Məhkəmə qərarları › İş №e-2(004)-4193/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4193/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4193/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 08.01.2020-ci il tarixli, VİP 17939 saylı nisyə-alqı satqı müqaviləsi üzrə və Cavabdeh1 08.01.2020-ci il tarixli, VİP 17939 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 143 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir)-i həcmində 29 ABŞ dolları cərimə olmaqla, cəmi 172 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində tərəflərdən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş malın nisyə alınması sifarişi haqqında ərizəyə əsasən müəyyən edilir ki, sifarişçi Cavabdeh2 “xxxx” MMC-nə ərizə ilə müraciət edərək Xiaomi Mi A2 markalı telefonun nisyə alqı-satqı müqaviləsi ilə ona satılmasını xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, ödənişləri dollarla gündəlik məzənnəyə uyğun olaraq manatla ödəməyə etiraz etmir, müqavilənin şərtləri ilə razıdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.01.2020ci il tarixli, VİP 17939 saylı nisyə alqı-saqı müqaviləsinə əsasən müəyyən edilir ki, satıcı satış qiyməti 275 ABŞ dolları olan bir ədəd “Xiomi Mi A2” markalı mobil telefonu ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi şərtləri ilə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 adına tərtib edilmiş ödəniş cədvəlinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, o, müqavilə ilə müəyyən edilmiş malın dəyərini növbəti 12 ay ərzində, sonuncu ay 33 ABŞ dolları olmaqla, hər ay 22 ABŞ dolları ödəniş etmək şərti ilə 08.01.2020-ci il tarixinə qədər hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.01.2020-ci il tarixli qaiməyə əsasən müəyyən edilir ki, Xiaomi Mi A2 markalı telefon Cavabdeh2 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 08.01.2020-ci il tarixli, VİP17939 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 08.01.2020-ci il tarixdə bağlanmış VİP17939 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik öhdəliyini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.06.2021-ci il tarixli pretenziyalara əsasən müəyyən edilir ki, yaranmış borcla bağlı cavabdehə və zaminə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 07.06.2021-ci il tarixli maliyyə arayışına əsasə görünür ki, Cavabdeh2 ilə 08.01.2020-ci il tarixdə bağlanmış VİP17939 nömrəli nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə 08.01.2020-ci il 08.01.2020-ci il tarixdə bağlanmış VİP17939 nömrəli zaminlik müqaviləsi üzrə ödənilməmiş 143 ABŞ dolları əsas borc və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 29 ABŞ dolları cərimə olmaqla, cəmi 172 ABŞ dolları borc yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 08.01.2020-ci il tarixli, VİP 17939 saylı nisyə-alqı satqı müqaviləsi üzrə və Cavabdeh1 08.01.2020-ci il tarixli, VİP 17939 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 143 ABŞ dolları əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir)-i həcmində 29 ABŞ dolları cərimə olmaqla, cəmi 172 ABŞ dolları tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 08.01.2020-ci il tarixli, VİP 17939 saylı nisyə-alqı satqı müqaviləsi üzrə və Cavabdeh1 08.01.2020-ci il tarixli, VİP 17939 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 143 ABŞ dolları əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir)-i həcmində 29 ABŞ dolları cərimə olmaqla, cəmi 172 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar