Məhkəmə qərarları › İş №e-2(004)-421/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-421/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-421/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və tutmanın cavabdehin mülkiyyətinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması və tutmanın cavabdehin mülkiyyətinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Cavabdeh 5097 manat pulun tutulması, tutmanın Cavabdeh Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsi payına yönəldilməsi və həmin payın açıq hərracda satılaraq borcun ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixində İddiaçı ilə Cavabdeh arasında Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmişdir. Kredit müqaviləsinin şərtinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixinə qədər Cavabdeh 13300 manat borc pul vermişdir. Cavabdeh öhdəliyini icra etmədiyinə görə İddiaçı Bakı şəhəri 46 saylı notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixdə 3M/113 saylı reyestrlə təsdiq edilən Kredit müqaviləsi üzrə borclu Cavabdeh 13300 manat pulun alınması üçün icra qeydinin aparılmasını xahiş etmişdir. Bakı şəhəri 46 saylı notariat kontoru borclu Cavabdeh borcun qaytarılmasına dair xx.xx.2017-ci il tarixində 7E- 1582 saylı reyestrlə təsdiq olunan Bildiriş göndərmişdir. Borclu Kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə 31 iyul 2017-ci il tarixində 7E-6862 saylı reyestrlə təsdiq olunan İcra qeydi vermişdir. İcra qeydi icra olunması üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydi 7 ildir icrada olmasına baxmayaraq icra olunmamışdır və bununla da tələbkarın pula olan mülkiyyət hüquqları pozulmaqda davam edir. Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddətindən, yəni xx.xx.2017-ci il tarixindən hazırki tarixədək 13300 manat pulun qaytarılmasını təmin etməmişdir. Cavabdeh hazırki tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Gecikdirilmiş vaxt 7 il 8 aydır. Bir il üçün gecikdirilmiş faiz məbləği 13300 x 5%: 100 = 665 manat, bir ay üçün gecikdirilmiş faiz məbləği 665:12 = 55.4 manat təşkil edır. Cavabdeh pul məbləğinin ödənilməsini 92 ay gecikdirmişdir ki, bununla da gecikdirmə faizi 92 x 55.4 = 5097 manat təşkil edir və bu məbləğ borcludan tutulmalıdır. xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh və onun həyat yoldaşı X1 arasında sadə yazılı formada müqavilə bağlanaraq 13300 manat borcun təminatı olaraq daşınmaz əmlakın dövlət reyestrində 461 nömrəli reyestr kitabının 42658 nömrəli vərəqində qeydiyyata alınan Cavabdeh Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsində payının satılaraq borcun ödənilməsi razılaşdırılmışdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, borc verən İddiaçı borc alan Cavabdeh 13300 manat borc vermişdir. Borc alan krediti xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına Bakı şəhəri 46 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli icra qeydinə əsasən Cavabdeh 13300 manat pulun İddiaçı xeyrinə tutulması barədə icra qeydi və icra qeydi materialları əlavə edilmişdir. İş materiallarında olan 16 fevral 2016-cı il tarixli sadə yazılı formada bağlanmış müqavilənin surətinə əsasən müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan tərəfindən müqavilə öhdəliklərinə əməl edilmədikdə borclu Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsini kreditor İddiaçı istədiyi şəxsə sataraq borc məbləğini götürməli, qalan hissəni isə Cavabdeh verməlidir. Borc qaytarılanadək çıxarışın əsli kreditor İddiaçı saxlanılacaqdır. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsinin mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 13300 manat borc vermişdir. Borc alan krediti xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 46 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli icra qeydinə əsasən Cavabdeh 13300 manat pulun İddiaçı xeyrinə tutulması barədə icra qeydi və icra qeydi materialları əlavə edilmişdir. 16 fevral 2016-cı il tarixli sadə yazılı formada bağlanmış müqavilənin surətinə əsasən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan tərəfindən müqavilə öhdəliklərinə əməl edilmədikdə borclu Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsini kreditor İddiaçı istədiyi şəxsə sataraq borc məbləğini götürməli, qalan hissəni isə Cavabdeh verməlidir. Borc qaytarılanadək çıxarışın əsli kreditor İddiaçı saxlanılacaqdır. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsinin mülkiyyətçisidir. Müvafiq icra sənədi üzrə hər hansı ödənişin ödənilməməsi mülki işin mübahisəsiz halıdır (cavabdehin məhkəmə hazırlıq iclasındakı izahatına əsasən). MM-in 445.7-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə iddia tələbi 5097 manat pulun ödənilməsi hissəsində əsaslıdır. Cavabdeh sağlamlığında yaranmış problemlər səbəbindən öhdəliyini icra etmədiyini bildirsə də, bu hal hüquqi baxımdan öhdəliyin icrasından yayınma üçün əsas deyildir. Tələbkarın üstün maraqları nəzərə alınmalıdır. Tərəflər arasında bağlanmış 16 fevral 2016-cı il tarixli sadə yazılı formada bağlanmış müqavilə ipoteka müqaviləsi deyildir. Mahiyyəti üzrə və forma baxımından (notarial qaydada təsdiq edilməsi tələbi) həmin münasibət ipoteka münasibəti deyil, “müqavilə azadlığı” kontekstindən tərəflərin iradə ifadəsi kimi nəzərə alınır. Həmin müqavilə ipoteka müqavilə olmadığından hazırki iddia tələbi üzrə tələbin həmin əmlaka yönəldilməsi istisna olunur. Odur ki, iddia tələbi sözügedən hissədə əsassızdır. Lakin, müvafiq icra sənədi üzrə icra orqanı tərəfindən məcburi icra hərəkətləri qaydasında borclunun əmlakının üzərinə həbs qoyulması, əmlakın açıq hərracda satılmaqla kreditorun tələbinin təmin edilməsi yolveriləndir. Bununla bağlı tələbkar icra orqanına müraciət etməlidir. Tərəflər arasında bağlanmış 16 fevral 2016-cı il tarixli sadə yazılı formada bağlanmış müqavilə üzrə müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edilə bilər. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Məhkəmə tələb iddia həddində baxır. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh tərəfindən məhkəmə iclaslarında iştirak edilməmiş, iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu istiqamətdə sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu məhkəmə xərci kimi cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5097 (beş min doxsan yeddi) manat və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması və tutmanın cavabdehin mülkiyyətinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5097 (beş min doxsan yeddi) manat və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar