Məhkəmə qərarları › İş №e-2(004)-4137/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4137/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4137/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı “X6” Bakı filialının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı “X6” Bakı filialının cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X6” Bakı filialı cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6359,32 manat məbləğində əsas borc və 462,36 manat faiz borcu olmaqla, ümumilikdə 6821,68 (altı min səkkiz yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat və 88,22 (səksən səkkiz manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq “X6” Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X6” Bakı filialı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “X6” Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 17 noyabr 2020-ci il tarixli 503 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19 % olmaqla 36 ay müddətinə 8000 manat məbləöində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X6” Bakı filialı ilə X4 arasında 797 saylı və Cavabdeh1 arasında 798 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 293,25 manat ödəməli idi. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 14 iyul 2022-ci il tarixə Banka kredit borcu üzrə 5865 manat ödəniş yerinə yetirməli idi. Lakin, xx.xx.2022-ci il tarixə kimi borcalan tərəfindən Banka 3450 manat ödəniş edilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan Banka illik 29 % ödəməlidir. 14 iyul 2022-ci il tarixə cavabdehin Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 6821,68 manat təşkil edir. Bundan 6359,32 manat əsas borc və 462,36 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı “X6” Bakı filialının nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında tələb olunan borc məbləği ilə razı olduğunu, lakin maddi vəziyyətinə görə həmin borcu ödəyə bilmədiyini qeyd etmişdir. Cavabdehlər X4 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “X6” Bakı filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli, 503 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 19 % dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan X4 ilə “X6” Bakı filialı arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli, 797 nömrəli zaminlik müqaviləsindən görünür ki, X4 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə “X6” Bakı filialı arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli, 798 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 14 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 17 noyabr 2020-ci il tarixli, 503 nömrəli kredit müqaviləsinə əsasən 6359,32 manat məbləğində əsas borc və 462,36 manat faiz borcu olmaqla, cəmi 6821,68 (altı min səkkiz yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat borcu var. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 17 noyabr 2023-cü il tarixədək hər ay 293,25 (iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat (sonuncu ay 293,15 (iki yüz doxsan üç manat on beş qəpik) manat) ödəməyi öz üzərinə götürmüşdür. İş materillarında olan “X6” Bakı filialı tərəfindən cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcun banka ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “X6” Bakı filialı tərəfindən 88,22 (səksən səkkiz manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından göründüyü kimi borclu şəxs hazırki iş üzrə Cavabdeh2 17 noyabr 2020-ci il tarixli, 503 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazıminca icra etməmiş və “X6” Bakı filialına ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 17 noyabr 2020-ci il tarixli, 503 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı “X6” Bakı filialı tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 19 % dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh X4 ilə “X6” Bakı filialı arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli, 797 nömrəli zaminlik müqaviləsinə əsasən X4 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, Cavabdeh1 ilə “X6” Bakı filialı arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli, 798 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında 6359,32 manat əsas və 462,36 manat faiz borcu yaranmışdır. Məhkəmə eyni zamanda digər cavabdehlər X2 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 müştərək qaydada 6359,32 (altı min üç yüz əlli doqquz manat otuz iki qəpik) manat əsas borc və 462,36 (dörd yüz altmış iki manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 6821,68 (altı min səkkiz yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X6” Bakı filialının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və bank xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 müştərək qaydada 6359,32 (altı min üç yüz əlli doqquz manat otuz iki qəpik) manat əsas borc və 462,36 (dörd yüz altmış iki manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 6821,68 (altı min səkkiz yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88,22 (səksən səkkiz manat iyirmi iki qəpik) manat pul tutularaq iddiaçı “X6” Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar