Məhkəmə qərarları › İş №e-2(004)-4053/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4053/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4053/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı ASC (Ləğv prosesindədir) etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı ASC (Ləğv prosesindədir)-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 3847,51 (üç min səkkiz yüz qırx yeddi dollar, 51 sent) ABŞ dolları əsas borc, 2068,23 (iki min altmış səkkiz dollar, 23 sent) ABŞ dolları faiz, 2286,21 (iki min iki yüz səksən altı dollar, 21 sent) ABŞ dolları cərimə borcu, 1338,25 (bir min üç yüz otuz səkkiz dollar, 25 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 9540,20 (doqquz min beş yüz qırx dollar, 20 sent) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 265 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borcluların xx.xx.2023-cü il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 3847,51 (üç min səkkiz yüz qırx yeddi dollar, 51 sent) ABŞ dolları əsas borc, 2068,23 (iki min altmış səkkiz dollar, 23 sent) ABŞ dolları faiz, 2286,21 (iki min iki yüz səksən altı dollar, 21 sent) ABŞ dolları cərimə borcu, 1338,25 (bir min üç yüz otuz səkkiz dollar, 25 sent) ABŞ dollarıkredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faizborcu (MM 449.1- ci maddəsinə uyğun olaraq), cəmi 9540,20 (doqquz min beş yüz qırx dollar, 20 sent) ABŞ dolları təşkil edir. Cavabdehlərə qarşı xx.xx.2014-cü il tarixli, 265 saylı kredit müqaviləsinə əsasən borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə əvvəl də məhkəməyə müraciət olunmuş, lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)- 5281/2019 nömrəli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Nümayəndə tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Verilmiş şikayət isə təmin olunmamışdır. Cavabdeh1 vəkili Vəkil xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli borc müqaviləsi üzrə iddiaçı tərəfindən verilmiş iddia iddia müddəti keçdiyi üçün ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2 maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmçinin həmin müqavilə üzrə iddiaçı ilə X6 arasında bağlanmış zaminlik müqaviləsinə Azərbaycan Respublikası MM-nin 447.0.4-cü maddəsinə əsasən xitam verilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinə xitam verildiyi üçün zaminə qarşı irəli sürülmüş iddia tələbi ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC (Ləğv prosesindədir) etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil və Cavabdeh1 nümayəndəsi və vəkili X7 etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, iddia müddəti tətbiq edilərək iddia tələbi təmin olunmamalıdır. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2014-cü il tarixli 265 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 7700 ABŞ Dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X6 ilə xx.xx.2014-cü il tarixli 265 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin X6 04 avqust 2014-cü il tarixli 265 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalan Cavabdeh1 ilə birlikdə cavabdehlik daşıyır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə bağlanmış 04 avqust 2014-cü il tarixli 265 nömrəli kredit müqaviləsi üzrə banka olan borcu 3847,51 (üç min səkkiz yüz qırx yeddi dollar, 51 sent) ABŞ dolları əsas borc, 2068,23 (iki min altmış səkkiz dollar, 23 sent) ABŞ dolları faiz, 2286,21 (iki min iki yüz səksən altı dollar, 21 sent) ABŞ dolları cərimə borcu, 1338,25 (bir min üç yüz otuz səkkiz dollar, 25 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 9540,20 (doqquz min beş yüz qırx dollar, 20 sent) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC 04 avqust 2014-cü il tarixli 265 nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 Cavabdeh1 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 7700 ABŞ Dolları məbləğində kredit vermişdir. Həmin müqavilə bağlanan zaman X6 xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zamin durmuşdur. Daha sonra Cavabdeh1 banka 3847,51 (üç min səkkiz yüz qırx yeddi dollar, 51 sent) ABŞ dolları əsas borc, 2068,23 (iki min altmış səkkiz dollar, 23 sent) ABŞ dolları faiz, 2286,21 (iki min iki yüz səksən altı dollar, 21 sent) ABŞ dolları cərimə borcu, 1338,25 (bir min üç yüz otuz səkkiz dollar, 25 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 9540,20 (doqquz min beş yüz qırx dollar, 20 sent) ABŞ dolları məbləğində borcu yaranmış və hazırda İddiaçı ASC borcun ödənilməsini tələb edir. Məhkəmə göstərilənlərə əsaslanaraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 04 avqust 2014-cü il tarixli 265 nömrəli kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və həmin müqavilənin müddəti bitmişdir. Həmçinin cavabdeh X6 xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə iddia müddəti ötürülərək, yəni xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə iş materiallarını məhkəməyə təqdim olunmuş sübutları araşdırıb, belə nəticəyə gəlir ki, İddiaçı ASC tərəfindən 04 avqust 2014-cü il tarixli 265 nömrəli müqavilə üzrə zamin durmuş cavabdehlər Cavabdeh1 və X3 həmin müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddiası müddət ötürülməklə, yəni xx.xx.2023-cü il tarixdə verildiyindən iddia tələbi əsassız hesab edilməlidir. Odur ki, İddiaçı ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir)-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar