliyyatlar ona aiddir. Bank həmin an müəyyən edə bilməz ki, mobil tətbiqə başqa telefonla müdaxilə olunur.Heç bir bank əməkdaşı telefon zəngi və ya mesajla həmin kredit xəttini bağlaya bilməz, bunun üçün müştəri özü soröulama həyata keçirməli və ya banka yazınlaşmalı idi. Buna baxmayaraq 1 il 4 ay müddətində tərəf heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbininin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, “X4” ASC-nin kuryeri iş yerinə kart gətirmişdir. Onun poçt ünvanına oferta müqaviləsi göndərilməmiş, bu barədə məlumatı olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun “Huawei” markalı telefonu yoxdur. Tətbiq onun istifadəsində olmuşdur. Telefonla banka müraciət edərək, kart sifariş vermişdir. O, kredit limitini aşdığını bilməmişdir. Daha sonra ona bank tərəfindən mesaj gəlmişdir ki, 147 manat borcu var. O, bankla əlaqə saxladıqdan və məsələni aydınlaşdırdıqdan sonra 150 manat olan borcunu ödəmişdir. O, müqaviləni oxumamış, imzalamışdır. Bankla kreditin bağlanması barədə yazışmalardan sonra hesabdan pulun çəkilməsinədək olan müddətdə leobank mobil tətbiqində 6500 manat məbləğində pulun mövcud olduğunu görürdü. Banka kredit xəttinin bağlanması üçün 1 il 4 ay müddətində yaxınlaşmamışdır, çünki vaxtı yox idi, o, müəllimə olaraq fəaliyyət göstərir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbininin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfin yeganə sübutu olan ərizə-anket imza nümunəsi Mülki Məcəllədə olan normalara ziddir. Müqavilə 2 və daha artıq şəxsin könüllü iradə ifadəsidir. Debet kart kredit kartı demək deyil. Cavabdeh kredit xəttinin olmasını arzu etməmişdir, onun arzusu debet kartının olmasıdır. Cavabdeh iş yerində olarkən ona mühafizəçi bildirmişdir ki, bankın kuryeri gəlib və ona təqdim olunan qəbzə imza atıb, onu müqavilə kimi nəzərə almamış və bu barədə ona əvvəlcədən məlumat verilməmişdir. Cavabdeh dəfələrlə əlaqə saxlamış, kredit xəttinin bağlanılmasını tələb etmişdir, lakin hər dəfə müxtəlif bəhanələr gətirmişlər. Cavabdeh kreditin bir qəpiyindən belə istifadə etməmişdir, çünki buna ehtiyacı da olmamışdır. Cəmilə xanım arzu etmədiyi müqaviləni yanılaraq imzalamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bank xidmətlərinin təqdim edilməsinə dair 29 dekabr 2021-ci il tarixli ümumi ofertanın: 5.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 (otuz) faiz dərəcəsinədək bir neçə dəfə 10 000 (on min) manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu oferta Borcalan tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla Borcalan arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan (bundan sonra - Müqavilə) imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir; 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi maksimum 34.02% faiz təşkil edir; 5.9.2.12-ci bəndinə əsasən kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 3.1.13.-cü maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən X2 dərhal məlumatlandırmalıdır. Borcalan tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. - "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “ərizə-anket və imza nümunəsi” və Ümumi Ofertaya əsasən, bank borcalana 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6500 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Ərizə anketin 1-ci bəndindən görünür ki, Cavabdeh bu ərizə-anketi imzalamaqla təsdiq edir ki, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli ümumi ofertası ilə, barəsində məlumatların Asan-Finans portalından və kredit bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuşdur. Həmin ofertanın nüsxəsini ona məxsus mobil telefonunda yüklənmiş mobil əlavədə əldə etmiş və onun bütün şərtlərini qəbul edir. Bütün öhdəliklərini vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəkdir. Ərizə anketin 3-cü bəndindən görünür ki, Cavabdeh ona 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətə kredit ayırmasını xahiş edir. Kredit xətti üzrə digər şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edir. Tərəfindən kredit limitinin artırılması və azaldılması ilə banka müraciət edəcəyi halda bu barədə bankın qəbul edəcəyi müvafiq qərarla razıdır. - Cavabdeh göndərilmiş elektron bildirişlərin tarixçəsindən görünür ki, S4226 bildiriş kodu ilə 28 noyabr 2022-ci il tarixli bildirişlə kredit limitinin 6500 manata qədər artırıldığı bildirilmişdir. - Cavabdeh “Leobank” mobil tətbiqi ilə aparılan 08 mart 2023-cü il tarixli “whatsapp” yazışmalarına əsasən onun mail-na xəbərdarlıq gəlmişdir ki, 31.03-qədər minimal ödəniş 9.91 manat etməlidir. Cavabdeh “Leobank” mobil tətbiqinə mesaj yazaraq, söhbətin nədən getdiyini, niyə o ödəniş etməli olduğunu aydınlaşdırmış və kartın nömrəsini qeyd etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, onun kartı güzəşt müddətindədir və o, kreditə görə heç bir faiz ödəməməlidir. Güzəşt müddətində qalmaq üçün mart ayının sonunadək karta 143.05 manat ödəniş etməli olduğu (fevral ayının sonuna olan qalıq borcdur) bildirilmişdir. Qeyd etmişlər ki, onun kredit limiti mövcuddur və hal-hazırda istifadə edir və onun borcu mövcuddur. Cavabdeh isə buna cavab olaraq kredit götürmədiyini, kredit borcunun mövcud ola bilmədiyini, kredit istəmədiyini, kartı təkcə debet kartı kimi işlətdiyini qeyd etmiş, kredit xəttinin bağlanmasını xahiş etmişdir. “Leobank” ona qara kartın üzərinə toxunaraq “kredit limitinin dəyişilməsini” seçərək, “kredit limitinin azaltmaq” üzərinə keçid edərək müraciət etməyi bildirmişdir. Daha sonra 09 mart 2023-cü il tarixdə Cavabdeh yenidən “Leobank”a “whatsapp” ilə müraciət edərək, 150 manat balansa yüklədiyini, borcun ödənildiyini və kredit xəttinin bağlanmasını xahiş etmişdir. Sonuncu 09 mart 2023-cü il tarixli yazışmadan görünür ki, bank əməkdaşı Cavabdeh aşağıdakı məzmunda cavab göndərmişdir: “Tətbiq üzərindən kredit limitini sıfırlaya bilərsiniz. Bunun üçün: tətbiqdə qara kartın üzərinə toxunaraq, “kredit limitini dəyiş” bölümündə “kredit limitini azaltmaq”bölməsini seçə bilərsiniz. Və ya limitinizi sıfırlamadan, şəxsi vəsaitinizi daxil edib, debet kartı kimi istifadə edə bilərsiniz, nə vaxtsa lazım olduqda limitinizdən istifadə edə bilərsiniz. Sorğunu göndərdikdən sonra, sizin ilə 24 saat ərzində məsul əməkdaş əlaqə saxlayacaqdır.” - "xxxx" KB ASC-nin X7 X6 X3 Departamentinin dirketoru cənab Murad Məmmədova və Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən xx.xx.2024-cü il tarixində müştərinin “Leobank” mobil tətbiqindəki hesabına yeni mobil cihaz vasitəsilə giriş olunmuşdur. Yeni cihazdan giriş icazəsi isə Cavabdeh “Leobank” tətbiqində qeydiyyatdan keçdiyi +**********60 mobil nömrəsinə göndərilmiş OTP kodunun təsdiq edilməsi ilə həyata keçirilmişdir. Eyni tarixdə, yəni xx.xx.2024-cü il tarixində, saat 01:49-dan 02:33-ə qədər, müştərinin hesabından ümumilikdə 6300 manat məbləğində Anipay vasitəsilə ödəniş əməliyyatı icra olunmuşdur. Həmin əməliyyat kredit xətti vasitəsilə həyata keçirildiyi üçün 125,95 manat məbləğində komissiya tətbiq edilmişdir. Beləliklə, hesaba giriş müştərinin təsdiq etdiyi OTP kodu vasitəsilə baş vermiş və əməliyyat mobil bankçılıq vasitəsilə icra olunmuşdur. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bank ilə vətəndaş arasında bağlanmış müqaviləyə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə müştəri (Borcalan) məsuliyyət daşıyır. Kartın itirildiyi, oğurlandığı və müştərinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxdığı hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, Bank məsuliyyət daşımır. Əlavə olaraq, ofertanın 5.5.1-ci bəndinə əsasən, Ərizə anket imzalanmaqla bu oferta aksept olunmuş sayılır. X8 25 (iyirmi beş) il müddətinə Bankla Müştəri arasındakı kredit münasibətlərini tənzimləyir. Bank, bu müddətin sonunadək əqdin bağlanmasını qanunvericiliklə qadağan edilmədiyi istənilən formada, o cümlədən elektron üsulla (SMS, mobil tətbiq, elektron poçt adresi, elektron imza, internet bankçılıq, səsli rabitə vasitəsi və s.) Müştəriyə dəfələrlə bərpa olunan kredit xətti ayıra bilər. Kredit xəttinin ayrılması şərtləri və qaydaları X8in müddəaları ilə müəyyən edilir. Qeyd etmişdir ki, dələduzluq halı ilə bağlı müştəriyə hüquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur. - Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elmir Ələsgərovun 04 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarına əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. - Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elmir Ələsgərovun 04 fevral 2025-ci il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərarına əsasən ********* saylı cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunanadək cinayət təqibi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. - "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2022-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən Cavabdeh AGİD**********0 nömrəli kredit xətti açılmışdır. Kredit limitinin məbləği: 6500 manat, kreditin başlama tarixi: xx.xx.2022, kreditin bitmə tarixi: xx.xx.2025, kreditin müddəti: 35 ay, faiz dərəcəsi: 27,6% illik (2,3% aylıq), gecikməyə görə faiz dərəcəsi: ödənilməmiş minimal ödənişin 0,5%-i, gecikməyə görə cərimə: birinci ay 5 manat məbləğində cərimə, növbəti aylar 10 manat. - "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh AGİD**********0 saylı, xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla təsdiq etdiyi “Ümumi Oferta” (Leobank kredit məhsulu üzrə) müqaviləsi üzrə 18 mart 2025-ci il tarixinə “X4” ASC-yə 6500 (altı min beş yüz) manat əsas borc, 828,62 (səkkiz yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 7348,62 (yeddi min üç yüz qırx səkkiz manat altmış iki qəpik) borcu yaranmışdır. Borc məbləğinin 5 iş günü müddətində tam olaraq ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. - "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh AGİD**********0 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək 6500 manat əsas, 828,62 manat faiz borcu, 20 manat cərimə olmaqla, cəmi 7348,62 manat məbləğində borcu vardır. - xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 93,49 (doxsan üç manat qırx doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1105 saylı, xx.xx.2026-cı il tarixli ekspert rəyinə əsasən aparılmış tədqiqat nəticəsində “UFED 4PC” markalı proqram təminatı vasitəsilə əldə olunmuş məlumatların “Physical analyzer” və “Oxygen Forensice@ Detective” proqram təminatları vasitəsi ilə təhlili nəticəsində tədqiq olunan “Xiaomi Redmi 13 Lite” markalı “2210129SG” modelli mobil smartfonun yaddaşında hər-hansı bir ziyanverici proqramın mövcud olmasına dair rəqəmsal izlər müəyyən edilmədi. Aparılmış təhlil nəticəsində mobil cihazın web brauzerinin axtarış tarixçəsində xx.xx.2024-cü ildə istifadəçinin https://t.me/Leobank_bot linkə keçid etməsi müəyyən olunmuşdur. Həmin linki internet üzərində araşdırıldıqda qeyd olunan linkin “Telegram” plaformasında “Leobank_bot” adlı Bot olması müəyyən olundu. İstifadəçinin qeyd olunan link üzərindən hansı məlumat mübadiləsi aparmasına dair hər hansı bir rəqəmsal qeydlər aşkar olunmadı. Bu səbəbdən həmin botla istifadəçinin nə kimi məlumatların paylaşılması müəyyən edilməmişdir. Məlumat üçün bildirilir ki, istifadəçi tərəfindən Telegram botu ilə ünsiyyət zamanı bank və ya ödəniş məlumatları (bank kartının rekvizitləri, istifadəçi adı və şifrə, birdəfəlik təsdiq kodları (OTP) və s.) birbaşa daxil edilmədiyi hallarda, həmin məlumatların bot tərəfindən birbaşa və avtomatik şəkildə əldə edilməsi texniki baxımdan mümkün deyildir. Lakin, istifadəçi tərəfindən Telegram botuna və ya botla əlaqəli hər hansı tətbiqə mobil cihazın yaddaşına, SMS-lərə, kontakt siyahısına, zəng jurnalına və digər şəxsi məlumatlara giriş icazəsi verildiyi, həmçinin istifadəçi tərəfindən üçüncü tərəfə məxsus APK formatlı proqram təminatının mobil cihaza quraşdırıldığı hallarda, botun və ya botla əlaqəli zərərli proqram təminatının aktiv fəaliyyət göstərməsi mümkündür. Belə hallarda mobil cihazda arxa fonda icazəsiz proseslərin icra edilməsi, cihaz yaddaşında saxlanılan məlumatların üçüncü şəxslər tərəfindən əldə olunması, SMS-lər vasitəsilə ötürülən təsdiq kodlarının ələ keçirilməsi, bank kartlarından icazəsiz pul vəsaitlərinin köçürülməsi, habelə sosial şəbəkə və digər rəqəmsal istifadəçi hesablarının ələ keçirilməsi kimi hallar texniki baxımdan istisna edilmir. Yuxarıda qeyd olunan hallar, istifadəçinin verdiyi icazələr və ya quraşdırılmış üçüncü tərəf proqram təminatları vasitəsilə mobil cihazın təhlükəsizlik mexanizmlərinin zəiflədilməsi nəticəsində baş verə bilər. İstifadəçi hesabına və mobil qurğusunda olan tətbiqinə ona məxsus məxfi məlumatlar (parol, iki mərhələli identifikasiya və s.) əldə edilmədən istifadəçi hesabının və mobil tətbiqinin qurulduğu sistemə müdaxilə çox çətindir, lakin texniki zəifliklər yəni ki, sistem üzrə qurulmuş təhlükəsizlik tədbirləri aşağı olduğu halda, zərərli proqram təminatı sistemə yoluxduqda və ya sosial mühəndislik üsulları - yəni kibertəhlükəsizlikdə insanların psixologiyasından və davranışlarından istifadə edərək, onlardan məxfi məlumatları (parol, kod, sənəd, giriş məlumatları və s.) ələ keçirmək vasitəsilə bu mümkün ola bilər. Tədqiq olunan mobil cihaz yaddaşında aparılmış tədqiqat nəticəsində əldə olunmuş məlumatlar əsasında pulun köçürülməsi barədə Cavabdeh mailto:asadova.iamilva64@qmail.comElektron ünvan e-mail ünvanına göndərilən bildiriş məktubunun həmin mobil cihazda hansı tarixdə açılmasının müəyyən edilməsi texniki cəhətdən rəqəmsal izlərlə mümkün deyildir. Tədqiqata təqdim edilmiş, Cavabdeh məxsus “LeoBank” mobil bankçılıq tətbiqi quraşdırılmış mobil qurğu offline rejimdə olduğundan, həmin qurğuya aid İP ünvanının müəyyən edilməsi texniki imkanlar daxilində mümkün deyildir. Tədqiq olunan mobil cihaz web brauzerinin yaddaşında xx.xx.2024-cu və xx.xx.2024-ci il tarixlərinə aid hər hansı bir rəqəmsal iz aşkar olunmadı. Baxış zamanı serverdə göstərilən məlumatlara görə, iş materiallarında qeyd olunan kart üzrə xx.xx.2024-cü il tarixindəki əməliyyatın (2 000.00 AZN) aparılmasına əsas server üzərində “Anipay üzərindən ödəniş” kimi qeyd olun köçürmə əməliyyatı olmuşdur. İş materiallarında qeyd olunan kart üzrə xx.xx.2024cü il tarixindəki əməliyyatın (2 000.00 AZN) aparılmasına əsas server üzərində “Anipay üzərindən ödəniş” kimi qeyd olunan köçürmə əməliyyatı olmuşdur. İş materiallarında qeyd olunan kart üzrə xx.xx.2024-cü il tarixindəki əməliyyatın (2 300.00 AZN) aparılmasına əsas server üzərində “Anipay üzərindən ödəniş” kimi qeyd olunan köçürmə əməliyyatı olmuşdur. Prosessinq sisteminə baxış zamanı iddiaçının mobil bankçılıq tətbiqinin 02 (iki) ədəd android cihazında - identifikasiya nömrəsi “5aad4292-80b4-41d5-8345-cdb04ba36b89” olan “Huawei_SNE-ALOO' markalı və identifikasiya nömrəsi “b9eba05d-2a0c-4f73-abcd- 7e321a13a0f6” olan “Xiaomi_2210129SG” markalı mobil cihazlarında mövcud olduğu müəyyən edilmişdir. Daha sonra, əməliyyatın aparıldığı saatlarda mobil tətbiqə giriş-qeydiyyat məlumatlarına baxış keçirilmişdir. Pul çıxarılması əməliyyatlarının aparıldığı həmin xx.xx.2024cü il gün ərzində identifikasiya nömrəsi “5aad4292-80b4-41d5-8345-cdb04ba36b89” olan “Huawei_SNE-ALO0” markalı mobil cihazın girişinə (login) dair rəqəmsal izlər müəyyən edilmişdir. Server üzərində aşkar olunmuş rəqəmsal qeydlərdə mobil tətbiqə giriş edilmiş identifikasiya nömrəsi “5aad4292-80b4-41d5-8345-cdb04ba36b89” olan “Huawei_SNE-ALO0” markalı mobil cihazın “İP”-lərinin “77.244.119.242”, “5.191.117.188”, “5.44.34.40”, “5.191.119.30”, “5.191.117.137”, “5.191.109.135”, “5.191.124.138”, “5.191.139.220” olması müəyyən olundu. Aşkar olunmuş “İP” ünvanların konkret olaraq hansı şəxslərə aid olmasının müəyyən edilməsi məhkəmə kompüter-texniki ekspertizasının həll ediyi məsələlər dairəsinə aid deyildir. Məlumat üçün nəzərinizə çatdırılır ki, tədqiqat zamanı müəyyən edilmiş İP ünvanlara dair məlumatların əldə edilməsi məqsədilə həmin İP ünvanlar Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məhkəmə qaydasında təqdim edilərək müvafiq məlumatlar əldə oluna bilər. Bank tərəfindən təqdim edilən məlumatlara əsasən, xx.xx.2024-ci il tarixində “+99*** *** ** **” mobil nömrəsin təhlükəsizlik kodu (şifrələnmiş formada*.....) göndərilmişdir. Əməliyyatların aparıldığı prosessinq sistemində bank tərəfindən göndərilmiş təhlükəsizlik kodunun konkret olaraq hansı cihazda olan mobil bankçılıq tətbiqindən daxil edilməsinə dair rəqəmsal izlər müəyyən edilməmişdir. Məlumat üçün bildirilir ki, bank tərəfindən müştərilərə təhlükəsizlik kodlarının göndərilmə əsaslarının (səbəblərinin) müəyyən edilməsi məhkəmə kompüter-texniki ekspertizasının predmetinə aid deyildir. Göstərilənlərə əsasən, ekspertiza qarşısında qoyulmuş 3-cü sualın cavablandırılması mümkün olmamışdır. Rəyin “Tədqiqat prosessinin təsvir hissəsinin” 10-cu bəndində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş 1-ci, 2-ci və 12-ci suallarda göstərilən bankda olan kart hesablarına, bankın mobil tətbiqinə, o cümlədən bankın əməliyyatların aparılmasını təmin edən prosessinq sisteminə kibermüdaxilə olub-olmamasının, təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olmasının müəyyən edilməsi üzrə tədqiqat aparılması mümkün olmadı. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4018/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən tərəfindən əsaslandırılmış rəy verilmişdir. Bildirmişdir ki, məhkəmə tərəfindən qoyulmuş 1, 2 və 12-ci suallara münasibət bildirməmiş, buna səbəb həmin sualların onun sahəsinə aid olmamasıdır. Qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehə məxsus mobil cihazda silinmiş məlumatlar olub və həmin telefondakı məlumatları tərəfindən qismən bərpa etmək olmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, bot avtomatlaşdırılmış robotdur. Vətəndaş linkə daxil olub və linkin adının “Leobank” adlı bot olması müəyyən edilmişdir. Amma onu müəyyən etmək olmur ki, “Leobank”ın rəsmi botu var ya yoxdur? Telefondakı məlumatları vətəndaş özü də silə bilər, zərərverici proqram nəticəsində də silinə bilər. Bota vətəndaş daxil olur, başla düyməsinə basmaqla qarşı tərəflə qarşılıqlı ünsiyyət yaranır, bunu vətəndaş ola bilər ki, şüurlu şəkildə etmir, amma onun unikal, yəni fərdi məlumatları qarşı tərəfin ünvanına artıq getmiş olur. Linkə daxil olmaqla, ilkin iddia üzrə cavabdehə məxsus məlumatlar qarşı tərəfin monitoruna keçə bilər. Zərərverici proqramlar nəticəsində də ola bilər. Mövcud link olub və ona giriş olunub. Amma o linkin rəsmi və qeyrirəsmi bot olması müəyyən edilmir, onun səlahiyyətinə aid deyil. 4-cü suala əsasən bildirmişdir ki, ilkin iddia üzrə cavabdehin e-mail adresinə gələn məktubun gəlmə tarixini görmək olar, amma həmin mesajın nə vaxt oxunulduğunu demək mümkün deyildir. 8-ci suala əsasən bildirmişdir ki, iki ədəd mobil cihaz müəyyən edilmişdir. Amma “Huawei” markalı telefonun kimə məxsus olduğu müəyyən edilmir, çünki bu onun sahəsinə aid deyil. Bu işlərlə ayrıca olaraq Rabitə Nazirliyi məşğul olur. “Xiaomi” markalı telefon isə bilindiyi kimi ilkin iddia üzrə Cavabdeh məxsusdur. 9-cu suala əsasən bildirmişdir ki, texniki proses deyil, cavabdeh həmin imkanlardan istifadə edə də bilər, etməyə də bilər. Yalnız monitorinq nəticəsində, işçi qrupu ilə kibercinayətkarlıq müəyyən edilə bilər. İlkin iddia üzrə cavabdehə 4 rəqəmli OTP kod göndərilmiş, amma vətəndaş tərəfindən təsdiq olunub-olunmamasını bilmək olmur, çünki onun sahəsinə aid deyil. Cəmi 6300 manat köçürülmə olub. Tətbiqə giriş olunub. 3 dəfə ANİPAY ilə köçürülmə olmuşdur. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh AGİD**********0 saylı, xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla təsdiq etdiyi “Ümumi Oferta” (Leobank kredit məhsulu üzrə) müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək 6500 (altı min beş yüz) manat əsas, 828,62 (səkkiz yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 7348,62 (yeddi min üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat əsas borc, 828,62 (səkkiz yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 7348,62 (yeddi min üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, müqavilənin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar sübuta yetirilmədiyindən, iddiaçı Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, borcun silinməsi və mənəvi zərərə görə pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla Ümumi Ofertanı aksept etmişdir. Həmin ofertanın şərtlərinə əsasən 35 ay müddətinə illik 27,60% olmaqla 6500 manat kredit xətti açılmışdır. Ofertanın 5.5.1-ci bəndinə əsasən ərizə-anketin imzalanması ofertanın aksepti hesab olunur. Kredit xətti mobil tətbiq vasitəsilə istifadəçinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin bağlanması ilə bağlı müddəalarına əsasən müqavilə tərəflərin iradə ifadələrinin üst-üstə düşdüyü andan bağlanmış hesab olunur. Hazırkı halda cavabdehin ərizə-anketi imzalaması və mobil tətbiqdən istifadə etməsi onun müqavilə şərtləri ilə razılaşdığını təsdiq edir. Cavabdeh kredit götürmədiyini və müqavilə bağlamadığını iddia etsə də, iş materialları ilə müəyyən olunur ki, 08–09 mart 2023-cü il tarixlərində cavabdeh kredit limiti və minimal ödənişlə bağlı mobil tətbiq vasitəsilə bankla yazışma aparmış, kredit limitinin mövcudluğundan xəbərdar olmuş və 150 manat məbləğində borcu ödəyərək kredit limitini sıfırlamağa cəhd etmişdir. Lakin sms yazışmalarından da müəyyən olunur ki, kredit limitinin azaldılması üçün edilməli müvafiq keçid qaydaları izah edilmiş, istifadəçi tərəfindən sorğu edilməsi xahiş edilmişdir. Lakin Cavabdeh məhkəmə iclasında verdiyi izahatından da görünür ki, bank əməkdaşının sonuncu izah mesajından sonra onun tərəfindən mobil tətbiq üzərindən hər hansı addım atılmamış, kredit limiti sıfırlanmamış, eləcə də hesabdan pulun silinməsi müddətinədək banka da müraciət olunmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı ekpert rəyi ilə müəyyən olunur ki, xx.xx.2024-cü ildə Cavabdeh https://t.me/Leobank_bot linkə keçid etməsi müəyyən olunmuşdur. Həmin linki internet üzərində araşdırıldıqda qeyd olunan linkin “Telegram” plaformasında “Leobank_bot” adlı Bot olması müəyyən olundu. Linkə internet axışı zamanı da müəyyən olunur ki, Cavabdeh tərəfindən keçid edilən link “Leobank”a məxsus rəsmi teleqram linki deyildir. xx.xx.2024-cü il tarixində əməliyyatın (2 000.00 AZN) aparılmasına əsas server üzərində “Anipay üzərindən ödəniş” kimi qeyd olun köçürmə əməliyyatı olmuşdur. Qeyd olunan kart üzrə xx.xx.2024-cü il tarixindəki əməliyyatın (2 000.00 AZN) aparılmasına əsas server üzərində “Anipay üzərindən ödəniş” kimi qeyd olunan köçürmə əməliyyatı olmuşdur. Qeyd olunan kart üzrə xx.xx.2024-cü il tarixindəki əməliyyatın (2 300.00 AZN) aparılmasına əsas server üzərində “Anipay üzərindən ödəniş” kimi qeyd olunan köçürmə əməliyyatı olmuşdur. Prosessinq sisteminə baxış zamanı iddiaçının mobil bankçılıq tətbiqinin 02 (iki) ədəd android cihazında - identifikasiya nömrəsi “5aad4292-80b4-41d5-8345-cdb04ba36b89” olan “Huawei_SNE-ALOO' markalı və identifikasiya nömrəsi “b9eba05d-2a0c-4f73-abcd- 7e321a13a0f6” olan “Xiaomi_2210129SG” markalı mobil cihazlarında mövcud olduğu müəyyən edilmişdir. Daha sonra, əməliyyatın aparıldığı saatlarda mobil tətbiqə giriş-qeydiyyat məlumatlarına baxış keçirilmişdir. Pul çıxarılması əməliyyatlarının aparıldığı həmin xx.xx.2024cü il gün ərzində identifikasiya nömrəsi “5aad4292-80b4-41d5-8345-cdb04ba36b89” olan “Huawei_SNE-ALO0” markalı mobil cihazın girişinə (login) dair rəqəmsal izlər müəyyən edilmişdir. Məhkəmə bildirir ki, kartdan və mobil tətbiqdən istifadə edilməklə aparılmış əməliyyatlara görə müştəri məsuliyyət daşıyır. Cinayət işinin başlanması faktı mülki-hüquqi öhdəliyin mövcudluğunu aradan qaldırmır. Müqavilənin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehiniddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat əsas borc, 828,62 (səkkiz yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 7348,62 (yeddi min üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, iddiaçı Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, borcun silinməsi və mənəvi zərərə görə pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda ilkin iddia üzrə iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edildiyindən, ilkin iddia üzrə iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən, ödənilmiş 93,89 (doxsan üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu və xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, qarşılıqlı iddia üzrə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həminiş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia tələbi təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat əsas borc, 828,62 (səkkiz yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 7348,62 (yeddi min üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Ödənilmiş 93,89 (doxsan üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu və xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddiaçı Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, borcun silinməsi və mənəvi zərərə görə pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4018/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4018/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver