Məhkəmə qərarları › İş №e-2(004)-4118/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4118/2021

02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4118/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 42726 (qırx iki min yeddi yüz iyirmi altı) ABŞ dolları məbləğində zərərin alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı 18 dekabr 1958-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş orada təhsil almış uzun müddət yaşamışdır. İddiaçı Azərbaycanla olan əlaqələrini kəsməmiş, dəfələrlə Azərbaycana qonaq gəlimişdir. İddiaçı növbəti dəfə 2010-cu ildə Azərbaycana gəldikdə tanışlarının bir çoxu ilə görüşmüşdür. Eyni zamanda Cavabdeh ilə həmsöbət olmuşdur. Onların arasında yaxın münasibətlər yaranmışdır. İsti münasibətlərdən sui-istifadə edən cavabdeh Məhərrəmov Ceyhun Fariz oğlu İddiaçı daşınmaz əmlak əldə etmək üçün pul istəmişdir. Cavabdeh yaxın günlərdə yaxşı vəzifəyə düzələcəyini və iddiaçıda aldığı pulları artıqlaması ilə qaytaracağına söz vermişdir. İddiaçı Cavabdeh 13 ədəd qəbzlə 48.960 (qırx səkkiz imn doqquz yüz altımış) ABŞ dolları məbləğində pul göndərmişdir. Cavabdeh İddiaçı 50.000 ABŞ dolları məbləğində pul borclu olmasını etiraf edir. Belə ki, 15.02.2018-ci il tarixli Cavabdeh, X5, X1 imzaladıqları kontrakta görə Cavabdeh İddiaçı aldığı cəmi 49.000 ABŞ dollarından 3 dəfəyə kontrakt yazılana kimi 4224 ABŞ dollarını qaytardığnı təsdiq etmişdir. Qalan borc pullarını Cavabdeh 2019-ci ilin fevral ayının 15-nə kimin iddiaçıya qaytaracağına söz vermişdir. Eyni zamanda, Cavabdeh ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətində olan evi sataraq borcu ödəyəcəyinə söz vermişdir. Lakin, Cavabdeh kontrakt bağlandıqdan sonra yalnız 15.02.2018-ci il tarixindən sonra bir dəfə 03.05.2018-ci il tarixdə İddiaçı 2020 ABŞ dollar məbləğində ondan əvvəl birinci dəfə 02.02.2018-ci il tarixində 3030 ABŞ dolları məbləğində pul göndərmişdir. Beləliklə, Cavabdeh 4 dəfəyə İddiaçı 6.274 ABŞ dolları məbləğində pul qaytarmışdır. Cavabdeh qaytardığı pullar çıxıldıqdan sonra iddiaçı X15 42.726 ABŞ dolları məbləğində borcu qalmışdır. Hesab edir ki, göstərilən məbləğ tam olaraq Cavabdeh tərəfindən İddiaçı qaytarılmalıdır. Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 «iddia müddətinin tətbiq edilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X16 Cavabdeh qarşı pul tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Ərizə müəllifi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 374.1, 374.2, 375.2, 882.1, 550, 551.1, 551.2, 551.2.1, 554.1, 554.2, 554.3-cü maddələrinə istinad edərək ərizəsini onunla əsaslandırmışdır ki, X23 öz hüququnun pozulduğunu (əgər pozulmuşdusa) hələ 10 il əvvəl bilirdi. Lakin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə 2021-ci ildə məhkəməyə müraciət etmişdir. İddia ərzisəsində belə qeyd olunur ki, cavabdeh C.F. Məhərrəmov sonuncu dəfə iddiaçıya 03.05.2018-ci il tarixdə 3030 ABŞ Dolları pul ödəmişdir. Hətta bu tarixdən belə hesablansa belə tələb üzrə 3 illik iddia müddəti ötmüşdür. Əgər X23 və Cavabdeh arasında hər-hansı öhdəlik (borc və s.) hüquq münasibətləri yaranmış olsaydı belə artıq həmin öhdəlik xitam olunmalı idi. Artıq 2015-ci ildə Cavabdeh mövcud olmayan öhdəliyinə müddətin keçməsi ilə əlaqədar xitam verilmişdi. Göründüyü kimi, hazırkı mülki iş üzrə ümumi iddia müddəti belə keçmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdeh iddia qəbul etməyərək izahatında göstərmişdir ki, 15.02.2018-ci il tarixli kontrakt saxtadır, onu “Adora Plazaya” dəvət edib, təzyiq göstərərək kontraktı imzalamağına məcbur ediblər. İddiaçı tərəfindən ona göndərilən pullar aralarında yaranmış münasibətlər əsasında təmir işləri görülməsi məqsədi ilə maddi yardımla bağlı olmuş, heç bir borc münasibətləri olmamışdır. Ona qarşı qaldırılan iddia əsassızdır. Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia qəbul etməyərək izahatında göstərmişdir ki, iddianın nə faktiki nədə hüquqi əsasları mövcud deyi. Tərəflər arasında hüquqi münasibətlər yaranmayıb, iddiaçı cavabdehə təmir etməyə yardım etmək məqsədi ilə pul vermiş, aralarında heç bir müqavilə bağlanmamış, şəxsi münasibətləri olmuşdur. Cavabdehi şantaj edərək konrakt bağlatdırıblar. Hesab edir ki, həmin kontrakt bağlandığı andan əhəmiyyətsiz əqd olduğu üçün etibarsızdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, hər iki tərəfi yaxından tanıyır. Tatyana ona müraciət edərək bildirmişdir ki, Ceyhuna borc verib ala bilmir. Belə ki, Ceyhunu işdən çıxarmışdılar, işə bərpa olmaq məqsədi ilə Tatyanadan borc almışdı. O da, Ceyhunla danışdı, borcunu qayytarmasını ona təklif etdi. Ceyhun vaxt istədi bildirdi ki, beş dənə evi var borcu qaytaracaq, Ceyhun iddiaçıya demişdi ki, “Sovetski” adlanan yerdə evi var, orada söküntü olacaq və aldığı kompensasiyanı Tatyanaya borcunu ödəyəcək. Ona isə bildirmişdir ki, Sabunçu rayonunda evi var onu sataraq iddiaçının borcunu qaytaracaq. O, aralarında kontrakt bağlamalarını təklif etmiş, 2018-ci ildə həmin kontrakt bağlanmışdır. Kontrakt bağlanarkən cavabdehə heç bir təzyiq göstərilməyib o, kontraktı könüllü şəkildə imzalayıb. Cavabdehin iddiaçıya 42.726 ABŞ dolları məbləğində borcu olduğunu təstiq edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, onların izahatlarını, ifadəni iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 15.02.2018-ci il tarixli «kontrakt» adlanan sənədin məzmununda göstərilmişdir ki, «Biz aşağıda imza edənlər: 1. Cavabdeh (ünvan- ünvan 2rad şəhəri; Mirqorodskaya küçəsi ev 15-də yaşayan İddiaçı 26.01.2018-ci il tarixli Etibarnaməsi ilə təmsil edən X10 (ünvan-ünvan 3adıq: Cavabdeh İddiaçı Aqamedovadan aldığı cəmi 49,000 (qırx doqquz min) ABŞ dollarından, 3 dəfəyə kontrakt, yazılana kimi 4224 ABŞ dollarını göndərib. Ümumi məbləğdən qalan 44,776 ABŞ dollarını Cavabdeh 2019-cu ilin fevral ayının 15-nə kimi İddiaçı göndərilməsini və yaxud qəbz ilə təmsilçiyə, Hacıhəsən Cəlilova verməyi öhdəsinə götürür. Öhdəliyin təminatı kimi, M.Ceyhun xüsusi mülkiyyəti olan, Sabunçu qəsəbəsi Ə.Asif küçəsindəki ev 4/15-i satmaqla borcunun tam ödənilməsinə zəmanət verir Qalıq pulun- 44,776 ABŞ dollarım 15.02.2019-ci tarixinə kimi hissə-hissə ödənilməsinə tərəflər razılaşır, verilən pulların qəbzləri kontraktın tərkib hissəsi sayılır, nümayəndəyə verilən nağd pullara görə nümayəndə öz adından qəbz verir. Kontraktın imzalanması günündən onun lazımınca yerinə yetirilməsinə kimi, İddiaçı və nümayəndəsi borc barəsində digər heç bir dövlət və sair orqanlara müraciət etmirlər. Kontrakt üzrə razılaşma şərtləri yerinə yetirildikdə kontrakta xitam verilir. Tərəflər bu kontraktdan irəli gələn narazılıqları qarşılıqlı danışıqlar yolu ilə həll etməyi üstün tutur, əks halda mübahisə yarandıqda Azərbaycan Respublikası Qanunvericiliyin tələbləri ilə tənzimlənəcəkdir. Tərəflər bağlanan, mövcud kontraktın notariat qaydasında təsdiqini təkid etmirlər. Kontrakt 3 nüsxədə tərtib olunur, hər 3 nüsxə eyni qüvvəyə malikdir. Kontrakt tərəflərin imzası ilə təsdiq olunur. Qoşma- İddiaçı Etibarnaməsi, Qeyd- Kontraktın icra edilməsinə zəmanət vermədən tərəflərin razılğı ilə bu kontraktın icrasına nəzarəti X7 öhdəsinə götürür, ehtiyac olduqda qanunda nəzərdə tutulan hallarda şahidlik edirlər”. - Məhkəmə ekspetirza mərkəzinin 02.11.2021-ci il tarixli 4\1485 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqində 15.02.2018-ci il tarixli kontraktda «Cavabdeh» yazıları qarşısındakı imza «Cavabdeh» tərəfindən icra olunmuşdur. - İddiaçı tərəfindən təqdim edilmiş Rusiya Federasiyasından Şişkina Nataliya Aqametovna tərəfindən Məmmədov Ceyhun Fariz oğlunun adına göndərilmiş poçt göndərişlərindən görünür ki, iddiaçı cavabdehə 11.10.2010-cu il 1020 ABŞ dolları: 21.12.2010-cu il 3060 ABŞ dolları: 16.08.2010-cu il 5100 ABŞ dolları: 24.11.2010-cu il 3060 ABŞ dolları: 22.01.2011-ci il 5010 ABŞ dolları: 01.09.2011-ci il 1020 ABŞ dolları: 16.02.2011-ci il 4080 ABŞ dolları: 03.05.2011-ci il 1020 ABŞ dolları: 05.05.2011-ci il 5100 ABŞ dolları: 05.05.2011-ci il 5100 ABŞ dolları: 17.08.2011-ci il 1530 ABŞ dolları: 23.06.2011-ci il 5100 ABŞ dolları: 21.01.2011-ci il 5100 ABŞ dolları məbləğində pul (45300 ABŞ dolları) iddiaçı X21 tərəfindən Rusiya Federasiyasından 13 ədəd poçt sənədi ilə Cavabdeh göndərmişdir. Hər bir göndərişdə göndərişin təyinatı kimi «maddi yardım» sözləri qeyd edilmişdir. - Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Şamxal Nəcəfovun qəbul etdiyi 11.02.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı 2010-cu ildən başlayaraq Cavabdeh 13 ədəd qəbzlə 48.960 ABŞ dolları məbləğində pul verməsini (göndərməsini) borc kimi qiymətləndirərək həmin məbləğdən cavabdehin 4 dəfəyə İddiaçı 6.274 ABŞ dolları məbləğində pul qaytarmasını nəzərə alaraq və 15.02.2018-ci il tarixli Cavabdeh, X5, X1 imzaladıqları kontrakta görə 42.726 ABŞ dolları məbləğində borcu qalmasını, 15.02.2018-ci il tarixli kontrakta görə Cavabdeh iddiaçı X12 aldığı cəmi 49 000 ABŞ, cəmi 3 dəfəyə, kontrakt yazılana kimi 4224 ABŞ dollarını geri iddiaçıya qaytarmışdır. Ümumi məbləğin qalan 44776 ABŞ dollarını Cavabdeh 2019-cu ilin fevral ayının 15-nə kimi qaytaracağına dair yazılı öhdəlik götürməsini, beləliklə poçt sənədləri ilə iddiaçı X21 tərəfindən göndərilən pulların cəmi 49 000 ABŞ dolları məbləğində olmasını, həmin məbləğdə pulların onun tərəfindən alınmasını Cavabdeh 15.02.2018-ci il tarixli imzaladığı kontrakt ilə təsdiq etməsini, həmin kontrakta görə çatışmayan 3700 ABŞ dolları məbləğində poçt sənədlərinin iddiaçı tərəfindən itirildiyini, lakin həmin məbləğin Cavabdeh tərəfindən alındığı etiraf edilməsini iddia etmişdir. Cavabdeh isə iddianı etiraf etməyərək İddiaçı tərəfindən ona 49.000 ABŞ dolları məbləğində pulun borc kimi deyil, təmənnasız olaraq maddi yardım kimi göndərilməsini qeyd etməklə yanaşı, 15.02.2018-ci il tarixli kontraktın əhəmiyyətsiz əqd olması və iddiaçının borc məbləği ilə bağlı iddiası üzrə iddia müddətinin keçməsi əsasları ilə iddiaya etiraz etmişdir. İşin materiallarında olan 11.02.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, 09.01.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 36, mənzil 136-da yaşayan Cavabdeh (tel: ***-***-**-**) ərizə ilə Azərbaycan Respublikası Baş Prokuroruna müraciət edib bildirmişdir ki, İddiaçı 1994-cü ildən Lənkəran rayonunda yaşadıqları vaxtdan tanımış, İddiaçı hazırda Rusiya Federasiyasında yaşamışdır. Tatyananın atası Ağaməmməd Tağıyev 1994-cü ildə vəfat etmiş, qızı Tatyana həmin vaxt Rusiyada olduğundan dəfni o, keçirmişdir. Ağaməmməd Tağıyevin 40 mərasimində Tatyana anası Klavdiya ilə gəlib atalarının dəfnini və yaslarının onun tərəfindən təşkil edildiyi üçün ona olan rəğbətləri daha da artmışdır. 2010-cu ildə İddiaçı bacısı Tamara Tağıyeva ilə həmin dövrdə onun yaşadığı ünvan 4 ünvana gəlib onun çətin ev şəraitində yaşamasını görüb dövlət tərəfindən ona verilmiş mənzilinin təmir edilməsində və ev əşyalarının alınmasında ona köməklik edəcəyinə söz vermişdir. Bundan sonra 17.08.2010-cu ildən 2015-ci ilin avqust ayınadək Tatyana Rusiya Federasiyasına qayıtdıqdan sonra ona evini təmirinə və əşyalar alınması üçün ona poçt vasitəsilə 49.000 ABŞ dolları göndərmiş, bundan başqa 6.000 ABŞ dolları məbləğində də o, ərzaq malları və paltar alaraq Rusiyaya göndərmişdir. 2017ci ilin yay aylarında o, Tatyana ilə telefon əlaqəsi saxlayan zaman onun maddi vəziyyətinin ağır olması səbəbindən 1224 ABŞ dolları, 2018-ci ilin fevral ayından iyul ayınadək isə 6500 ABŞ dolları olmaqla ümumilikdə 7724 ABŞ dolları pul göndərmişdir. 2018-ci ilin yanvar ayında özünü vəkil kimi təqdim edən X6 ***-***-**-** nömrədən ona zəng edərək demişdir ki, Tatyana ondan Rusiyanın Azərbaycan səfirliyinə şikayət etmiş ki, guya o, Tatyanaya olan borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə də Saləddinə onun cəzalandırılması üçün müraciət etmişdir. Saləddin Allahverdiyevin deməsinə görə Tatyananın şikayət ərizəsi Rusiya Səfirliyinin Azərbaycan Respublikasında olan Səfirliyinin nəznindəki şikayət ərizələrə baxan məsul vəzifədə işləyən dostu X8 icraatındadır. 2018-ci ilin yanvar ayında X6 onu Nərimanov rayonu ərazisindəki “Biznes” şəhərciyində “Adora Plaza” biznes mərkəzinin 2-ci mərtəbəsindəki ofisində X11 ilə tanış etmişdir. Hacıhəsən özünü ona Rusiyanın Azərbaycandakı səfirliyinin məsul işçisi kimi təqdim etmişdir. X28 Səfirliyində şikayət və ərizələrə baxan məsul şəxs olduğunu bildirərək tez bir zamanda Tatyananın ödənilməmiş qalan pulunun ona ödəniləcəyini tələb etmişdir. Hacıhəsənin bu dediklərini Saləddin Allahverdiyev də təsdiqləmiş və bir daha Tatyananın qalan pulunun ya Hacıhəsənə, ya da özünə verilməsini söyləmişdir. Saləddin sözünə davam edib bildirmişdir ki Tatyananın pulu ödənilməzsə, Səfirlik Baş Prokurorluq vasitəsilə onun barədə cinayət işi qaldırılacaqdır. Özünü Rusiya Federasiyasının Azərbaycandakı Səfriliyinin məsul işçisi kimi təqdim edən Cəlilov Hacıhəsən ona Tatyananın şikayət ərizəsini göstərmədiyi üçün o, H.Cəlilovun həqiqətən də səfirlikdə işləyib-işləməməsinə şübhə etmiş, buna görə o, Rusiya Səfirliyinə şifahi müraciət etmiş və məlum olmuşdur ki, səfirlikdə X10 adlı birisi yoxdur. Odur ki, özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının kimi təqdim edən X6 və özünü Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin məsul işçisi kimi təqdim edən X5 bu əməllərinə görə cəzalandırılmalarını xahiş etmişdir. Qərara əsasən izahatı alınmış Cavabdeh bir daha ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edən X7 və özünü Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin məsul işçisi kimi təqdim edən X10 ondan 2000 ABŞ dollar pul verməyini tələb etmişlər ki, o da 2018-ci ilin aprel ayında Hacıhəsən Cəlilova 1000 ABŞ dolları, həmin ilin iyun ayının əvvəllərində isə Saladdin Allahverdiyevə 1000 ABŞ dolları pul vermişdir. Qərarda daha sonra görünür ki, araşdırma zamanı X7 verdiyi izahatında bildirmişdir ki, təxminən 2018-ci ilin yanvar ayının əvvəllərində tanışı Hacıhəsən Cəlilov onunla əlaqə saxlayıb ondan Lənkəran şəhərində yaşayan Cavabdeh tanıyıb-tanımadığını soruşmuşdur. O, Ceyhunu və ailəsini yaxşı tanıdığını və nə məsələ olmasını soruşmuşdur. Hacıhəsən ona demişdir ki, Ceyhun Rusiyada yaşayan İddiaçı pulunu alıb qaytarmamış və buna görə də rəsmi şəkildə məhkəməyə müraciət etmək istəmişdir. O, Ceyhunu uzun müddət tanıdığından Hacıhəsəndən xahiş etmişdir ki, bir qədər gözləsin. Bu məqsədlə o, 15.02.2018-ci il tarixdə Hacıhəsən və Ceyhunla birlikdə Nərimanov rayonu, “Adora Biznes mərkəzində” görüşmüşlər. X26 tərəfindən özünə verilən etibarnaməni Ceyhuna göstərmiş, Ceyhun Tatyanadan pulları aldığını etiraf etmiş və söz vermişdir ki, bir il ərzində Sabunçu rayonundakı evini satıb borcunu bağlayacaqdır. Hacıhəsən Tatyana ilə əlaqə saxlamış, Tatyananın razılığını aldıqdan sonra onlar öz aralarında kontakt bağlamışlar. Həmin kontakta əsasən Cavabdeh Rusiya Federasiyasında yaşayan İddiaçı hazırda 44.776 ABŞ dolları borcu qaldığını göstərmiş, bundan sonra Ceyhun müxtəlif vaxtlarda Tatyanaya pul göndərmiş, hazırkı gündə 42.276 ABŞ dollar qaytarılmayan borcu qalmışdır. Bununla əlaqədar Hacıhəsən Ceyhunla dəfələrlə telefon əlaqəsi saxlamış və pulun qalanının ödənilməsini xahiş etmişdir. Lakin Hacıhəsən görmüşdür ki, Ceyhun daha pul ödəmir və buna görə məhkəməyə müraciət etməyə hazırlaşmışdır. Bundan sonra Cavabdeh ondan və Hacıhəsəndən müxtəlif instansiyalara şikayət etmək qərarına gəlmişdir. O, Hacıhəsən Cəlilovu tanış edən zaman sonuncunun Rusiya Səfirliyinin işçisi kimi deyil, rus icmasının keçmiş üzvü kimi təqdim etmişdir. Ceyhuna heç kim hədə-qorxu gəlməmişdir. Nə o, nə də ki, Hacıhəsən Ceyhundan pul almamışdılar, buna görə o, Ceyhundan məhkəməyə müraciət etməyə hazırlaşmışdır. Sözügdən qərardan həmçinin görünür ki, izahatı alınmış X10 bildirmişdir ki, o, 1992-ci ildən 2005-ci ilədək hökümət evində 119 nömrəli otaqda Azərbaycanda yaşayan rus icmasının hüquq komissiyasının üzvü olmuşdur. 26.01.2018-ci il tarixdə Rusiya Federasiyasının Volqoqrad shərində yaşayan İddiaçı ona müraciət edib Bakı şəhərində yaşayan tanışı Cavabdeh 48.960 ABŞ dolları borcunun geri qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Bunun üçün Tatyana ona etibarnamə də vermişdir. Buna görə o, uzun müddət Lənkəran şəhərindən tanıdığı və uzun müddət məsul vəzifədə çalışmış X4 müraciət etmiş, S.Allahverdiyevdən Ceyhunu tanıyıb-tanımamasını soruşmuşdur. S.Allahverdiyev də Ceyhunu və ailəsini yaxşı tanıdığını bildirmiş və eyni zamanda ondan xahiş etmişdir ki, hələ şikayət etməsin. Bu məqsədlə o, 15.02.2018-ci il tarixdə Saladdin və Ceyhunla birlikdə Nərimanov rayonu, “Adora Biznes mərkəzində” görüşmüşlər. Orada o, Tatyana tərəfindən özünə verilən etibarnaməni Ceyhuna göstərmiş, Ceyhun Tatyanadan pulları aldığını etiraf etmiş və söz vermişdir ki, bir il ərzində Sabunçu rayonundakı evini satıb borcunu bağlayacaqdır. O, Tatyana ilə əlaqə saxlamış, Tatyananın razılığını aldıqdan sonra onlar öz aralarında kontakt bağlamışlar. Həmin kontakta əsasən Cavabdeh Rusiya Federasiyasında yaşayan İddiaçı hazırda 44.776 ABŞ dolları borcu qaldığını göstərmiş, bundan sonra Ceyhun müxtəlif vaxtlarda Tatyanaya pul göndərmiş, hazırkı gündə 42.276 ABŞ dollar qaytarılmayan borcu qalmışdır. Bununla əlaqədar o, Ceyhunla dəfələrlə telefon əlaqəsi saxlayıb pulun qalan hissəsinin ödənilməsini xahiş etmişdir. Lakin o, görmüşdür ki, Ceyhun daha pul ödəmir və buna görə məhkəməyə müraciət etməyə hazırlaşmışdır. Bundan sonra Cavabdeh ondan və Saləddindən müxtəlif instansiyalara şikayət etmək qərarına gəlmişdir. O, özünü Rusiya Səfirliyinin işçisi kimi təqdim etməmişdir. Onu tanıyan Saladdin Allahverdiyev onun rus icmasının üzvü olmasını sümiş, Ceyhun isə rus icması ilə rus səfirliyini ayırd edə bilməmişdir. Düşünür ki, gələcəkdə Tatyana özü pul məsələsi ilə bağlı Rus Səfirliyinə müraciət edəcəkdir. Nə o, nə də ki, Saladdin Ceyhundan pul almamışlar, buna görə o, Ceyhundan məhkəməyə müraciət etməyə hazırlaşmışdır. Beləliklə araşdırma zamanı tərəflər arasında olan narazılıq təsdiqini tapsa da, Cavabdeh X10 və X7 tərəfindən hədələnməsi, hədələnəcəyi təqdirdə bu hədələrin real olacağı öz təsdiqini tapmamışdır. Qərardan daha sonra görünür ki, X5 və X2 hədə-qorxu ilə Cavabdeh 2000 ABŞ dolları pul alması faktında dələduzluq cinayətinin olmasını sübuta yetirmək üçün kifayət qədər sübutlar olmadığından, toplanmış sübutlar şəxsin təqsirini sübut etmək üçün kifayət etmir. Belə ki, araşdırma zamanı bütün xüsusatlar yoxlanılmış və müəyyən edilmişdir ki, tərəflər arasında olan münasibətlər mülki xarakterlidir. Odur ki, Cavabdeh ilə X10 və X7 arasında olan münasibətlərin mülki xarakterli olmasını nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Hazırki mülki işin materiallarından görünür ki, sözügedən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın qəbulundan sonra iddiaçı tərəf hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiasında cavabdehə verilmiş (göndərilmiş) pulları borc kimi qiymətləndirmiş, tələbin maddi əsası kimi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə istinad etmişdir. Həmin normalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Borcla bağlı münasibətlər isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi ilə tənzimlənir. Belə ki, həmin normaya əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq oalaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının 11.10.2010-cu il 1020 ABŞ dolları: 21.12.2010-cu il 3060 ABŞ dolları: 16.08.2010-cu il 5100 ABŞ dolları: 24.11.2010cu il 3060 ABŞ dolları: 22.01.2011-ci il 5010 ABŞ dolları: 01.09.2011-ci il 1020 ABŞ dolları: 16.02.2011-ci il 4080 ABŞ dolları: 03.05.2011-ci il 1020 ABŞ dolları: 05.05.2011-ci il 5100 ABŞ dolları: 05.05.2011-ci il 5100 ABŞ dolları: 17.08.2011-ci il 1530 ABŞ dolları: 23.06.2011-ci il 5100 ABŞ dolları: 21.01.2011-ci il 5100 ABŞ dolları məbləğində pulları Rusiya Federasiyasından 13 ədəd poçt sənədi ilə cavabdehə göndərməsi faktı olsa da, tərəflər arasında borcla bağlı müqavilə bağlanmamış, qeyd edilən poçt sənədlərində göndərişin təyinatının «maddi yardım» olması qeyd edilmişdir. Məhkəmə iddiaçı tərəf iddianın əsaslı olmasının və cavabdehin iddiaçıya borclu olmasının etiraf etməsinin təsdiqi kimi istinad etdiyi Cavabdeh, İddiaçı 26.01.2018-ci il tarixli etibarnaməsi ilə təmsil edən X5 və X2 imzaladıqları 15.02.2018-ci il tarixli «kontrakt» adlanan sənədi sübut növü kimi qiymətləndirməyərək hesab edir ki, əvvəla həmin sənəd notarial qaydada təsdiqlənməmişdir. Məhkəmənin qənaətinə görə sənədin məzmununda tərəflərin bağlanan, mövcud kontraktın notariat qaydasında təsdiqini təkid etməmələrinə dair müddəanın olması həmin sənədin notarial qaydada təsdiq edilməməsi üçün əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 334.1-cü madddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. İkincisi də, işin materiallarından görünür ki, X9 İddiaçı tərəfindən 26.01.2018-ci il tarixdə verilmiş etibarnamə məzmunundan göründüyü kimi, bu əqd bağlanılması üçün deyil, məhkəmədə və digər təmsilçilik edilməsi üçün verilmiş etibarnamədir. Belə olan halda isə «kontrakt» adlanan sənəd səlahiyyətli şəxs tərəfindən bağlanılmış kimi qiymətləndirilə bilməz. Daha sonra məhkəmə xüsusilə vurğulayır ki, «kontrakt” adlanan sənədin məzmunundan onun nə borc müqaviləsi, nə borcun etirafı, nə də ipoteka müqaviləsi olması anlaşılan deyil. İddiaçı tərəf kontrakt adlanan sənədin borc müqaviləsi deyil, kontrakt olmasını vurğulasa da, adından göründüyü kimi, bu söz azərbaycan dilində olan «müqavilə», «əqd» sözlərinin rus dilində tərcüməsidir. Başqa sözlə bu sənəd tərcümədə «müqavilə», «əqd» kimi başa düşülür və onun da həm bağlanması, həm də məzmununun mülki qanunvericiliyin tələblərinə uyğun bağlanılıb-bağlanmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 324.6-cı maddəyə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, «kontrakt» adlanan sənədin məzmunundə qeyd edilən İddiaçı Aqamedovanın Cavabdeh göndərdiyi cəmi 49,000 ABŞ dolları ilə bağlı poçt sənədləri məhkəməyə təqdim edilsə də, iddiaçı tərəf həmin sənədin məzmununda göstərilən Cavabdeh tərəfindən İddiaçı Aqamedovadan aldığı cəmi 49,000 ABŞ dollarından, 3 dəfəyə kontrakt yazılana kimi 4224 ABŞ dollarını göndərməsi faktını təsdiq edən heç bir sübut növü də təqdim etməmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf iddiaçıya hər hansı məbləği qaytarmasını (göndərməyini) etiraf etməmiş, əksinə inkar etmişdir. Məhkəmə qeyd edilən sənədin məzmununda Cavabdeh tərəfindən İddiaçı Aqamedovaya 4224 ABŞ dolları göndərməsinə dair göstərilənləri, eləcə də cavabdeh tərəfin həm bununla, həm də cavabdehin iddiaçıya borcu olmaqla onu etiraf etməsi ilə bağlı dəlillərini və şahid ifadəsini inandırıcı saymayaraq sübut növü kimi qiymətləndirmir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin də, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə şahid iddiaçı ilə tanışlıq münasibətində olması onun işin nəticəsində maraqlı olması ilə yanaşı onun ifadəsi işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmadığı, eləcə də, verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün mötəbər sübut kimi qiymətləndirilmir. Məhkəmə qeyd edir ki, şahid ifadəsi, işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapsa idi, o digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənatə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı cavabdeh tərəfin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, sözügedən sənədi şahid X3 da “kontraktın icrasına nəzarət edən” qismində (şahidlik etməklə) imzalaması da, həmin sənədin özlüyündə tərəflərə hüquq və vəzifələr yaradan, başqa sözlə hüquq verən sənəd kimi qiymətləndirilməsinə əsas vermir. Ona qeyd edilən “kontraktın icrasına nəzarət edilməsi” üçün kimin tərəfindən səlahiyyət verilməsi sənədin məzmunundan aydın deyildir. Bütün bu göstərilənlər məhkəməyə tərəflər arasında borc münasibətlərinin yaranmaması, elə bu səbəbdən də onlar arasında borc müqaviləsinin mövcud olmaması, X16 49000 ABŞ dolları pul vəsaitini cavabdehə yardım məqsədi ilə könüllü qaydada hissəhissə verdiyi (göndərdiyi) halda hazırda ondan əsassız olaraq borc adı ilə geri qaytarılması tələbinin irəli sürməsinin anlaşılan olmaması, xüsusilə də 15.02.2018-ci il tarixli «kontrakt» adlanan sənədin əhəmiyyətsiz əqd olması kimi nəticələrə gəlməsinə kifayət qədər əsas verir. Məhkəmə sözügedən sənədin əhəmiyyətsiz əqd olması ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qanunvericiliyin tələblərinə əsasən əqd o zaman uydurma hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız görünüş üçün bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacığını anlamış olsun. Bu halda tərəflər həmin əqdin şərtlərinin icra edilməyəcəyi barədə əqd bağlanmamışdan əvvəl razılaşırlar. Digər tərəfdən uydurma əqd məqsədsiz olaraq bağlanmır, həmin əqdin bağlanmasının əsasında hər iki tərəfin müəyyən maraqları (əksər hallarda hüquqazidd maraqları) durur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmin qərarda həmçinin göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə 02.11.2021-ci il tarixli 4\1485 saylı ekspert rəyi ilə bağlı hesab edir ki, 15.02.2018-ci il tarixli «kontrakt» adlanan sənədi əhəmiyyətsiz əqd kimi qiymətləndirdiyi üçün sözügedən rəyin də hazırki iş üzrə sübut əhəmiyyətli olub-olmamasını hüquqi qiymət verilməsinə zərurət qalmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərcinin 50%, yəni 63 (altmış üç) manatı İddiaçı, qalan 50%, yəni 63 (altmış üç) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq X13, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar