Məhkəmə qərarları › İş №e-2(004)-4066/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4066/2023

15.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4066/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə “dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı lizinq hüquq münasibətləri əsasında sahibliyində olan “Ravon Nexia R3” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə avtomobili zədələnmiş halda iddiaçıya geri qaytarmışdır. Cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində avtomobilə 2282 (iki min iki yüz səksən iki) manat maddi zərər dəymişdir. Qüsurlu detalların (ehtiyat hissələri) bərpası iddiaçı tərəfindən öz vəsaiti hesabına həyata keçirilməklə avtomobilə 2282 (iki min iki yüz səksən iki) manat xərc çəkilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinə əsasən müəyyən olunur ki, “Ravon Nexia R3” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İcarəyə verən İddiaçı tərəfindən İcarəçi Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin 20-ci bəndinə əsasən müəyyən olunur ki, Tərəflər onlar arasında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə İcarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlirlər. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyən olunur ki, “Ravon Nexia R3” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə, heç bir qüsuru olmadan və bütün ləvazimatları yerində olmaqla İcarəyə verən İddiaçı tərəfindən İcarəçi Cavabdeh təhvil verilmişdir. Aktı Tərəflər imzalamışlar. İş materiallarında olan RS avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərinj hesablanmasına dair akta əsasən müəyyən olunur ki, “Ravon Nexia R3” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2282 (iki min iki yüz səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilə predmeti olan nəqliyyat vasitəsinin qorunub saxlanılması İcarəçinin vəzifəsidir. Həmin Müqavilənin 1.6-cı maddəsinə əsasən, İcarəçi hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən İcarəyə verənə dəymiş zərəri ödəməyə borcludur. Həmin Müqavilənin 1.8-ci maddəsinə əsasən, İcarəçi nəqliyyat vasitəsinin nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, delikt hüquq institutu sözügedən iddia tələbinin qanuni əsası qismində çıxış etməməlidir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delitk hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, Tərəflər arasında etibarlı icarə münasibətləri mövcuddur. Həmin münasibət xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi ilə rəsmiləşdirilmişdir. Sözügedən müqavilədə tərəflərin hüquq və vəzifələri (öhdəliklər), məsuliyyətin əsasları, şərtləri və hədləri müəyyənləşdirilmişdir. Bu səbəbdən, mübahisənin qanuni əsasını müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə şərtlər təşkil edir. Tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan və İcarə müqaviləsi ilə hazırki iddia tələbinin xüsusatları tənzimləndiyindən delikt hüquq institunun qanuni əsas qismində tətbiq olunması istisna olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Ravon Nexia R3” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi bağlanılmışdır. Təhviltəslim aktına əsasən müqavilə predmeti olan “Ravon Nexia R3” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil tam saz vəziyyətdə İcarəçi Cavabdeh təhvil verilmişdir. Aktın həqiqiliyi tərəflərin imzası ilə təsdiq edilmişdir. İcarə müqaviləsi ilə tərəflərin hüquq və öhdəlikləri müəyyənləşdirilmişdir. İcarəçi müqavilə üzrə öhdəliklərinə əməl etməmişdir. İcarə münasibətləri üzrə müqavilə öhdəliklərinə Cavabdeh tərəfindən əməl edilməmiş, avtomobil normal amortizasiyadan artıq həddə aşınmaqla bir sıra ehtiyat hissələri yararsız hala salınmışdır. Nəticədə, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və “Ravon Nexia R3” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi nəticəsində İddiaçı 2282 (iki min iki yüz səksən iki) manat zərər vurulmuşdur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, aktiv prosessual fəaliyyət təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş hüquqi yardıma görə 100 (yüz) manat, dövlət rüsumu qismində 44 (qırx dörd) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2282 (iki min iki yüz səksən iki) manat pul, ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2282 (iki min iki yüz səksən iki) manat pul, ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elekton kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar